Astronomlar qalaktika interneti modelini təqdim etdi

11-09-2008

Lenta.ru-nun məlumatına görə, Havay universitetinin doktoru Con Lerndin başçılığı altında astronomlar qrupu potensial qalaktika interneti sxemini təqdim edib. Tədiqatçıların fikrincə, bəzi texnologiyaların köməyi ilə Sefeid sinifi ulduzlarının vasitəsilə informasiya siqnallarını ötürmək olar. Bu ulduzlar digərlərindən daimi əlvanlıqları ilə fərqlənirlər.

Yeni peyk Google-a müfəssəl şəkillər verəcək

09-09-2008

Yaxınlarda Google Maps və Google Earth servislərinin şəkillərinin keyfiyyəti yüksələcək. Reuters-in məlumatına görə, GeoEye şirkətinin buraxdığı peyk Google-a daha dəqiq şəkillər verəcək. Hər iki şirkətin loqotipləri peyk orbitə qalxarkən orada olub.


Samsung şirkəti Blu-ray formatının yalnız beş il yaşayacağını güman edir

09-09-2008

Sony şirkətində Blu-ray optik disklərinin PlayStation 3 ilə birlikdə 10 il ərzində daha da formalaşacağını güman etsələr də, Samsung-da bunun yalnız beş il yaşayacağını güman edirlər.

ABŞ-dan fəzaya fotokameralarla peyk buraxılıb

08-09-2008

ABŞ-dan fəzaya yüksək tələblərə cavab verən fotokameralarla peyk buraxılıb. GeoEye-1 Peyki yerə ağ-qara və rəngli şəkillər buraxa bilər. Qeyd olunur ki, o, Yerin səthinin 40 sm-dən böyük olmayan ağ-qara şəkilini çəkə bilər. Rəngli şəkillərin çəkilişi nisbətən azdır.


Yaponlar mausu ultrasəslə əvəz etməyi təklif edirlər

04-09-2008

Yaponiyalı tədqiqatçılar “insan-kompüter” qarşılıqlı əlaqə sisteminin növbəti nümunəsini təqdim ediblər. Bu dəfə qarşılıqlı əlaqəni əllər, ultrasəs və xüsusi şüa verən qurğu vasitəsi ilə həyata keçirmək təqdim olunub. Toxunma əsasında işləyən üçölçülü sistemlərin bundan əvvəl də təqdim olunmasına baxmayaraq, bu sistemlərin işləməsi üçün xüsusi geyim və ya manipulyasiya və toxunmanı ötürən əlcəklər tələb olunurdu. Hazırda isə yaponiyalı mühəndislər qeyd edirlər ki, xüsusi geyim və əlcəklər ultrasəsli dalğalarla əvəz oluna bilər.Tərtibatçıların sözlərinə görə, onların sistemi demək olar ki praktiki istifadə mərhələsindədir və tez bir zamanda yeni işləmənin satışa çıxarılması mümkün olacaq.

Britaniyalı tədqiqatçı spamerlərin sevimli hərflərini müəyyən edib

04-09-2008

Kembric Universitetinin kompüter laboratoriyasının əməkdaşı Riçard Kleyton əlifbanın ilk hərfləri ilə başlayan elektron ünvanlara, son hərflərə başlayan ünvanlara nisbətən daha çox spam məktubların daxil olduğunu təyin edib. Aparıcı internet-provayderin 8 ay ərzində müştərilərinə ünvanlanan yarım milyard elektron məktubun təhlilini aparan britaniyalı tədqiqatçı öz araşdırmalarında belə nəticəyə gəlib ki, elektron ünvanları “A” hərfi ilə başlayan istifadəçilərə daxil olan məktubların 35% məhz spamın payına düşür. “Z” hərfi ilə başlayan ünvanlara daxil olan elektron məktubların spam payı isə orta hesabla 20% təşkil edir.


Çində saniyədə 100 trilyon əməliyyat həyata keçirən super sürətli kompüter icad edilib

03-09-2008

Çin Elmlər Akademiyası nəzdində elektron-hesablayıcı maşınlar institutu və “Şuquan” informasiya texnologiyaları şirkəti yüksək sürətli kompüter icad edib. Kompüter saniyədə 100 trilyon əməliyyat həyata keçirmək imkanına malikdir.

Micro-Star International –ın təqdimatında GeForce 9400 GT –nin yeni versiyaları

28-08-2008

NVIDIA-nın digər həmkarları kimi Micro-Star International (MSI) şirkəti GeForce 9400 GT qrafik adapterinin elanından sonra öz yenilikləri barədə xəbər verməyə tələsdi. Istehsalçı etalon nümunədən çox fərqli dörd model təqdim etdi. Hər sürətləndirici qeyri-standart qırmızı rəngdə, G96 çipində, 16 potoklu prosessorlarla təchiz olunub, PCI Express 2.0 х16 şinindən istifadə edir.


Çinlilər xüsusi prosessorlardan superkompüter yığacaqlar

27-08-2008

IDG News-ın məlumatına görə, çinlilər 2010-cu ildə bir petaflop gücündə xüsusi superkompüter buraxmaq niyyətindədirlər. Sistem hazırda üzərində iş gedən Çin prosessorları - Godson 3 əsasında quraşdırılacaq.

Intel nazik noutbuklar üçün prosessorlar istehsal edib

26-08-2008

İntel nazik noutbuklar üçün Core 2 Duo prosessorlarını təqdim edib. SU9300 və SU9400 modellərinin hər ikisi 800 MHs-lik şin üzərində işləyir və ikinci dərəcəli, keş yaddaşlı, 3 Mb-lıq ölçüdədir. Birinci çipin tezliyi 1,2 GHs, ikincininki isə 1,4 Ghs-dir. Adı çəkilənlərlə yanaşı SL9300, SL9400, SP9300 və SP9400 modelləri də buraxılıb. Bu prosessorlar 1066 MHs şin üzərində işləyir və iki dəfə böyük keşə malikdir. Tezlikləri isə modeldən asılı olaraq 1,6-2,4 GHs arasında dəyişir.


Sentyabrda Lenovo ThinkPad X301 ultra-nazik noutbukunun satışı başlanılır

26-08-2008

ThinkPad X300 modelinin alıcıları üçün yeni X301 indeksli noutbuk gəlir. Mobil platforma Centrino 2-dən və Intel Core 2 Duo-nun əlverişli proqressiv prosessorlarından istifadə etməsi, DDR3-1066 MHs yaddaşlı olması imkanları noutbukun sələflərində yoxdur.

İlk altınüvəli Xeon sentyabrda buraxılacaq

26-08-2008

San-Fransiskoda keçirilən İDF-in konfransında şirkətin vitse-prezidenti Patrik Gelsinger elan etdi ki, altınüvəli prosessor - Xeon sentyabrda buraxılacaq. Dunnington kod adı altında olan prosessor X7460 Xeon çipinin bünövrəsi, 45 nm texnologiyası əsasında qurulub.


İnteldən yeniliklər

21-08-2008

İntel İDF-dən yeni və əhəmiyyətli xəbər. Intel Mobility Group-un vitse-prezidenti və baş meneceri Dadi Perlmutter (Dadi Perlmutter) İDF-in mərkəzi platformasında çıxış edərək İntelin noutbuklarla bağlı planlarını danışdı: Dördnüvəli mobil prosessorlar Ilk növbədə Perlmutter hi-end-ə məxsus Centrino 2 prosessorlu müasir noutbukların Quad Core texnologiyası ilə, yəni dördnüvəli prosessorlarla işləyəcəyini qeyd etdi. Bunların bəziləri Lenovo

Dell kompaniyası Ubuntu Linuxla işləyən 300 dollarlıq mininoutbuk istehsal edəcək

21-08-2008

Internetdə Dell firmasının İnspiron 910 kompüterinin texniki xarakteristikası barədə qeyri-rəsmi məlumatlar yayılıb. Gizmodo.ru saytının məlumatına görə, İnspiron 910 noutbukuna 1,6 ghs tezlikli İntel Atom prosessoru qoyulub. Operativ yaddaşın həcmi 512 Mb və ya 1 Gb ola bilər, fleş-kart əsaslı diskin həcmi 4 Gb-dan 16 Gb-a qədərdir. Qrafik idarəedici çipsetin köməyi ilə 8,9 düymlü displeydə təsvirə baxmaq olar.


Apple bazar qiymətinə görə Google-u geridə qoyub

19-08-2008

Apple şirkəti kapitallaşma üzrə Google İnternet-axtarış sistemini geridə qoyub. Belə ki, kompüter texnikası və elektronika istehsalçısının qiyməti cari ilin avqust ayının 14-də 158,84 milyard ABŞ dolları təşkil edib, Google şirkəti isə 157 milyard dollarına dəyərləndirilir. Belə vəziyyətdə Apple dünyanın ən qiymətli kompüter şirkətləri siyahısında 3-cü pillədə yer alıb.

Seçdiyi e-mail ünvanı insanın xasiyyətindən xəbər verir

18-08-2008

Leypsiq universitetinin alimləri müəyyənləşdiriblər ki, insanların xasiyyəti haqqında onların elektron ünvanlarına baxıb mühakimə yürütmək olar. Etdikləri tədqiqatlar onların gəldiyi qənaətin doğru olduğunu göstərir. Tədqiqatçılar 600 e-mail ünvanı seçib onların sahiblərinə kiçik anket suallarını cavablandırmağı xahiş ediblər. Sonra həmin elektron ünvanları 100 tələbəyə verərək onları xasiyyət baxımından qiymətləndirməyi tapşırıblar.


Cənubi Qafqazda ilk müstəqil hərbi sayt olan "milaz.info"ya qarşı təxribatlar başlayıb

01-08-2008

İyulun 28-dən hələlik tam məlum olmayan səbəblərdən fəaliyyətini dayandırmış "Milaz.info" saytı bu gün saat 14.15 radələrindən işləməyə başlayıb. Bu dövrdə sayta bir həftə ərzində (iyulun 21-dən 28-dək) yerləşdirilmiş xeyli sayda məqalə, müsahibə, xəbər və şərhlər isə saytdan silinib. Bu barədə RATİ-yə saytın baş redaktoru Cəsur Sümərinli məlumat verib. Onun sözlərinə görə, bu kimi hal indiyədək dəfələrlə təkrarlanıb. "Düşünürdük ki, bu texniki bir məsələdir. Amma bizə çatan mesajlardan hiss etdik bəzi dairələr bu kimi saytın fəaliyyətində maraqlı deyillər. Saytımıza müxtəlif ünvanlardan olan basqılar da göstərir ki, problem heç də texniki xarakterli deyil. Yəqin ki saytımızda vaxtaşırı dərc olunan tənqid xarakterli məlumatlar kimlərinsə xoşuna gəlmir", - deyə C. Sümərinli bildirdi.

Sun şirkəti ştatını ixtisar edir

17-07-2008

Sun şirkəti, gedişatında 1500-2500 əməkdaşının ixtisar edələcəyi struktur dəyişikliyi haqda fikirləşir. 1000 nəfərə yaxın əməkdaş Kanada və ABŞ-da ixtisar olunacaq. Məhz bu ölkələrdə, şirkətin ən “bahalı” əməkdaşları çalışır. Şirkətin etdiyi bəyanata görə, ixtisara nəinki fəhlə və mühəndislər düşəcəklər, ixtisar olunanlar arasında hətda top-menecment belə olacaq. Kimlərin şirkətin direktorlar şurasında kürsüsü ilə vidalaşacağı da dəqiqləşməyib. Həyata keçiriləcək struktur dəyişikliyii nəticəsində, 2008-ci ilin sonuna dək, Sun əməkdaşlarının 7%-i işdən azad ediləcək.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə