Previous Next
Bağla

NETTY 2009

18-05-2009 14:47
NETTY 2009

Virtual jüri üzvü olmağıma baxmayaraq, e-mail vasitəsi ilə da olsa mərasimə dəvət almamışam və beləliklə iştirak etməmişəm. Fəqət dəyərli vaxtımı sərf edib, jüri üzvü olaraq çətinliklərlə qeydiyyatdan keçməyimə və hər bir kateqoriyada saytları bir-bir incələyib, layiqlərinə səs verməyimə görə, nəticədə hansı layihələrin birinciliyi qazanmağı mənim üçün maraqlı idi. Bu gün nə qədər çalışsam da Netty.az saytının azərbaycanca versiyasında nəticələr barədə bir xəbər yada press-reliz tapa bilmədim. Rusca versiyasına da baxmaq ağlıma gələndə, orda nəticələrin elan olduğunu gördüm. Aynaya baxdım və...

Dövlət saytları kateqoriyasında AR Mədəniyyət və Turizm Nazirliyinin saytına (www.mct.gov.az) birinciliyin verildiyini gördüm. Whois.az saytında domenin kimin adına qeydiyyatda olduğunu öyrənmək üçün yoxlayanda, sahibinin adının olmadığını yada gizlədildiyini gördüm.

Bir az da cəsarət toplayıb sayta daxil oldum. Saytın dizaynında Azərbaycan mədəniyyəti (ədəbiyyat, musiqi, xalçacılıq, rəssamlıq, miniatür v.s.) naminə heç bir şey görə bilmədim, solda təvazökar şəkildə dayanmış bayraq və gerbimizə tərəf novostroyka, neft daşları, dənizdən Bakının mənzərəsi kimi köhnə və keyfiyyətsiz balaca şəkillər axıb gedirdi. Menyunun arxa fonunda istifadə olunmuş və gözləri yoran naxışların azərbaycan milli naxışları ilə heç bir oxşarlığını tapa bilmədim.

Xalçacılıqnan əlaqədar hər hansı bir məlumat axtarmaq istədim, ümumiyyətlə Azərbaycanda elə bir sənətin olduğu barədə bir izə rastlaşmadım, azərbaycan musiqi alətləri barədə də heç bir informasiya verilməmişdi. Maraqsız yazılar, boş bölmələr.. Mədəniyyət saytında yerləşdirilmiş məlumatlarda nə mədəniyyət bölməsində, nə tarix bölməsində, nə turizm bölməsində, nə də ki şəxsiyyətlər bölməsində olan məqalələrdə bir dənə də şəkil yoxdu, ancaq nazirin, nazir müavinlərin şəkillərini görə bildim, bir də turizm xadimləri(!?) bölməsindəki şəxslərin şəkilləri mövcud idi.  Ürəyim ağrıdı, mükafat alan mədəniyyət saytımızdan ayrıldım.

Qayıtdım Netty-yə. Ən yaxşı dizayn üzrə xüsusi kateqoriyasında birincilik əldə edən Rusiyadakı azərbaycanlılar (www.azeri.ru) saytı diqqətini cəlb etdi. Daxil oldum. Sadə, heç bir xüsusiyyəti və yadda qalan elementi olmayan saytın nəyə görə dizayna görə mükafat aldığını özüm-özümə fikirləşdim, cavab tapa bilmədim. Rus mütəxəssisləri tərəfindən hazırlanmış və ancaq rusca olan saytı oxumağa marağım olmadı. Fəqət saytın aşağısında yerləşdirilmiş bir banner diqqətimi cəlb etdi. Üstünə vurdum, yeni sayta keçdim.

“Azərbaycanın 7 möcüzəsi” adlı bir layihənin saytıydı. 2 dildə www.7chudes-az.ruwww.7wonders-az.ru ünvanlarında fəaliyyət göstərməsi gərəkirdi, ancaq ingiliscə olan ikinci ünvanda heç nə açılmadı. Fikir original idı: Azərbaycanda yer alan tarixi abidələrin içərisindən səsvermə üsulu ilə möcüzə sayılacaq obyektlər seçilməli idi. Namizəd olaraq göstərilmiş obyektlərin seçimi maraqlı idi. Azərbaycandakı bir çox əhəmiyyətli və həqiqətən də möcüzəvi tarixi obyekt yox ikən,  Ermənistandakı çoxdan sökülmüş və haqqında heç bir məlumatı olmayan Sərdar sarayı xəritədə göstərilmişdir. Xəritəyə diqqətlə baxanda da obyektlərin yerlərinin o dərəcədə səhv yerləşdirildiyini gördüm ki, Qobustan qoruğundakı qayaüstü şəkillər Qobustan rayonundakı Mərəzəyə yerləşdirilmişdir. Təşkilatçıların coğrafiyada elementar bisavadlıqları üzə çıxdı. Təşkilatçıların kim olduğunu maraqlandım. Saytda Təşkilatçılar bölməsində iki qurumun adı yazılmışdı: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İRS – Beylənxalq Azərbaycan jurnalı.

İçimdən keçdi ki, bu qurumlara əlaqə saxlayım ki, xəritədəki səhvləri düzəltsinlər. Nə İRS jurnalının saytında nə Mədəniyyət və Turizm Nazirliyimizin saytında heç bir telefon nömrəsinə yada email ünvanını əlaqələr bölməsində tapa bilmədim. Sözlərim içimdə qaldı.

Mədəniyyətimizə və irsimizə sahib çıxmağımızın səviyyəsini müşahidə etməyə imkan verən Netty-yə dərin təşəkkürlərimi bildirirəm.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Gənclər Kitabxanasının Veb-saytı modernləşdirilib

Gənclər Kitabxanasının Veb-saytı modernləşdirilib

04-03-2009
Mədəniyyət və Turizm Nazirliyi xüsusi İnternet sayt açacaq

Mədəniyyət və Turizm Nazirliyi xüsusi İnternet sayt açacaq

05-02-2009
NETTY 2009-un qalibləri müəyyənləşdi

NETTY 2009-un qalibləri müəyyənləşdi

18-05-2009
Netty 2012 Milli İnternet Mükafatı start verib

Netty 2012 Milli İnternet Mükafatı start verib

12-04-2012
Sumqayıtın internet resursları: hər şey qaydasındadırmı?

Sumqayıtın internet resursları: hər şey qaydasındadırmı?

10-03-2009
Microsoft

Microsoft

05-06-2009
Azərbaycan Muzey Mərkəzinin veb-saytı hazırlanıb

Azərbaycan Muzey Mərkəzinin veb-saytı hazırlanıb

24-09-2009
Netty 2011 müsabiqəsinə start verilib

Netty 2011 müsabiqəsinə start verilib

02-04-2011
Mədəniyyət obyektlərinin 3D panoraması yayımlanıb

Mədəniyyət obyektlərinin 3D panoraması yayımlanıb

14-05-2012
NETTY 2009-un nominantları elan edildi!!!

NETTY 2009-un nominantları elan edildi!!!

07-05-2009
Muzey Mərkəzinin veb-saytının təqdimat mərasimi keçirilib

Muzey Mərkəzinin veb-saytının təqdimat mərasimi keçirilib

25-09-2009
Milli domenlər

Milli domenlər

17-06-2010
Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan 7 muzeyin veb saytları hazırlanır

Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan 7 muzeyin veb saytları hazırlanır

07-08-2009
.AZ domenlər haqqında nağıl

.AZ domenlər haqqında nağıl

03-05-2008
Azərbaycanın turizm portalı fəaliyyətə başlayıb

Azərbaycanın turizm portalı fəaliyyətə başlayıb

18-04-2011
Bakının islam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı  Internet saytı təqdim edilib

Bakının islam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı Internet saytı təqdim edilib

19-02-2009
İNTERNET, İŞSİZLƏRİN İŞ YERİNƏ ÇEVRİLMƏMƏLİDİR

İNTERNET, İŞSİZLƏRİN İŞ YERİNƏ ÇEVRİLMƏMƏLİDİR

11-08-2009
Nazirliyin regionlar üzrə ilk saytı təqdim olunub

Nazirliyin regionlar üzrə ilk saytı təqdim olunub

21-10-2017
Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başlayıb

Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başlayıb

29-05-2015
QOĞAL HAQQINDA BİR NAĞIL

QOĞAL HAQQINDA BİR NAĞIL

17-07-2009
Nazirliyin rəsmi saytı yeni formada təqdim ediləcək

Nazirliyin rəsmi saytı yeni formada təqdim ediləcək

16-10-2015
MTV-Azərbaycan açılmayacaq

MTV-Azərbaycan açılmayacaq

11-10-2010
Ağ PR, qara PR

Ağ PR, qara PR

11-07-2009
Nazir turizm idarlərinin saytları ilə bağlı tapşırıq verdi

Nazir turizm idarlərinin saytları ilə bağlı tapşırıq verdi

28-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə