Canon A1000 IS, A2000 IS və E1 modelləri - retrodan müasirliyə doğru dəyişiklik

27-08-2008

Canon şirkəti PowerShots sırasından olan yeni üç model təqdim etdi - A1000 IS, A2000 IS və E1. Hər üç model optik stabilizatora malikdir və AA standartlı batareyalarla qidalanır. E1 modeli retro şəkildədir. 10 meqapikselli sensorla, 4 tərəfli zumla, 2,5 düymlük ekranla təchiz olunub. Funksiyalara üzü tanıma və Easy Mode rejimi daxildir ki, onun vasitəsilə hərəkət zamanı işıqlandırmadan asılı olan ekspozisiyalar ən əlverişli vəziyyətə gətirilir.

Yeni Panasonic videomaqnitofonu Blu-ray rekorderinə qarşı

27-08-2008

Panasonic şirkəti yaxınlarda Blu-ray rekorderinin və videomaqnitofonunun imkanları ilə üst-üstə düşən DMR-BR630V universal qurğusunun satışına başlamağı planlaşdırır. Panasonic DMR-BR630V Blu-ray formatı, sürəti 6x olan optik ötürücü və DVD qoymaq imkanı ilə təchiz olunub.


HP olduqca yüngül EliteBook noutbuklarını təqdim edib

20-08-2008

Avqust ayının 18-də Hewlett-Packard (HP) şirkəti EliteBook portativ noutbuklar barədə elan edib. İstehsalçının məlumatına görə hər bir noutbukun çəkisi 1,5 kiloqramdan artıq deyil, lakin bununla yanaşı hər bir model disklər üçün quraşdırılmış optik qurğu ilə təchiz olunub. Yeni noutbuk modellərin korpusları anodlaşdırılmış alümindən və maqnezium ərintilərindən hazırlanıb. Bu cür konstruksiya noutbukları əlavə temperatur və fiziki təsirdən qorumağa kömək edir.

iPhone 3G mobil telefonlarının satışı başlayıb

17-07-2008

Bu gün, iyulun 11-də üçüncü nəsil mobil şəbəkələrdə işləyən Apple iPhone 3G mobil telefonlarının satışına başlanılıb. iPhone-un yeni modeli Apple rəhbəri Stiv Cobs tərəfindən iyunun 9-da təqdim edilib. Aparat şəbəkələrdə GSM/EDGE, UMTS/HSDPA standartlarının işini dəstəkləyir, həmçinin simsiz Wi-Fi (802.11b/g) və Bluetooth 2.0 şəbəkələrində işləyir. Özundən əvvəlki modeldən fərqli olaraq, iPhone 3G GPS peyk naviqasiya sisteminin inteqrasiya edilmiş qəbuledici ilə təchiz edilib. iPhone 3G-nin 8 qB yaddaşı olan modifikasiyasının dəyəri 199 dollar və 16 qB informasiya yerləşən versiyanın dəyəri 300 dollardır.


Fujitsu Siemens özünün ucuz qiymətli noutbukunu istehsal edir

15-07-2008

Fujitsu Siemens şirkəti özünün ucuz qiymətli noutbukunu təqdim etməyə hazırlaşır. Yaxın aylarda satışa çıxarılması nəzərdə tutulan noutbukun qiyməti 470-630 ABŞ dolları intervalında olacaq. Noutbukun texniki xüsusiyyətləri istehsalçı tərəfindən açıqlanmır. Yalnız məlumdur ki, yeni portativ kompüter 8.9 düym diaqonallı ekranla təchiz olunub, Windows XP əməliyyat sistemi ilə işləyir və Amilo istehsalat xəttinin bir hissəsi olacaq.Fujitsu Siemens-in noutbuklarının, ötən il buraxılan Asus şirkətinin Eee PC seriyasından olan ucuz qiymətli portativ kompüterləri ilə rəqabət aparacağı gözlənilir. Bundan əlavə artıq satışa həmçinin ucuz qiymətli hesab olunan MSI Wind və НР 2133 Mini-Note PC noutbukları çıxarılıb.

Samsung-un rəhbəri vergiləri ödəmədiyinə görə həbs edilib

00-00-0000

Li Qon Xi – Cənubi Koreyada ən zəngin insanlardan biridir. Cənubi Koreyanin Samsung şirkətinin baş direktoru Li Qon Xi vergi ödəməkdən yayınmaqda təqsirli bilinib və şərti olaraq üç il müddətinə həbs cəzasına məhkum edilib. Bundan başqa, Seulun dairə məhkəməsi 66 yaşlı Li Qon Xinin üzərinə 109 milyon dollar ölçüsündə cərimə qoyub. İttiham tərəfi şirkət rəhbərinə daha sərt cəza verilməsində israr edirdi. Prokuror müttəhim üçün yeddi illik həbs cəzası və 347 milyon dollar məbləğində cərimə tələb edib.





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.