Previous Next
Bağla

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

24-02-2025 14:32
“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2024-cü il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib.

Xeberler.az bildirir ki, “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli Fərmanı ilə verilmiş tapşırığa əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla, dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası 2024-cü ildə də davam etdirilib.

Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

Həmin tapşırığın yerinə yetirilməsi məqsədilə 2024-cü ildə qurum tərəfindən 37 mərkəzi icra hakimiyyəti orqanının 167 xidməti, 23 yerli icra hakimiyyəti orqanının 89 xidməti və 15 hüquqi şəxsin 44 xidməti daxil olmaqla, ümumilikdə, 300 xidmət qiymətləndirilib.

Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən, 2024-cü ildən etibarən Naxçıvan Muxtar Respublikasının dövlət orqanları tərəfindən göstərilən dövlət xidmətlərinin “ASAN xidmət indeksi” əsasında qiymətləndirilməsi həyata keçirilib. Qeyd olunan 300 xidmətin 78 xidməti məhz Naxçıvan Muxtar Respublikasının 23 dövlət orqanına aiddir.

Təqdimat 2 hissədən ibarət olub. Birinci hissədə 2024-cü ildə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə ilə bağlı qısa təqdimat keçirilib və nəticələr açıqlanıb. Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə 2024-cü ildə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.

Mərkəz icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar:

1-ci yer: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

2-ci yer: Dövlət Miqrasiya Xidməti;

3-cü yer: Energetika Nazirliyi.

Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar:

1-ci yer: Pirallahı Rayon İcra Hakimiyyəti;

2-ci yer: Yasamal Rayon İcra Hakimiyyəti;

3-cü yer: Binəqədi Rayon İcra Hakimiyyəti.

Hüquqi şəxslər arasında ən yüksək göstəriciləri olan qurumlar:

1-ci yer: “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;

2-ci yer: “Azəriqaz” İstehsalat Birliyi;

3-cü yer: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi.

İkinci hissədə dövlət qurumlarının nümayəndələrinə qiymətləndirmənin nəticələrinin geniş və interaktiv şəkildə təqdimatı keçirilib. Tədbir sual-cavab hissəsi ilə davam etdirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

20-02-2024
“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

23-02-2026
“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

28-11-2019
“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

07-02-2023
ƏƏSMN “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 1-ci yeri tutdu

ƏƏSMN “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 1-ci yeri tutdu

24-02-2025
ASAN xidmət indeksi təqdim edildi-Foto

ASAN xidmət indeksi təqdim edildi-Foto

21-09-2017
Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12-09-2014
ASAN xidmət indeksi sentyabrda təqdim olunacaq

ASAN xidmət indeksi sentyabrda təqdim olunacaq

21-07-2017
Hansı dövlət qurumun xidməti keyfiyyətlidir?-Siyahı

Hansı dövlət qurumun xidməti keyfiyyətlidir?-Siyahı

21-09-2017
ASAN xidmət indeksi sabah təqdim olunacaq

ASAN xidmət indeksi sabah təqdim olunacaq

20-09-2017
 “ASAN xidmət indeksi” nə vaxt istifadəyə veriləcək?-Fotolar

“ASAN xidmət indeksi” nə vaxt istifadəyə veriləcək?-Fotolar

04-10-2016
Çağrı mərkəzləri "ASAN xidmət" modeli əsasında təkmilləşdiriləcək

Çağrı mərkəzləri "ASAN xidmət" modeli əsasında təkmilləşdiriləcək

24-04-2026
Elektron Reyestr ilə bağlı vəziyyət nə yerdədir?

Elektron Reyestr ilə bağlı vəziyyət nə yerdədir?

29-12-2014
Osman Gündüz: Dövlət qurumları necə xidmət göstərirlər?

Osman Gündüz: Dövlət qurumları necə xidmət göstərirlər?

03-02-2022
Elektron xidmətlərin qiymətləndirilməsi davam edir

Elektron xidmətlərin qiymətləndirilməsi davam edir

18-12-2015
Biləsuvar Rayon İcra Hakimiyyəti portala qoşuldu

Biləsuvar Rayon İcra Hakimiyyəti portala qoşuldu

17-03-2015
ASAN xidmət-də Apelyasiya Şurası yaradılıb

ASAN xidmət-də Apelyasiya Şurası yaradılıb

25-02-2016
 “ASAN xidmət dövlət orqanlarının bütün xidmətlərini qiymətləndirəcək”

“ASAN xidmət dövlət orqanlarının bütün xidmətlərini qiymətləndirəcək”

10-06-2016
Qeyri-iş günləri bu qurumlara şamil edilmir

Qeyri-iş günləri bu qurumlara şamil edilmir

26-03-2020
Naxçıvan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

Naxçıvan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

12-03-2025
Azərbaycanda vahid dövlət-biznes elektron reyestri yaradılır

Azərbaycanda vahid dövlət-biznes elektron reyestri yaradılır

15-05-2019
“ASAN xidmət indeksi” təqdim edilir-Foto

“ASAN xidmət indeksi” təqdim edilir-Foto

03-10-2016
Naxçıvanda sahibkarlara güzəştli kreditlər verilməsi üçün məqsədli limit ayrılacaq

Naxçıvanda sahibkarlara güzəştli kreditlər verilməsi üçün məqsədli limit ayrılacaq

20-09-2023
Ekspert ASAN xidmət indeksi üzrə Reytinq Cədvəlinin nəticələrindən danışdı

Ekspert ASAN xidmət indeksi üzrə Reytinq Cədvəlinin nəticələrindən danışdı

28-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə