Previous Next
Bağla

“ASAN xidmət” və Afrika tərəfdaşlığı beynəlxalq konfransda təqdim olunub

26-05-2026 18:38
“ASAN xidmət” və Afrika tərəfdaşlığı beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Bakı Dövlət Universitetinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Bakıda Afrika Günü münasibətilə beynəlxalq konfrans keçirilib.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Afrika İttifaqının yaradılmasının ildönümünə həsr olunan tədbir Azərbaycan ilə Afrika ölkələri arasında siyasi, iqtisadi, humanitar və institusional əməkdaşlığın mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.

Açılış mərasimində Azərbaycan ilə Afrika ölkələri arasında münasibətlərin inkişafı, əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlıq perspektivləri vurğulanıb.

Tədbir çərçivəsində Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev “ASAN xidmət”in innovativ fəaliyyəti və Afrika qitəsində həyata keçirilən əməkdaşlıq barədə təqdimat edib. O, hazırda Efiopiyada və Uqandada “ASAN xidmət” təcrübəsi əsasında xidmət mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib.

Təqdimat zamanı “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 4 qitədə 35-dən çox dövlətlə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb. Həmçinin “ASAN xidmət”in beynəlxalq səviyyədə əldə etdiyi uğurlar, o cümlədən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması və dayanıqlı idarəetmə modelinin formalaşdırılması istiqamətində qazandığı təcrübənin Afrika ölkələri üçün faydalı tərəfdaşlıq nümunəsi ola biləcəyi bildirilib.

Tədbir müddətində “Azərbaycan–Afrika münasibətləri: Mövcud dinamika və strateji potensial” və “Agenda 2063 və Afrikanın beynəlxalq münasibətlər sistemində artan rolu” mövzularında panel müzakirələri keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Efiopiyada “ASAN xidmət” modeli əsasında xidmət mərkəzləri istifadəyə verilib

25-05-2026

“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib

24-06-2025

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

25-07-2025

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018

ASAN xidmət təcrübəsi Afrika şəhərlərinin 8-ci Forumu-nda

24-11-2018

“ASAN xidmət”in Afrikada tətbiqi genişləndiriləcək

23-06-2025

UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

21-05-2026

“ASAN xidmət” dövlət xidmətləri sahəsində beynəlxalq Forum keçirir

15-12-2022

Uqandalı nazir “ASAN xidmət”də olub

27-08-2025

Kolumbiyada “ASAN xidmət” təcrübəsi tətbiq olunacaq

14-02-2025

Efiopiyada “ASAN xidmət” modeli əsasında xidmət mərkəzlərinin açılışı olub

17-03-2026

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

“ASAN xidmət” modeli Malayziyada tanıdılıb

05-12-2024

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

İT şirkət məhsullarını Afrika bazarına çıxarır

05-03-2018

Efiopiya nümayəndə heyəti “ASAN xidmət”də olub

02-12-2024

Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasında səfərdə olub

02-06-2025

“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində olub

22-04-2026

"ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

03-06-2025

“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olunub

03-11-2025

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

WUF13-ün iştirakçıları “ASAN xidmət”də olublar

18-05-2026

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelaya səfər edib

13-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə