Video-faylların redaktəsi üçün Avidemux v.2.4.3 r4458

15-10-2008

Avidemux video-faylların tez və rahat redaktəsi (lazım olmayan hissələrin çıxarılması) üçün pulsuz proqramdır.

Internet Explorer 8 çıxdı.

15-10-2008

Microsoft, uzun zamandır üstündə işlədiyi internet bələdçisi İnternet Explorer 8in beta versiyasını istifadəçilərinə təqdim etdi. Microsoftun verdiyi məlumata görə, yeni versiya əvvəlkilərdən daha da təhlükəsiz və rahatdır.


Windows 7 adını dəyişməyəcək

14-10-2008

Microsoft-un Windows məhsulunun korporativ vitse-prezidenti Mayk Neş yeni Windows əməliyyat sisteminin rəsmi adını açıqladı. Sistem Windows 7 adlanacaq. Şirkət əməliyyat sisteminin hansı tarixdə çıxdığını adda qeyd etməyin düzgün olmadığını vurğulayıb.

2009-cu ildə Eee PC-dən yeniliklər gözlənilir

13-10-2008

ASUS-un baş meneceri Semson Hu məşhur İT nəşriyyatı DigiTimes-in jurnalistinə Eee PC noutbukları ilə bağlı planlarını danışaraq, 2009-cu ildə mini-noutbuklarda olacaq yenilikləri nəzərə çatdırıb.


Qrafik proqram - Photoscape v.3.2

10-10-2008

Photoscape – istifadəsi rahat və sadə olan pulsuz qrafik paket özündə bir neçə müsbət keyfiyyət cəmləşdirib. Photoscape-də slaydşou rejimində işləyə bilən qrafik redaktor var ki, onun köməyilə ölçü və qammaların dəyişilməsi, xüsusi effektlərin və filtrlərin əlavə edilməsi mümkündür.

Apple-ın yeni MacBook noutbukları

10-10-2008

Apple şirkəti yeni MacBook noutbukları ilə bağlı öz planlarını açıqladı. Gözlənildiyi kimi, noutbukların təqdimatı 14 oktyabrda baş tutacaq. Mühəndislər hi-end noutbuku konseptində “Brick” adlı noutbuku alüminiumdan hazırlayıblar.


Google Earth 4.3

09-10-2008

Təsvirlərin(hətta bəzən ayrı-ayrı evlərə qədər) miqyasının dəyişilməsində geniş imkanlar və koordinatlarla işləmə bacarığı bu proqramı daha da təkmil edir.

Shuttle X27 – İntel Atom əsasında ilk Barebone

09-10-2008

“Barebone” form-faktorlu personal kompüterlər buraxan Shuttle şirkəti bu həftə yeni məhsul təqdim etdi. Shuttle X27 adını alan kompüter öz sələflərindən İntel Atom prosessorunun tətbiq edilməsi ilə fərqlənir. Indiyədək Shuttle məhsullarında CPU istifadə edilirdi.


Super Talent, Eee PC netbukları üçün SSD təqdim edir

09-10-2008

Super Talent öz rəsmi saytında ASUS Eee PC netbuklarının ştat disklərinin dəyişilməsi üçün yeni SSD daşıyıcılarının buraxılışı haqda xəbər verib. Modellər alıcını sürət xüsusiyyətləri ilə yanaşı (15 MB/s-ə qədər oxunuş, 40 MB/s-ə qədər yazma), aşağı qiymətlə də maraqlandırırlar (16 Gb-lıq disk – 53$, 32 Gb-79$, 64 Gb-149$-dır).

Toshiba dünyada ilk WiMAX noutbuk təqdim etdi

09-10-2008

Toshiba WiMAX-la işləyən Satellite U405-ST550W noutbukunun satışı haqda elan verdi. 13,3 düymlük LSD displeyli noutbuk Windows Vista Home Premium əməliyyat sistemi ilə təmin olunub. Əsas üstünlüyü WiMAX/Wi-Fi şəbəkələri ilə işləməni dəstəkləyən Echo Peak simsiz əlaqə modulunun olmasıdır.


Norton İnternet Security 2009

08-10-2008

Norton Internet Security aşağıdakı funksiyaları yerinə yetirir: - Casus proqramlar,virus və reklamları aşkar edib bağlayır.

Noutbuk və kompüterlər üçün ətirli USB

08-10-2008

Dizayner Fredrik Perman noutbuk və kompüterlər üçün miniatür gül şəklində plastik ətirli USB hazırlayıb. Onun iş prinsipi belədir: qurğu ətirli yağlarla doldurulur, sonra kompüterə birləşdirilir.


S3 Graphics mobil videoadapterləri

08-10-2008

S3 Graphics şirkəti yeni Chrome 400 ULP mobil videokartları təqdim etdi. Onların ən maraqlı xüsusiyyəti enerji effektinin məhsuldarlıq üçün lazımi səviyyədə olmasıdır. Yeni məhsullar Chrome 430 ULP, Chrome 435 ULP və Chrome 440 ULP videokartları olacaq.

LITE-ON Blu-Ray, DVD Combo ötürücü hazırlayıb

07-10-2008

LITE-ON təmsilçiləri yeni daxili Blu-Ray Combo ötürücüsü buraxmağa hazırlaşırlar. Kod adı iHES206 olan ötürücü SATA interfeysinə malikdir, 6x sürətli BD-R/RE/ROM disklərini oxuya bilir və 8x-də DVD ± R, 16x-də DVD ± R DL və DVD + RW, 6x-də DVD-RW, 12x-də DVD-RAM yazmaq imkanına malikdir.


ASUS X59SL - xüsusən tələbələr üçün!

07-10-2008

ASUS, ATİ qrafikası ilə 15,4 düymlük noutbuk təqdim edir. Noutbuk xoş görünüşə, tələbə üçün vacib olan yaxşı funksionallığa və səmərəliliyə malikdir. Korpus parlaq, keyfiyyət yüksəkdir. Ekranı gözəl rənglər, yüngül işıqlanma ilə təmin olunub. Hər istifadəçi işıqlanmanı öz istəyi ilə seçə bilər. Bunun üçün bir neçə rejim və xüsusi düymə ayrılıb.

Microsoft Windows XP-nin ömrünü uzadır

06-10-2008

Internetdə Microsoftun Windows XP əməliyyat sisteminin satış müddətinin uzanması haqda məlumatlar yayılıb. Xatırladaq ki, Microsoft Windows XP-nin lisenziyalı surətləri hələ bu ilin əvvəlində mağazalardan yığışdırılıb.


Toshiba batareyaları - 10 dəqiqə ərzində yüksək nəticə

06-10-2008

Əgər sizin noutbukunuzun ehtiyatını doldurmaq üçün 10 dəqiqə vaxtınız varsa, artıq bunun görə narahat olmağa dəyməz. Toshiba bu problemin həllini tapıb.

PC-nin işləməsini və hərəkətini yavaşladan ən önəmli 5 proqram

06-10-2008

PC-nin işləməsini və hərəkətini yavaşladan ən önəmli 5 proqram aşkarlandı. İngiliscə buna “Elephantware” deyilir.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə