“Türkiyəyə gələn turistlərin demək olar ki, hamısı Uber xidmətindən istifadə edir”.
Xeberler.az-ın məlumatına görə, bunu Uber-in Türkiyə üzrə ölkə direktoru Neyran Bahadırlı hazırda keçirilən Webrazzi Summit-də deyib.
Uber xidmətinin Türkiyədə 2014-cü ildə yarandığını xatırladan Bahadırlı son zamanlar bu xidmətin ölkədə daha geniş yayıldığını vurğulayıb.
Onun sözlərinə görə, bu gün Uber Türkiyədə də daxil olmaqla 470 şəhərdə və 70-dən çox ölkədən fəaliyyət göstərir.
Neyran Bahadırlı Türkiyədə Uber-də 2 mindən çox sürücünün qeydiyyatdan keçdiyini deyərək bu texnologiyanın ölkənin iqtisadiyyatına böyük təsiri olduğunu deyib.
Şirkət rəsmisi demək olar ki, 70 ölkədən Türkiyəyə səhayət edən bütün turistlərin Uber xidmətini tərcih etdiyini deyib.
Bahadırlı qeyd edib ki, Türkiyə bazarında potensial olduğu üçü Uber üçün maraqlıdır.
O, Türkiyənin həm texnoloji, həm də iqtisadi baxımdan sürətlə inkişaf edən ölkə adlandırıraq, Uber üçün ən yaxşı bazarlardan olduğunu deyib.
O, Uber-ə aid bəzi statistik məlumatları da paylaşıb.
Neyran Bahadırlının sözlərinə görə, dünyada 50 milyon aktiv Uber istifadəçisi var və hər gün 5 milyondan çox Uber səyahəti gerçəkləşir.
Neyran Bahadırlı Türkiyədə Uber-in yeni veb saytının- Ubertürkiye.com-un yaradıldığını da tədbirdə elan edib.
O qeyd edib ki, yeni veb saytda artıq həm sürücülər, həm də istifadəçilər Uber-in xidmətlərindən rahat və geniş istifadə edə biləcək.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri