ZDNet yazır ki, bir neçə iri İT-korporasiyaları, həmçinin Microsoft, Sun və Cisco, əlaqəli olaraq, domen adları internet-ünvanının uyğun olmasına cavab verən DNS sistemdə aşkar olunan ciddi zəifliyi aradan qaldıran patç hazırlayıblar. Zəiflikdən istifadə edən ziyankarlar, trafiki istənilən veb-ünvandan öz serverlərinə yönəldə bilərdilər.
Təhqiqatlar aparan Net Applications şirkəti maraqlı məlumatlar təqdim edib. Sən demə, hamı tərəfindən yaxşı tanınan Windows Vista əməliyyat sistemi, bütün dünya kompüterlərinin 16.14 faizində qurlaşdırılıb. Bu göstərici yeni istifadəyə verilmiş əməliyyat sistemi üçün heç də pis deyil. Lakin bu rəqəm, sözügedən əməliyyat sisteminin yayılması üçün şirkətin göstərdiyi səylər qarşısında müqaisə edilməz dərəcədə azdır. Özünüz müqaisə edin – liderliyi hamı tərəfindən sevilmiş, planetimizin 71.2% kompüterlərini əsarəti altında saxlayan Windows XP əməliyyat sistemi edir.
Wall Street Journal nəşri dünyanın ən iri İT və telekommunikasiya şirkətlərinin yeni təşəbbüsü haqda xəbər verir. Google, Verizon Communications, Cisco Systems, Telefon AB L.M. Ericsson, Hewlett-Packard şirkətləri, qeyri ticari əsaslarla bu və ya digər patent hüquqlarının alınması ilə məşğul olacaq Allied Security Trust briliyini yaradırlar. Bundan əlavə, birlik üzvlərinin birinə qarşı intellektual mülkiyyət hüquqlarının pozulması barədə iddia irəli sürülərsə, Allied Security Trust məhkəmələrdə şirkətlərin maraqlarını qoruyacaq.
Computerworld xəbər verir ki, Imation şirkəti, dəftərxana sancağı ilə müqaisə olunan Atom Flash Drive USB fləşkartını təqdim edib. Atom Flash Drive fləş kartının qabariti 30,5x13x5,6 millimetr, çəkisi 14 qram təşkil edir. Bu fləşkart dörd variantda istehsal olunur, bir, iki, dörd və səkkiz qiqabayt həcmində. Həcmindən asılı olaraq fləşkartın dəyəri 18 dollardan 100 dollaradək olacaq. Həmçinin qurğunun Windows Ready Boost ilə uyğun olması bildirilir. Bu cəhət ona kompüteridən yüksək iş qabiliyyəti ilə istifadə etməyə imkan verir.
Huawei ilə DGK-nin imzaladığı niyyət protokolu çox risklidir
Ekspert: NRYTN haqsız rəqabət aparır
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları