Previous Next
Bağla

“Asan İmza” Ukraynada müzakirə olunub

15-02-2017 14:16
  “Asan İmza”  Ukraynada müzakirə olunub

Fevralın 7-si və 8-də Ukraynanın elektron idarə edilməsi məsələləri üzrə Dövlət Agentliyi tərəfindən Kiyevdə tədbir təşkil edilib.

Xeberler.az-ın məlumatına görə, tədbir çərçivəsində həmin Agentliyin əməkdaşları, mobil operatorlar, habelə beynəlxalq ekspertlər arasında Ukraynada mobil elektron imza xidmətinin (Mobile ID) tətbiq edilməsilə bağlı müzakirələr aparılıb.

Mobil texnologiyaların gündəlik həyatda və peşəkar fəaliyyətdə yayılma səviyyəsini, mobil rabitənin 3G və LTE kimi yeni standartlarının tətbiq edilmə tendensiyalarını, eləcə də smartfonlara tələbatın artmasını nəzərə aldıqda, Mobile ID texnologiyası vətəndaşlara həm dövlət, həm də özəl müəssisələr tərəfindən elektron xidmətlərin təqdim olunması kontekstində ən perspektivli həll kimi ortaya çıxır.

Mobile ID hüquqi dəyəri olan elektron sənədlərin yaradılması üçün şəxsiyyətin təsdiq edilməsinə xidmət edən elektron imzanın telefonun SIM-kartında yerləşdirilməsini nəzərdə tutur.

«Ukrayna üçün rəqəmsal bazarın inkişafında bu innovativ layihə həqiqətən sıçrayış mahiyyəti daşıya bilər. Mən çox şadam ki, Agentliyin nümayəndələri ilə Kiyvstar mobil rabitə operatoru, habelə Aleksandr Rıjenko, Viktoriya Şevçenko, Vladimir Ostaşçuk və Yana Krimpenin timsalında beynəlxalq ekspertlərin birgə görüşü çərçivəsində biz Mobile ID-nin tətbiqinin pilot layihəsinin iki ay davam edəcək ikinci, sonuncu mərhələsinə rəsmi start verdik. Eləcə də xatırlatmaq istərdim ki, artıq 2016-cı ilin sonunda biz Dövlət Torpaq Kadastrından elektron xidmətlərin əldə edilməsi sahəsində Mobile ID-nin imkanlarını nümayiş etdirmişdik. Odur ki, mən əminəm: məhz 2017-ci il Ukraynada Mobile ID-nin tətbiqi ili olacaqdır ”, - deyə, görüşün sonunda Ukraynanın elektron hökumət məsələləri üzrə Dövlət Agentliyinin sədr müavini Aleksey Vıskub qeyd edib.

 Ötən ilin sonunda Elektron hökumət məsələləri üzrə Dövlət Agentliyinin, Ukraynanın Ədliyyə Nazirliyinin, habelə Kiyvstar mobil rabitə operatoru kimi Ukraynanın dövlət və özəl struktur nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri baş tutmuşdu. Əsas məqsəd əhaliyə elektron xidmətlər və qabaqcıl texnologiya sahəsində Azərbaycan təcrübəsi ilə tanışlıqdan ibarət idi.

Səfər çərçivəsində Ukraynalı qonaqlar Azərbaycan Respublikası Vergilər Nazirliyində, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, habelə Azercell Telecom və B.EST Solutions şirkətlərində görüşlər keçirmişlər. Görüşlər zamanı əsas diqqət Asan İmza gücləndirilmiş mobil elektron imza xidmətilə bağlı məsələlərə ayrılmışdı. O cümlədən, Azərbaycanın mobil identitet ekosisteminin ümumi arxitekturası, dövlət və özəl sektorların əməkdaşlıq modeli əsasında sistemin komponentləri arasındakı qarşılıqlı əlaqə, mobil elektron imza ilə mümkün olan innovativ elektron xidmətlər kimi mövzular müzakirə olunmuşdur.

Keçən ilin sentyabr ayında Ukraynada keçirilən PKI Forum--da Ukraynanın milli elektron rəqəmsal imza sertifikatı ilə pilot rejimində sənəd imzalamaq imkanlı Asan İmza texnologiyasının analoqu nümayiş etdirilmişdi. Azərbaycan ilə Ukrayna arasında sənədin pilot rejimində imzalanması  "Asan İmza" xidmətinin operatoru hesab edilən B.EST Solutions şirkətinin, Ukrayna Ədliyyə Nazirliyinin sertifikat mərkəzinin, habelə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin texniki dəstəyi ilə həyata keçirilmişdi. Bu əməkdaşlıq sayəsində hal-hazırda Ukraynada Azərbaycanın "Asan İmza" mobil elektron imza texnologiyası əsasında bu ölkənin vətəndaşına milli sertifikatın verilməsi artıq uğurla sınaqdan keçirilmişdir.

Kiyevdə keçirilən tədbirdə "Asan İmza" gücləndirilmiş mobil elektron imza xidmətinin operatoru olan B.EST Solutions şirkətinin rəhbəri Yana Krimpenin qeyd etdiyi kimi dünyada ən təhlükəsiz mobil identitet texnologiyası olaraq «Asan İmza» elektron xidmətlərdə istifadəçilərin şəxsi məlumatlarına istənilən qeyri-qanuni giriş riskinin qarşısını alır, çünki xidmətin aktivləşdirilməsi üçün bütün lazımi məlumat yalnız istifadəçinin özünə məlumdur.

Ukraynanın mobil operatorları və dövlət orqanları ilə keçirilən çoxtərəfli görüşlərdə xanım Yana Krimpe Ukraynanın xidmət provayderlərinin yüksək texnoloji səviyyələrini, onların elektron rəqəmsal imza məsələlərində bilik və səriştələrini, habelə bazarın innovativ xidmətlərin göstərilməsinə yüksək hazırlıq dərəcəsini qeyd etmişdir.

"B.EST Solutions şirkəti və "Asan İmza" komandası Azərbaycan texnologiyalarının qonşu ölkələrə ixrac edilməsi istiqamətində intensiv iş aparır. Məhz "Asan İmza" sayəsində Mobile ID xidmətinin bu gün Azərbaycan vətəndaşlarına əlçatan üstünlükləri Ukraynada da təqdim edə biləcək", - deyə, Yana Krimpe qeyd edib.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016

Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə sənəd imzaladı

07-10-2016

“Asan İmza” Rusiyada təqdim ediləcək

14-09-2016

Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

23-08-2016

“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016

“Asan İmza” Londonda təqdim ediləcək

03-05-2016

Asan İmza ödənişsiz oldu

22-05-2020

Ölkədə ilk dəfə elektron formada memorandum bağlanıb

16-06-2017

“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016

Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub

06-12-2016

“Asan İmza” Rusiyada keçirilən müsabiqədə qalib oldu-Foto

15-09-2016

“Asan İmza” Romada təqdim edildi

06-05-2015

Asan imza ağıllı texnologiyalar həftəsində təqdim edilib

17-09-2015

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013

“Asan İmza” Daşkənddə təqdim edilib

22-09-2016

İKT şirkətlərimiz beynəlxalq tenderdə iştirak edir

24-05-2016

“Asan İmza” Polşada təqdim ediləcək

02-06-2016

“Asan İmza” Kann şəhərində təqdim olunub

01-12-2016

Kiyevdə PKI beynəlxalq forumu təşkil olunub

04-10-2019

İT şirkətimiz beynəlxalq assosiasiyaya üzv seçilib

21-07-2016

“B.EST Solutions” şirkəti Estoniyada keçirilən İKT həftəsində

13-05-2015

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

Azərbaycan innovasiyaları Belçikada təqdim edilib

15-11-2017

“Asan İmza” Haaqada təqdim ediləcək

13-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə