Previous Next
Bağla

“4Sİ Akademiyası - Milli Proqram”ın müddəti daha bir il artırılıb

18-06-2026 19:20
“4Sİ Akademiyası - Milli Proqram”ın müddəti daha bir il artırılıb

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 3-cü mərhələsinə start verilib. Dünyanın 375-dən çox nüfuzlu universiteti və qabaqcıl texnologiya şirkətinin 21 mindən çox təliminə qeydiyyat başlayıb.

Xeberler.az məlumat verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram”ın müddəti daha bir il artırılıb. Vətəndaşlar proqram çərçivəsində “Coursera” onlayn təlim platformasında dünyanın aparıcı universitetləri və texnologiya şirkətlərinin təlimlərindən ödənişsiz yararlana biləcəklər.

Artıq proqramın əhatə dairəsi daha da genişləndirilib. Əvvəlki mərhələlərdə vətəndaşlara təqdim olunan 18 mindən çox təlimə daha 3 min təlim əlavə olunub. Beləliklə, proqrama qoşulanlar müxtəlif istiqamətlər üzrə 21 mindən çox təlimdən istədiklərini seçmək və 6 həftə ərzində platformadan ödənişsiz yararlanmaq imkanı əldə edəcəklər.

Bununla yanaşı, pr Azərbaycan dilində altyazı ilə təqdim olunan 2500 kursa daha 750 təlim əlavə olunacaq. 15 təlim isə dublyaj olunub.

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində təqdim olunan təlimlər dünyanın 375-dən çox aparıcı universiteti və texnologiya şirkətitərəfindən hazırlanıb. Bu tərəfdaşlar sırasında Stanford, Oksford, Yel, Dyuk, Miçiqan, London universitetləri, həmçinin “Google”, IBM, “Microsoft”, “Meta”, “Amazon Web Services” və “DeepLearning.AI” kimi qlobal texnologiya şirkətləri və təhsil təminatçıları yer alır.

Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında rəqabətli insan kapitalının formalaşdırılmasına dəstək olmaqdır. Yeni mərhələdə iştirakçılar data analitikası, kibertəhlükəsizlik, blokçeyn, sahibkarlıq, proqramlaşdırma, generativ süni intellekt, prompt mühəndisliyi, layihə idarəetməsi, rəqəmsal iqtisadiyyatvə digər aktual sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdirə biləcəklər.

Qeyd edək ki, bundan əvvəlki mərhələdə proqram çərçivəsində mühüm nəticələr əldə olunub. Belə ki, 1 aprel 2025 - 31 mart 2026-cı il tarixlərini əhatə edən dövrdə 67 mindən çox istifadəçi proqrama qoşulub və onlar platformada 107 759 təlimi uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə ediblər. Azərbaycan dilinə tərcümə olunmuş kurslardan 18 600-dən çox istifadəçi faydalanıb və ümumilikdə 41 700 təlimi tamamlayıblar.

Əvvəlki mərhələdə tamamlanmış kurslar üzrə ən çox maraq göstərilən istiqamətlər arasında liderlik və idarəetmə, dataanalitikası, süni intellekt, biznes strategiyası, proqram təminatı, maşın öyrənməsi, dil və kommunikasiya bacarıqları, maliyyə və marketinq, kibertəhlükəsizlik kimi sahələr yer alıb.

Proqramın ikinci mərhələsinin iştirakçıları arasında aparılmışsorğunun nəticələrinə əsasən, sorğuda iştirak edən 2261 nəfərin 92,1 faizi layihədən məmnun olduğunu, 99,2 faizi isə proqramın davam etdirilməsini dəstəkləyib. Bundan əlavə, respondentlərin 47,9 faizi proqramın onların iş performansını artırdığını, 20,7 faizi əldə etdikləri bilik və bacarıqlarının əmək haqqına təsir etdiyini, 16,9 faiziisə iş yerində vəzifə yüksəlişi əldə etdiyini qeyd edib.

Proqram dövlət və özəl sektorun tərəfdaşlığı əsasında icra olunacaq. “Pasha Holding”, SOCAR, “Total Energies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B Group” şirkətləri korporativ sosial məsuliyyət çərçivəsində proqramın yeni mərhələsinin tərəfdaşları qismində çıxış edirlər.

Proqrama qoşulmaq üçün vətəndaşlar https://form.4sim.gov.az/ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

14-05-2025
Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

26-04-2025
“Milli Proqram” istifadəçilərinin sayı 60 min nəfərə çatıb

“Milli Proqram” istifadəçilərinin sayı 60 min nəfərə çatıb

26-01-2026
“Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb

“Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb

11-04-2025
“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

15-03-2025
“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

02-04-2025
4SİM “Gələcək üçün bacarıqlar” mövzusunda görüş keçirib

4SİM “Gələcək üçün bacarıqlar” mövzusunda görüş keçirib

05-06-2026
“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

07-05-2025
 “Milli Proqram”a qeydiyyat davam edir

“Milli Proqram”a qeydiyyat davam edir

26-08-2025
“Coursera”da bir sıra kurslar ana dilinə dublyaj olunub

“Coursera”da bir sıra kurslar ana dilinə dublyaj olunub

01-08-2025
"Milli Proqram"a qeydiyyat davam edir

"Milli Proqram"a qeydiyyat davam edir

20-08-2025
“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18-09-2025
“Milli Proqram” çərçivəsində 15000 nəfər 27000 təlimi uğurla tamamlayıb

“Milli Proqram” çərçivəsində 15000 nəfər 27000 təlimi uğurla tamamlayıb

01-07-2025
“Milli Proqram” çərçivəsində 22 500 nəfər təlimləri tamamlayıb

“Milli Proqram” çərçivəsində 22 500 nəfər təlimləri tamamlayıb

07-08-2025
“Milli Proqram” istifadəçiləri 13 mindən çox kursdan yararlana bilər

“Milli Proqram” istifadəçiləri 13 mindən çox kursdan yararlana bilər

08-10-2025
“Milli Proqram”a qeydiyyat davam edir

“Milli Proqram”a qeydiyyat davam edir

13-08-2025
“Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat verilib

“Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat verilib

27-10-2025
“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb

16-09-2024
“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın açılış proqramı keçirilir

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın açılış proqramı keçirilir

30-05-2025
“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub

09-10-2024
Fariz Cəfərov: İşğaldan azad edilmiş ərazilərə köç etmiş vətəndaşlar üçün kurslar təşkil olunacaq

Fariz Cəfərov: İşğaldan azad edilmiş ərazilərə köç etmiş vətəndaşlar üçün kurslar təşkil olunacaq

09-10-2024
Azərbaycanda 10 minə yaxın şəxs ödənişsiz 4Sİ texnologiyaları üzrə kursa qoşula biləcək

Azərbaycanda 10 minə yaxın şəxs ödənişsiz 4Sİ texnologiyaları üzrə kursa qoşula biləcək

30-08-2023
4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026
"Milli Proqram” çərçivəsində 75 mindən çox kurs tamamlanıb

"Milli Proqram” çərçivəsində 75 mindən çox kurs tamamlanıb

02-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə