Previous Next
Bağla

Microsoft

05-06-2009 12:29

Yaxın günlərdə, Microsoft Korporasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən veb-saytlarının azərbaycan versiyasının hazırlanması barədə xəbərini aldıq. Çoxdan bəri gözlənilən www.microsoft.az ünvanına daxil olub, Microsoft Azərbaycan-ın bizə nələri bəxş etdiyini maraq etdim.

Saytı ilk açanda sevindim. Bütün menyular, hətta Silverlight texnologiyası ilə hazırlanmış reklamlar belə azərbaycan dilinə tərcümə olunmuşdur. Ancaq bu məqaləni yazmaq üçün Microsoft şirkətinin qaydalara uyğun, rəsmi və dəqiq azərbaycanca adını öyrənmək üçün saytın aşağısındakı “Əlaqə”, “İstifadə Qaydaları”, “Əmtəə Nişanları”, “Məxfilik” keçidlərinə, eləcə də baş menyuda yer alan “Microsoft Haqda” bölməsinin azərbaycan dilinə tərcümə olunmadığı ortaya çıxdı. Bu məni başqa səhifələrə daha diqqətlə baxmağa məcbur etdi, saytı incələyib ümumi məzmunun 90%-dan çox hissəsi ümumiyyətlə azərbaycanca versiyasının olmadığının müşahidə etdim.

Tərcümə olunanlar da ki... İstər menyu başlıqların, istərsə bölmə başlıqların yazılışında səhv var. “Korporativ Vətəndaşlıq” yada “Ən çox Yüklənənlər” kimi başlıqlar dil qaydalarına uyğun deyil. Çünki ingilis ya da türk dilindən fərqli olaraq azərbaycan dilin qaydalarına görə bir neçə sözdən ibarət başlıqlarda ancaq ilk söz böyük hərflə yazılmalıdır.

Yazılışın qrammatika qaydalarına çox girmədən keçmək istədim. Bu səfər də başqa bir problemlə üzləşdim. Qeyri-professional səviyyədə tərcümə olunan interfeyslərə oxşar, dilin strukturunu tamamilə pozan cümlə və söz birləşmələri gözdən qaçmadı. “Göstər Yükləmələr”, “Hamısını Windows”, “5 tapılmış nəticələr”, “nəticələr 1-5 göstərilən” v.s. kimi dil düşürmələri şəxsən mənə çox pis təsir bağışlayıb. Dilimizə qarşı bu qədər məsuliyyətsizliyi Microsoft-dan gözləməzdim. Yəqin ki, dünyanın ən məşhur şirkətlərindən biri bu cür şeylərə daha çox diqqət göstərməlidir deyə fikirləşib saytdan uzaqlaşmaq istədim.

Saytın yuxarısında yenicə məlumat verdiyimiz bing axtarışının formasını gördüm və “Azərbaycan” sözünü yazaraq veb aləmində axtarış verdim. Kifayət qədər original interfeysə sahib olan bing-in nəticələrinə baxıb əvvəlcə elə qərara gəldim ki, axtarış əsas olaraq veb-səhifələrinin başlıq (title)-larına görə gedir, bir az daha incələdikdən sonra daha mürəkkəb sıralama (ranking) sisteminin tətbiq olunduğuna qərar verdim, ancaq müəyyən bir məntiq görə bilmədim. Bu Microsoft tərəfindən təqdim olunan ilk axtarış sistemi deyildir, daha əvvəl da məlumat axtarışı bazarına çıxmaq cəhdləri varıydı, nə dərəcədə uğurlu olduğunu ancaq istifadəçilərin etimadı göstərəcəkdir.

Bing-in digər bölmələrinə də baxdım. Xüsusi marağımı xəritələr (maps) cəlb etdi. Çox sürətli işləməsi və gözəl interfeysi ilə bu bölmə məndən “5” qiymətini aldı. Hətta çox sürətlə işləyən və Microsoft Virtual Earth adlı yeni texnologiyanın istifadəsi ilə bu sahədə yeni üfüqlər göstərən xəritələrin 3D vəziyyətində şəhərlərin çox realistik maketinin yaradılması təqdirə layiqdir. Dünyanın hələ ki NyuYork, Tokio v.s. kimi qabaqcıl şəhərlərin 3D planlarında İnternet sürətinə qarğış etmədən rahatlıqla gəzişmək, NyuYork-a dənizdən baxmaq, Azadlıq heykəlini ziyarət etmək, Niaqara şəlaləsi ətrafında gəzişmək mənə ləzzət verdi. Həsəd apardım, bizim milli gözəlliklərimizi dünyaya tanıtmaq üçün neçə vaxtın keçməsi gərəkdir?

Nə isə… Həmin xəritədə Bakı-ya baxmaq istədim. Gördüm ki, Bakı üçün köhnə, çox bəsit və dəqiq olmayan bir xəritə istifadə olunub. Buna da min şükür dedim, bütöv Azərbaycana göz atdım. Vaxsey! Bu da nə!? Microsoft-dan çox böyük bir ayıb! Xəritəmizdə Dağlıq Qarabağ bölgəsi ölkə sərhədləri ilə əhatə olunaraq, Müzakirəli ərazi (Naghorno-Karabakh – disputed) olaraq göstərilmişdir!!!

Eyni vəziyyətə nə Gürcüstanın, nə Rusiyanın bənzər bölgələrində rast gəlinmir. Hər gözəlin bir ayıbı var. Başda texniki parametrlərinə görə əla qiymətləndirdiyim sistemin qiymətini buraxdığı bu dərəcədə kobud siyasi səhvdən sonra gözümdən düşdü. Microsoft-a ayıb olsun deyirəm. Azərbaycanda nümayəndəlik açan şirkətin ölkəmizin torpaq bütövlüyümüzə, dilimizə bu qədər hörmətsizlik göstərməyə haqqı varmı?

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft-un Facebook-u çaşdıran addımı-Bing&Ping

09-09-2009

“Microsoft” və “Facebook” sosial axtarış servisi yaradıblar

15-10-2010

Microsoftun axtarış siyasəti

11-12-2008

Windows 7 dilimizə uyğunlaşdırılıb

20-11-2010

Microsoft Bing video platformasını genişləndirdi

13-11-2009

Microsoft Bing mükafat paylayır

24-09-2010

Bing və Google

06-06-2009

Bing yeni əlavəsi ilə Google-ni keçdi

09-07-2009

“Microsoft” interaktiv elektron məktublar hazırlayıb

21-12-2010

Windows 8 yoxsa yeni CEO namizədi

01-03-2012

Microsoft-un intellektual axtarış sistemi peyda olub

05-07-2008

Microsoft: rəqiblərin plagiatda ittihamları sadəcə həqarətdi

07-02-2011

Microsoft: Rəqiblərin plagiatda ittihamları sadəcə həqarətdi

11-02-2011

Microsoft şirkəti Windows 7-nin hazırlanmasını yekunlaşdırdı

22-10-2009

Bing hansı sayta oxşayır?

30-06-2009

Microsoft şirkəti yeni axtarış serverini təqdim edir

01-06-2009

Windows XP ömrü yenidən uzadıldı.

23-12-2008

Microsoft-dan Azərbaycan internet istifadəçilərinə xəbər var

25-05-2009

“Microsoft Office 2010” ofis paketi Azərbaycan dilinə lokallaşdırılıb

10-04-2011

Google-də ingilislər ən çox nəyi axtarıblar?

03-12-2009

“Microsoft” Çində axtarışdadır

03-09-2010

Silverlight dəstəkli Bing Maps istifadəyə verildi

08-12-2009

Microsoft axtarış sistemləri içərisində rəqabətə tab gətirmir

04-11-2008

Microsoft korporasiyasının Azərbaycanda rəsmi saytı fəaliyyətə başladı

20-05-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə