«iPad» 100 dollar ucuzlaşdı

04-03-2011 / 17:18

«Apple» korporasiyası «iPad»ın ilk buraxılışının bütün modifikasiyalarının qiymətini 100 dollar aşağı salıb. Bu haqda «Apple Store» onlayn-mağazasının saytında bildirilir.

Endirim istisnasız bütün mallara şamil olunur.

Artıq şirkət tərəfindən yeni «iPad»lar istehsal olunub. «iPad2» martın 2-si «Apple»-ın icraçı direktoru Stiv Jobs tərəfindən təqdim edilib. Yeni versiyanın qalınlığı 8,8 millimetr və hesablama güclərinin «iPad»-in əvvəlki buraxılışından iki dəfə artıqdır. Yeni istehsal olunmuş «iPad», 2 ikinüvəli prosessor A5 və  iki videokamera ilə təchiz olunub. «iPad»ın ikinci buraxılışının satışı ABŞ-da 11 martdan başlanacaq. Köhnə versiya ilə müqayisədə onun qiyməti praktik olaraq dəyişməyib, 500 dollar qiymətinə əldə etmək mümkün olacaq.

«Apple» 1976-cı il aprel ayının 1-də Stiv Jobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompyuter firmasıdır.

Şirkətin mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. 2005-ci ildən etibarən şirkətə Stiv Jobs rəhbərlik edir. «Apple» «Macintosh», «iPhone», «Mac Book», «iPod» və «İpad» şirkətin ən tanınan məhsullarıdır.

«Apple» bir zamanlar fotokamera və printer kimi texniki qurğular da istehsal etmişdir. Hazırda isə onun istehsal etdiyi məhsullar arasında kompyuterlər, monitorlar, mp3 pleyerlər və proqram məhsulları üstünlük təşkil edir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.