Previous Next
Bağla

“ASAN Login” sistemində 1 000 000 istifadəçi qeydiyyatdan keçib

18-04-2020 17:50
“ASAN Login” sistemində 1 000 000 istifadəçi qeydiyyatdan keçib

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN Login” sistemi qurumlar tərəfindən göstərilən elektron xidmətlərdən istifadə etmək üçün yaradılmış vahid giriş sistemidir. Xüsusi karantin rejimində elektron xidmətlərdən istifadə öz aktuallığını daha da artırıb və vətəndaşlar olduqları yeri tərk etmədən “ASAN Login” sistemi üzərindən rəqəmsal xidmətlərə daha çox müraciət edirlər.

Artıq “ASAN Login” sistemi üzərindən  1 000 000 - cu istifadəçi uğurla qeydiyyatdan keçib. Bu isə o deməkdir ki, artıq 1 000 000 - dan çox vətəndaş “ASAN Login” sistemi vasitəsilə rəqəmsal xidmətlərdən heç yerə getmədən, zamana və resurslarına qənaət edərək rahat şəkildə istifadə edir.

Aprelin 1 - dən bu günədək “ASAN Login” sistemindən bir milyondan çox vətəndaş tərəfindən 2 milyona yaxın istifadə sayı qeydə alınıb.

“ASAN Login” sisteminə istifadəçi FİN-i, “Asan İmza”, Elektron imza və BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə daxil olmaq mümkündür.

“ASAN Login” yeni texnologiyalar (mikroservis arxitekturası) əsasında hazırlanmış müxtəlif sistemlər (veb, mobil) üçün mərkəzi identifikasiya və autentifikasiya sistemidir. Sistemin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, vətəndaş https://asanlogin.my.gov.az portalında bir dəfə qeydiyyatdan keçməklə sistemə inteqrasiya olunmuş bütün digər qurumların elektron sistemlərinin və portallarının xidmətlərindən asanlıqla yararlana bilir. Beləliklə vətəndaşların işi sadələşir, müxtəlif portallarda qeydiyyatdan keçməyə, müxtəlif  istifadəçi adı və parolları yadda saxlamağa ehtiyac qalmır.   Vətəndaş “ASAN Login” sisteminə daxil olduqda inteqrasiya olunmuş bütün sistem və portallara avtomatik giriş edə, hər hansı birindən çıxdıqda isə bütün sistemlərdən çıxış edə bilir. Bu isə təkrarçılığın qarşısını alaraq zamana qənaət edir.   

“ASAN Login” sistemindən qeydiyyatdan keçən vətəndaş "e-Sosial", "e-Agro", "e-Satınalma", “ASAN ödəniş”, "e-Hərrac", İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, ADRA İcazələr sistemi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi, İcazələrin alınması və monitorinqi sistemi və digər sistemlərə giriş edə bilir. “ASAN Login”dən qeydiyyatdan keçənlər ,həmçinin “myGov” platformasından iş yeri, yaşayış yeri, ailə tərkibi kimi elektron arayışları əldə edə, elektron etibarnamə əldə etmək üçün müraciət və digər elektron xidmələrdən yararlana bilirlər. Həmçinin vətəndaşlar “myGov” platforması üzərindən şəxsi, pasport, hərbi xidmət, hərbi qulluq, cərimə, adlarında olan etibarnamələr, daşınmaz əmlak və digər məlumatlarına baxa  bilirlər.  

Elektron Hökumətin İnkişafı Mərkəzi bütün vətəndaşları “ASAN Login” sistemindən qeydiyyatdan keçərək elektron xidmətlərdən istifadə etməyə, bununla da zaman və resurslara qənaət edərək evdə qalmağa səsləyir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022

SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün oldu

12-10-2022

EHİM-dən daha bir yenilik: “ASAN Login”də videoqeydiyyat imkanı yaradılıb

12-03-2021

“digital.login” yeni inteqrasiya sayəsində daha da təkmilləşdirilib

24-06-2025

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025

Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

06-05-2024

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020

Cərimələr və etibarnamələrlə bağlı məlumatlar daha əlçatan oldu

21-06-2022

“digital.login”də şəxsiyyətini “SİMA KYC” ilə təsdiqlə

13-06-2025

Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalı yenilənib

11-03-2025

Azərbaycanda hərraclar artıq elektron şəkildə həyata keçiriləcək

21-05-2020

“AzInTelecom” MMC ilə “Azərişıq” ASC-nin birgə mətbuat konfransı keçirilib

27-07-2022

"myGov"portalının funksiyaları artırılacaq

15-11-2022

Milli Məlumat Mübadiləsinə 70 qurumun 100-dən çox informasiya sistemi inteqrasiya edilib

17-09-2024

COVID-19 pasportu belə veriləcək - Dövlət Agentliyindən Açıqlama

25-05-2021

“İcazələr” sistemi “myGov” portalına inteqrasiya olunub

27-02-2020

“Daşınmaz əmlak məlumatlarım” xidməti “myGov” portalına interqasiya olunub

05-03-2020

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

Elektron imza ilə bağlı yenilik

03-08-2017

Rəqəmsal Hökumət təşviqat proqramının növbəti mərhələsinə start verilir

11-07-2019

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Ünvanlı yardım üçün müraciət proseduru daha da təkmilləşdirilib

03-06-2024

“ASAN İmza”sı olan vergi ödəyicilərinin nəzərinə

28-10-2016

SİMA-nın 60-dan çox qurumla inteqrasiya prosesi aparılır

06-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə