Sony PRS-700 elektron kitabı görünüşünə görə, bazarda təklif olunan analoqlarından çox fərqlənmir. Lakin istehsalçılar məhsula qeyri-adilik gətirmək istəyiblər. 6 düymlük displeyin sensor vərəqlərinin sayəsində elektron kitabı adi kitab kimi barmaqların hərəkəti ilə vərəqləmək olar.
Yalnız dünən Nintendo DSi portativ konsolunun yenilənməsi haqda yayılan məlumatlar təsdiq olundu. Istehsalçı yeni stasionar Wii konsolu üzərində işləyir.
Fujitsu şirkətinin təqdim etdiyi noutbuk seçimi bu həftə LifeBook A1110 modeli ilə davam etdi. Modelin nəzərəçarpan xüsusiyyəti onun xarici görünüşününü asanlıqla dəyişə bilməsi imkanıdır.
Transcend şirkətinin Amerika bölməsi USB interfeysli yeni JetFlash T5 fləş-daşıyıcılarına həsr olunmuş pres-reliz təqdim edib. Şirkət öz məhsullarını kiçik və əlvan fleş-kartlar kimi təsvir edib.
Microsoft-un icraçı direktoru Stiv Balmer bu ay ərzində təqdim olunmalı Windows Cloud adlı yeni əməliyyat sistemi haqda xəbər verdi. Lakin bu yenilik Windows 7-ni əvəz etmir. Windows Cloud şəbəkəyə müxtəlif əlavələr edən işçilər üçün nəzərdə tutulub.
Acer şirkəti Ferrari-yə həsr olunmuş brend məhsullarının buraxılışını davam edir. Bu dəfə söhbət məhdud sayla buraxılacaq 22 düymlük LCD F-22bid displeylərindən gedir.
Intel dördnüvəli, ucuz prosessorların satışına 30 noyabrda başlayacaq. 2,5 GHs tezlikli, FSB 1333 MHs ilə Core 2 Quad Q8300 prosessoru 4 Mb keş-yaddaşlıdır. Nisbətən baha versiyası - Q9300 həmin tezlikdədir, lakin 6 Mb keş-yaddaşlıdır.
Toshiba yapon şirkəti yaxınlarda DynaBook NX seriyalı yığcam noutbukunun buraxılışına başlamaq niyyətindədir. Istehsalçının bəyanatına görə, yeni noutbuk yüksək keyfiyyətə, gözəl xarici görünüşə və yığcamlığa malik olacaq.
Bu gün HP şirkəti 13,3 düymlük Pavilion dv3500t noutbukunu təqdim etdi. Noutbuk modifikasiyadan asılı olaraq Core 2 Duo prosessoru ilə, 2,0-dən 2,53 GHs-ə qədər tezliklə, 8 Gb operativ yaddaş, 400 Gb-a qədər sərt disk və Super Multi DVD ötürücüsü ilə təchiz olunub.
Fujifilm yeni SecureDigital kartları təqdim edib. SD, SDHC, MicroSD və MicroSD kartları göy, qırmızı, tünd qırmızı və narıncı rənglərdə olacaq.
Dell yeni böyükekranlı monitorların buraxılışı haqda elan verdi. Bunlar 17 düymlük S1709W və 19 düymlük S1909WX monitorlarıdır. Hər iki qurğu 1440 x 900 pikseldir, gözləmə rejimində 2 Vt-dan az enerji sərf edir, D-Sub portlarına malikdir.
Nikkei Business Daily yapon nəşriyyatının məlumatına görə, Nintendo şirkəti daşınıla bilən DS oyun konsolu (kompüterə birbaşa – şəbəkəsiz qoşulan qurğu) təqdim etməyə hazırlaşır. Təqdim edilən məhsul satışda olan Nintendo DS-dən kamera, böyük ölçülü ekran və Nintendo Wii birləşməsi ilə fərqlənir.
SimpleTech bir və iki diskli daşıyıcılar hazırlayır. Bunlar Pro Drive və Duo Pro Drive daşıyıcılarıdır. Şirkət Seagate şirkətinin 3,5 düymlük Barracuda 7200.11 sərt disklərini istifadə edir.
Advanced Micro Devices alman şirkəti stolüstü kompüterlər üçün nəzərdə tutulmuş enerji cəhətdən effektiv olan Phenom prosessorlarını təkmilləşdirməyi planlaşdırır. Bu məhsulların növbəti silsiləsi gələn ilin ortalarında işıq üzü görəcək.
Veeam Software şirkəti nworks yeni Enterprise Management Connectors 4.0 proqram təminatını təqdim etdi. Bu məhsul nworks şirkətinin əldə edilməsi nəticəsində “irsi olaraq” Veeam-a keçmişdir.
Motorola şirkəti simsiz əlaqə yaradan WiMAX standartının irəliləyişi və inkişafına həsr olunmuş ümumdünya konfransında yeni məhsul nümayiş etdirdi. Yeni Motorola X24 modeli avtomobildə quraşdırılmaq üçün nəzərdə tutulub.
Yapon şirkəti Buffalo sərt disklərin yeni - MiniStation Shinobi buraxılışını təqdim etdi. Onların fərqləndirici xüsusiyyəti yığcam ölçülərdə (86x56x5 mm) və az çəkidə (60 qr.) olmalarıdır. Bu nəticəyə nail olmaq üçün 1,8” ölçülü sərt disklərin konstruksiyasından istifadə edilib.
Amerika şirkəti Dell, ekran diaqonalı 23” olan mayekristallı monitorlar istehsal etməkdə davam edir. Bu sinifin yeni məhsulu Dell S2309W displeyidir. Xatırladaq ki, 23” monitor FullHD standartına uyğundur və onun sayəsində 1920х1080 pikselli yüksək keyfiyyətli təsvirə heç bir qara zolaq olmadan baxmaq olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları