“Kim ki, deyir Facebookdan sosial şəbəkə kimi istifadə edirəm yalandır. Bura girən qızların 90%-i oğlanlarla tanış olmaq istəyir. Qızlar Facebookda özlərinin cənnətdəki kimi təsəvvür edirlər. Çünki bu virtual dünyadır. Virtuallıqda isə ən çirkin qız Bred Pitlə danışa bilər. Facebookda çat deyilən bir yer var, kim deyə bilər ki, özünü ağıllı göstərən qızlar orda nə danışır camaatla”.
Google-nin fəaliyyətə başlatdığı “Instant Search” xidməti axtarış dünyasına daha bir yenilikdir. Hələ şriftləri yazarkən axtarışa başlayan və hər əlavədə nəticələri təzələyən Googlenin axtarışı böyük səs-küy doğurmuşdu. Google axtarışın istiqamətini dəyişdirən yeniliyi son vaxtlar çox tənqid olunur. Google-nin etdiyi bu dəyişiklik, səhifə yeniləməsindəki reklamların diqqət yayındırması kimi potensial problemləri ilə tənqid olunmuşdu.
Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti uşaqların müdafiəsi üzrə Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq SOS Uşaq Kəndləri ilə birlikdə tədbir keçirib. “Bakcell Stars” adlı korporativ məsuliyyət proqramı çərçivəsində uşaqlar üçün təşkil olunan mərasim Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş tutub.
Türkiyə prezidenti ABŞ-da media qarşısında çıxış edib Xeberler.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Abdulla Gül gününün müəyyən hissəsini sosial şəbəkələrdə keçirir. Bu barədə dövlət başçısı özü məlumat verib. ABŞ-a səfəri çərçivəsində türk evində jurnalistlərin suallarını cavablandıran prezident sosial şəbəkələr haqda belə deyib:
Google, təqdim etdiyi video chat xidmətinin keyfiyyətinin artırılması üçün daha bir yenilik edəcək. Belə ki, Gmail-də “Settings” bölməsindən “Gmail Labs”-a girərək “Video Chat Enhancements”-i açmaqla bu yenilikdən istifadə etmək olar. Bu yeniliyin sayəsində artıq videonu daha dəqiq görə və böyüdə biləcəksiniz.
Microsoftun internet brauzerlər arasındakı mübarizədə ən son silahı olan İnternet Explorer 9 böyük maraqla qarşılanıb. Firefox və Google Chrome ilə mübarizədə liderliyi ələ almaq üçün Microsoft brauzeri olan Internet Explorer 6-nı da ləğv etməyi düşünür. Microsoft ABŞ-da Internet Explorer 6-nın payını 9.33%-dən 4.17%-ə salıb.
Bu ilin sentyabrın 21-23-də Vilnüsdə (Litva) CEPT (Conference of European Post and Telecommunications - Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı) təşkilatının Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə əlaqələr komitəsinin iclası keçiriləcək.
Azərbaycanın CDMA-operatoru Catel şirkəti abunəçilərinin rahatlığının təmin olunması məqsədilə təqdim olunan xidmətlərin onlayn rejimdə ödəmə sisteminin tətbiq olunması haqqında elan edib.
“Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova tutduğu postdan istefa verib. Xədicə İsmayılova verdiyi açıqlamasında bildirib ki, o, bu qərara keçən həftə gəlib: “Çoxdandı bu barədə düşünürdüm. Ötən həftə rəhbərliklə müzakirə etdik və istefam qəbul olundu.
Sentyabrın 20-də Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Simulyasiya Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan respublikaları hərbi qulluqçularının iştirakı ilə “ETERNİTE - 2010” kompüter dəstəkli komanda-qərargah təliminə start verilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sentyabr ayının 18-19-da Novxanıda Sosial Yeniliklər Düşərgəsi (SYD) keçirilib. Düşərgənin ilk günündə iştirakçılar arasında qısa tanışlıq olub, sonra isə seçilmiş ideyalar iştirakçılara təqdim olunub. İştirakçılar da öz növbələrində xoşladıqları ideyanı seçiblər və qrup şəklində işləyiblər.
Xaker forumlarının birində Facebook istifadəçilərinin login və parolları yerləşdirilib. Xeberler.az cnews.ru saytına istinadən xəbər verir ki, bu haqda GFİ Software şirkətinin hesabatında yazılıb. Bu şirkət antivirus proqramlarıyla məşğul olur. Bazada sosial şəbəkənin 3 min istifadəçisinin ad və parolu, İP adresi açıq şəkildə yerləşdirilib. GFİ Software nümayəndələri deyirlər ki, xakerlər facebookdan bir səhifəni oğurlayıblar.
ABŞ-da maraqlı araşdırma aparılıb. 20 milyon insanın qatıldığı araşdırmanın məqsədi istifadə edilən mobil telefonların insanın daxili dünyasına necə təsir etməsi olub. Xeberler.az portalı araşdırmanın nəticələrini təqdim edir...
Azərbaycanda Yol hərəkətinin intellektual idarəolunması sisteminin yaradılması üzrə işlər başa çatdırılır. 2011-ci ilin fevral ayında istifadəyə verilməsi planlaşdırılan sistem paytaxt yollarında tıxaclarla bağlı problemin həll olunmasına kömək edəcək.
ABŞ-da Facebook Googleni geridə qoyub. İnformasiya araşdırmaları edən comScorenin məlumatlarına görə, ABŞ-lı internet istifadəçiləri Facebookdan Googleyə nisbətən daha çox istifadə edirlər. Artıq istifadəçilər Googlenin ödənişsiz Youtube, e-poçt, axtarış ya da xəbər xidmətləri yerinə birbaşa Facebook-a üz tuturlar.
Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook haqqında bilinməyən 7 sirri xeberler.az saytı təqdim edir. Facebook 2007-ci ildə dizayn dəyişikliyi etmədən əvvəl orjinal bir adamın üzü hamının diqqətini cəlb edirdi.
Son dövrlər ən çox müzakirə olunan məsələlərindən biri Azərbaycanda internetin vəziyyətdir. Cəmiyyət içində bu məsələylə bağlı müxtəlif fikirlər var. Bu məsələni hər zaman gündəmdə saxlayan Xeberler.az saytı Azərbaycanda internetin keyfiyyəti ilə bağlı sorğu keçirib. Sorğuda iştirak gənclərin fikirlərini sizlərə təqdim edirik...
Arc Touch Mouse, asanlığı və toxunmağa həssas dizaynı ilə, kompüter mouseları artıq öldü,deyənləri haqsız çıxardır. Microsoft,kompüter mouse dizaynında yeni bir dövrü başladan Arc Touch Mouseni istifadəçilərin xidmətinə təqdim etməyə hazırlanır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları