Previous Next
Bağla

“AI4ART Proqramı”nın "Demo Day" tədbiri təşkil olunub

15-01-2025 21:39
“AI4ART Proqramı”nın "Demo Day" tədbiri təşkil olunub

Yanvarın 15-də Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) dəstəyi ilə “AI4ART Proqramı”nın "Demo Day" tədbiri təşkil olunub.

Xeberler.az məlumat verir ki, Yaradıcı Mərkəzdə təşkil edilən tədbirdə “AI4Art” layihəsi üzrə animasiya, musiqi, kino sənayesi, dizayn və digər yaradıcılıq sahələrində süni intellektin tətbiqinə dair keçirilmiş təlimlərin nəticələri təqdim olunub. Təlim iştirakçıları iki aylıq intensiv hazırlıq mərhələsində ərsəyə gəlmiş işlərini nümayiş ediblər.

Layihənin əsas məqsədi süni intellektin yaradıcı sahələrdə tətbiq imkanlarını göstərmək və iştirakçılara bu texnologiyalardan praktiki şəkildə istifadə etmək bacarıqları qazandırmaq olub. Bu proqram çərçivəsində tələbələr 48 saat ərzində incəsənət, mədəniyyət və gündəlik həyatda süni intellektin tətbiqi yollarını öyrəniblər. Həmçinin təlim iştirakçıları həm yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər, həm də gündəlik həyatda bu biliklərdən necə istifadə edə biləcəklərini praktiki şəkildə mənimsəyiblər.

İştirakçılar tərəfindən hazırlanmış layihələr – süni intellektlə yaradılmış animasiyalar, musiqi kompozisiyaları, dizayn nümunələri və kino layihələri təqdim olunub.

Layihə müddətində iştirakçılar süni intellekt texnologiyalarından istifadə edərək yaradıcılıq sahələrində öz ideyalarını həyata keçirmək imkanı qazanıblar.

“AI4Art” layihəsi çərçivəsində təşkil olunan təlimlər süni intellektin yaradıcı sahələrdəki potensialını araşdırmaq və iştirakçılara bu texnologiyanı peşəkar fəaliyyətlərində tətbiq etmək üçün zəruri bilik və bacarıqları qazandırmağa yönəlib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Süni intellekt savadlılığı” mövzusunda təlim keçirilib

24-02-2026

“Süni intellekt savadlılığı” proqramı davam edir

25-12-2025

İyunun 1-də “Demo Day – Barama” keçiriləcək

17-05-2021

“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

24-07-2025

“Demo Day – Barama” çərçivəsində 5 uğurlu startapın təqdimatı keçiriləcək

31-05-2021

Azercell-in dəstəyi ilə Beyləqanda STEM dərslərinə start verilir

05-03-2026

"Nar" “Gələcəyini Qur” Layihəsinə dəstəyini davam etdirir

28-02-2022

İRİA və KOİCA-nın təlimlərində 40-dan çox startapçı və startap mentoru məzun olub

08-02-2024

“Süni intellekt və beynəlxalq hüquq” konfransı keçirilib

04-12-2025

“Startup School 3” layihəsində fərdi mentorluq mərhələsi başlayıb

19-09-2025

"RobotChallenge 2026" çempionatının milli mərhələsinə qeydiyyat başlayıb

18-03-2026

Ölkəmizdə ilk dəfə “Creative Solution Go” olimpiadası keçirilib

18-12-2020

Regionlarda “Süni intellekt savadlılığı” proqramına start verilib

01-12-2025

“Yaradıcılıq, İnnovasiya və Sahibkarlıq” layihəsinin ilkin mərhələsi yekunlaşıb

06-08-2025

Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

21-11-2024

“Məktəblilərarası Milli Hakaton-2025”in olimpiada mərhələsi keçirilib

30-05-2025

Beynəlxalq Kosmik Olimpiadanın milli finalı keçirilib

02-05-2025

Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir

13-03-2026

Digital Girls – Milli Təlim Proqramı layihəsinə start verilib

19-12-2019

UNEC-in tələbələri “Technest Demo Day” sertifikatını qazanıblar

16-12-2024

BDU əməkdaşları “Huawei”in sertifikatına layiq görülüblər

26-05-2025

Şamaxıda Praktiki mühəndislik və liderlik dərnəkləri təşkil edilib

24-01-2019

SABAH.HUB İnnovasiya Mərkəzi tərəfindən “Demo Day” tədbiri təşkil olunub

17-01-2024

Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilib

23-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə