Previous Next
Bağla

“100 yeni beynəlxalq sürücü” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

20-07-2022 17:33
“100 yeni beynəlxalq sürücü” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən birgə həyata keçirilən “100 yeni beynəlxalq sürücü” layihəsi çərçivəsində təşkil edilən təlimlərin iştirakçılarına Nəqliyyat Təlim və Tədris Mərkəzi tərəfindən sertifikatlar təqdim olunub.

Xeberler.az bildirir ki, artıq 32 sürücü təlimləri uğurla başa vurub. Layihə Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqinə hazırlıq çərçivəsində həyata keçirilir. Qaydaların tələblərinə əsasən, təxminən 7000 nəfər sürücünün təlimlərə cəlb edilməsi nəzərdə tutulur. Məqsəd beynəlxalq daşımalar sahəsində peşəkar sürücülərin hazırlanması ilə yanaşı, daşımaların təhlükəsizliyi və sahənin rəqabətqabiliyyətliyinin artırılmasıdır. Layihənin əsas hədəfi beynəlxalq standartlara əsaslanan təcrübənin əldə edilməsi, peşəkarlıq səriştəsi yüksək olan sürücülərin sayının artırılması və işsiz sürücülərin işlə təmin olunmasına kömək göstərməkdir. Təlimlərdə C, C1E, CE kateqoriyalı sürücülük vəsiqələrinə malik işsiz sürücülər ödənişsiz olaraq iştirak edib. Sürücülərin təhsil haqları Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) tərəfindən ödənilib. Eyni zamanda Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Dövlət Məşğulluq Agentliyi arasında razılaşmaya əsasən təlim müddətində peşə hazırlığına cəlb olunan işsiz şəxslərə müvafiq qaydada təqaüd verilib və onların nəqliyyat xərclərinin ödənilməsi təmin olunub.

Təlimlər Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tədris proqramı əsasında nəzəri və praktiki hissələr üzrə müasir tədris auditoriyalarında, təlim meydançasında ali təhsil müəssisələrinin yüksək ixtisaslı, təcrübəli müəllim və dosentləri, həmçinin təlim ustaları cəlb olunmaqla həyata keçirilir. Beynəlxalq standartlara cavab verən dərs vəsaitləri Nəqliyyat Təlim və Tədris Mərkəzində hazırlanıb. Təlim mövzularını tədris etmək üçün müəllimlər xüsusi hazırlıq keçiblər.

Təlimlərdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən sürücülərə bu sahədə mövcud olan hüquq normaları, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına dair tələblər və onların istismar xüsusiyyətləri barədə biliklər verilir. Yüklərin qəbulu, rəsmiləşdirilməsi, təhlükəsiz yerləşdirilməsi, bərkidilməsi, daşınması və təhvil verilməsi qaydaları, müxtəlif növ yüklərin daşınmasının şərtləri və xüsusiyyətləri izah olunur. Sürücülər yol-nəqliyyat hadisələri zamanı görülən tədbirlər və ilk tibbi yardım qaydaları, etik normalara riayət edilməsi və davranış qaydaları, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları tənzimləyən normativ hüquqi aktlar barədə məlumatlandırılır.

Sonda sertifikat alan sürücülərin işlə təmin olunmasına köməklik göstərilir. Belə ki, sürücülər haqqında məlumat bazası formalaşdırılır. Bu məlumatlar həm Dövlət Avtomobil Nəqliyyatı Xidməti, həm də ABADA vasitəsilə milli daşıyıcılara təqdim edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb

“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb

11-05-2022
Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinə başlayır

Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinə başlayır

05-04-2022
Nazirlər Kabineti yeni qərar qəbul edib

Nazirlər Kabineti yeni qərar qəbul edib

13-04-2022
“Yol hərəkəti təhlükəsizliyi” təliminin iştirakçılarına sertifikatlar təqdim olunub

“Yol hərəkəti təhlükəsizliyi” təliminin iştirakçılarına sertifikatlar təqdim olunub

25-07-2022
Nəqliyyat Təlim və Tədris Mərkəzinin müəllim heyəti beynəlxalq təlimdə iştirak edir   

Nəqliyyat Təlim və Tədris Mərkəzinin müəllim heyəti beynəlxalq təlimdə iştirak edir  

19-07-2022
Nazir avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb

Nazir avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb

04-08-2022
“İcazə blankları”nın yekun bölgüsü başa çatıb

“İcazə blankları”nın yekun bölgüsü başa çatıb

12-01-2022
Bakı Nəqliyyat Agentliyinə yeni hüquq verildi

Bakı Nəqliyyat Agentliyinə yeni hüquq verildi

01-04-2019
Taxoqraf cihazı olmayan sürücülər cəzalandırılacaq

Taxoqraf cihazı olmayan sürücülər cəzalandırılacaq

17-09-2018
Avtomobil Nəqliyyatı mövzusunda konfrans keçirildi

Avtomobil Nəqliyyatı mövzusunda konfrans keçirildi

12-06-2018
5863 nəqliyyat vasitəsinə “Buraxılış kartı” verilib

5863 nəqliyyat vasitəsinə “Buraxılış kartı” verilib

11-05-2023
Bu il 1235 daşıyıcıya “TİR Karnet “ kitabçası verilib

Bu il 1235 daşıyıcıya “TİR Karnet “ kitabçası verilib

28-12-2023
Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir

Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir

28-02-2022
Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

06-04-2022
Ekstremal şəraitdə sürmə təlimi dərslərinə start verilir

Ekstremal şəraitdə sürmə təlimi dərslərinə start verilir

30-04-2019
Beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

05-07-2018
Regional avtovağzallara pasport verilib

Regional avtovağzallara pasport verilib

01-06-2018
Azərbaycanda nəqliyyat sənədləri elektronlaşır, tələblər dəyişir

Azərbaycanda nəqliyyat sənədləri elektronlaşır, tələblər dəyişir

16-06-2023
Avtomobil nəqliyyatına aid 2 razılaşma protokol imzalandı

Avtomobil nəqliyyatına aid 2 razılaşma protokol imzalandı

13-06-2018
Taksi sürücülərindən tələb ediləcək sənədlər açıqlandı

Taksi sürücülərindən tələb ediləcək sənədlər açıqlandı

01-12-2023
Beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının payı artıb

Beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının payı artıb

11-08-2022
Azərbaycan daşıyıcıları ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana avtomobillərlə yük gətiriblər

Azərbaycan daşıyıcıları ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana avtomobillərlə yük gətiriblər

27-06-2024
Yük daşıyıcılar yeni elektron xidmətdən istifadə edəcəklər

Yük daşıyıcılar yeni elektron xidmətdən istifadə edəcəklər

16-11-2022
Azərbaycanda “Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirilib

Azərbaycanda “Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirilib

28-07-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə