Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumu (TÜBİTAK) cari ilin martından başlayaraq Cənubi Qafqaz ölkələri və Avropanın akademik İnternet məkanı arasında əlaqələr yaradacaq “ Elektron İpək yolu” proqramını həyata keçirəcək.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” Dövlət Müəssisəsinin bütün xidmət və əməliyyatlarının avtomatlaşdırılmasını nəzərdə tutan Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi (AKİS) sentyabradək tam təhvil veriləcək.
Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan dilindəki mətnlərin orfoqrafik düzgünlüyünü yoxlayan “ORFOQRAF-AZ” proqramının tətbiqi zamanı meydana çıxan yeni təkliflər əsasında “Delfi 2009” proqramına keçilib.
«Symantec» şirkəti bir vaxtlar kompüterin işinin optimallaşması üçün məşhur toplu olan «Norton Utilities»in bərpası haqqında məlumat yayıb. «Norton Utilities»in son versiyası 2002-ci ildə buraxılıb və həmin vaxtdan onun komponentləri «SystemWorks» adlı daha yüksək qiymətli məhsula birləşdirilib.
İstifadəçilərini təkraredilməz texniki dəstək təcrübəsi ilə təmin etmək məqsədilə HP istifadəçilərin on-layn rejimində suallara tez və səmərəli cavab almalarına kömək etmək üçün yeni və yenilənmiş proqram seriyaları təqdim edir.
Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunda elektron xəstəlik vərəqi, fotorobot və daxili əlaqəli “Ortoped” kimi üç proqram modullarından ibarət olan “İntelSys” intellektual sistemi işlənib.
Google şirkəti kartoqrafik xidmətinin yenilənmiş versiyasını təqdim edib. Yeni xidmət okean dərinliklərinin detallarına qədər baxmaq imkanı verir.
Azərbaycan xalçalarını tanıtmaq məqsədilə yeni identifikasiya sistemi qurulub. Bu sistem Azərbaycan xalçalarının xaricdə tanıdılmasına imkan verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda kommunal xidmət haqlarının yığılması üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi ( ARUS) yaradılıb.
Şirkət qlobal böhranla əlaqədar olaraq dünyada kompyuter proqramları gəlirlərinin azaldığını bildirib.
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Avropa Nüvə Tədqiqatı Mərkəzi (ANTM) ilə elmi əlaqələri daha da genişləndirmək üçün Milli GRİD Şəbəkə Sistemi yaradılır.
Microsoft isə çox güman ki gələcəkdə netbuklarda Windows XP-ni hazırlanmaqda olan Windows 7 sisteminin sadələşdirilmiş versiyası ilə əvəzləyəcək.
Martın 18-də keçiriləcək ümumxalq səsverməsində (referendumda) kütləvi informasiya vasitələrində referendum qabağı təşviqat aparmaq məqsədilə 40 min və daha çox üzvü olan təşviqat subyektlərinə 5 kütləvi informasiya vasitələrində (KİV) ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.
Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunda avtomobillərin müəyyən olunan əraziyə giriş-çıxışının təmini və qeydiyyatının aparılması üçün dövlət nömrə nişanlarını kompüter tanıma sistemi hazırlanıb.
Dilmanc maşın tərcüməsinin Azərbaycan sisteminin yaradıcı qrupunun «Set of active suffix chains and its role in development of the MT system for Azerbaijani» (“Aktiv suffikslərin toplanması və onların Azərbaycanda maşın tərcüməsi sisteminin inkişafında rolu”) mövzusunda apardığı elmi-tədqiqat işi Amerikanın nüfuzlu elektron kitabxanasına - Institute of Electrical and Electronic Engineers (IEEE) daxil edilib.
Microsoft-un rəhbəri Stiv Balmer CES sərgisində çıxış edərkən söyləyib ki, proqram məhsulları ilə maraqlananlar Windows 7 əməliyyat sisteminin beta versiyası ilə tanış ola bilərlər.
Google, Mac OS X üçün Picasa-nın ilk beta versiyasını buraxıb. Bu, saxlamaq, redaktə etmək və rəqəmli təsvirlərin nəşri üçün proqramdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları