Uber-dən istifadə qadağan ediləcək

01-10-2015 / 12:08

Braziliyanın Rio-de-Janeyro şəhərində smartfon vasitəsilə taksi sifariş etməyin mümkün olduğu Uber servisindən istifadə rəsmən qadağan ediləcək.  
 
Xeberler.az  xarici mətbuta istinadən məlumat verir ki,  şəhər meri Eduard Paes Uber və analoji texnologiyalarla işləyən bütün servislərin fəaliyyətinin qadağan edilməsini nəzərdə tutan fərman imzalayıb.

Qadağanı pozacaq sürücüləri 500 dollar məbləğində cərimə gözləyir.

Uber şirkəti məsələ ilə bağlı təəssüf etdiyini bildirərək qadağanı antikonstitusion adlandırıb.

Yaxın vaxtlarda Uber xidmətindən istifadəyə qadağa ölkənin digər böyük şəhəri San-Pauluda qüvvəyə minəcək. Şəhər meri Fernandu Haddad bununla bağlı hələ ki fərman imzalamayıb.

Bu ilin yayında Braziliya şəhərlərində taksi sürücüləri Uber servisinə qarşı etiraz aksiyaları keçirərək onu haqsız rəqabətdə günahlandırıblar.

Oktyabrın əvvəlinə olan vəziyyətə görə, Uber ölkənin iki şəhərində - paytaxt Braziliya və Belu-Orizontidə qanuni fəaliyyət göstərir.

Xeberler.az 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.