Previous Next
Bağla

“AZCLOUD ScaleUp” proqramı ilə 5 startapa 25 000 manatlıq dəstək veriləcək

17-12-2021 17:31
“AZCLOUD ScaleUp” proqramı ilə 5 startapa 25 000 manatlıq dəstək veriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin “AZCLOUD ScaleUp” proqramı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “EAZİ” Startap Mərkəzi ilə birgə startapçılarla görüş keçirilib.

Xeberler.az bildirir ki, şirkətdən verilən məlumata görə, görüşdə startapçılarla yanaşı, “EAZİ” Startap Mərkəzinin mentorları və universitetin tələbələri də iştirak ediblər.

Tədbirdə “AzInTelecom”un nümayəndəsi Nigar İbrahimova çıxış edərək “AZCLOUD ScaleUp” proqramı haqqında iştirakçılara geniş məlumat verib. Bildirilib ki, proqram startapçılara AZCLOUD bulud xidmətlərindən pulsuz istifadə imkanı verir. Həmçinin “Ağıllı ölkə”, “AgroTech”, “EdTech”, “GreenTech”, “MedTech”, “GameTech” və “E-commerce” istiqamətlərini əhatə edən proqram üzrə seçilən startapçılar 5 000 manatadək AZCLOUD xidmətləri əldə edə bilir və eyni zamanda təlimlərdə iştirak etmək və PR dəstək imkanı qazanır.

Qeyd olunub ki, startap, eləcə də akselerasiya mərkəzləri ilə tərəfdaşlıq əsasında həyata keçirilən “AZCLOUD ScaleUp” proqramının məqsədi ölkədə startap ekosisteminin inkişaf etdirilməsi və inkubasiya mərhələsində olan uğurlu startaplara dəstək göstərməkdir.

Daha sonra “AzInTelecom”un Marketinq şöbəsinin müdiri Fərrux Fərəcullayev tərəfindən iştirakçılara “Proqram təminatı: 0-dan MVP”yə mövzusunda təlim keçirilib. Təlimdə AZCLOUD portalı üzərindən əyani nümunələr göstərilib.

Məlumat üçün bildirək ki, “AZCLOUD ScaleUp” proqramı çərçivəsində artıq 5 startap və akselerasiya mərkəzi ilə əməkdaşlıq edilir. Layihənin əhatə dairəsinin genişləndirilməsi üçün ölkəmizdə fəaliyyət göstərən digər startap və akselerasiya mərkəzləri ilə də əməkdaşlıq edilməsi planlaşdırılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“AzInTelecom” MMC “Azcloud ScaleUp” startaplara dəstək  proqramına start verir

“AzInTelecom” MMC “Azcloud ScaleUp” startaplara dəstək proqramına start verir

10-06-2021
“AzInTelecom” “Hydro Heroes” mobil tətbiqinin yaradılmasına texniki dəstək göstərib

“AzInTelecom” “Hydro Heroes” mobil tətbiqinin yaradılmasına texniki dəstək göstərib

23-09-2020
“Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli” adlı vebinar təşkil olunacaq

“Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli” adlı vebinar təşkil olunacaq

18-12-2020
“AzInTelecom” AZCLOUD  Portalını təqdim edib

“AzInTelecom” AZCLOUD Portalını təqdim edib

08-06-2021
Azercell və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti etapına start verir

Azercell və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti etapına start verir

25-01-2025
“AZCLOUD” “Əlavə dəyər xidmətləri”ni təqdim edir

“AZCLOUD” “Əlavə dəyər xidmətləri”ni təqdim edir

21-12-2020
“AzInTelecom”un dəstəyi ilə yaradılan “Hydro Heroes” tətbiqi istifadəyə verilib

“AzInTelecom”un dəstəyi ilə yaradılan “Hydro Heroes” tətbiqi istifadəyə verilib

26-04-2021
Azərbaycanlı startapçılar Startap Çili proqramına qoşulub

Azərbaycanlı startapçılar Startap Çili proqramına qoşulub

17-08-2019
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC “AZCLOUD”un  müştəriləri sırasına daxil oldu

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC “AZCLOUD”un müştəriləri sırasına daxil oldu

24-12-2020
“AzInTelecom” pandemiya dövründə də uğurlu fəaliyyətini davam etdirir

“AzInTelecom” pandemiya dövründə də uğurlu fəaliyyətini davam etdirir

17-08-2020
INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

14-12-2018
Qalib startaplar təqdimat edib-Foto

Qalib startaplar təqdimat edib-Foto

04-11-2016
"ASAN xidmət" növbəti beynəlxalq mükafat qazanıb

"ASAN xidmət" növbəti beynəlxalq mükafat qazanıb

11-01-2024
AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026
AzInTelecom BakuTel 2019 sərgisində yeni məhsullarını təqdim edib

AzInTelecom BakuTel 2019 sərgisində yeni məhsullarını təqdim edib

07-12-2019
AZCLOUD Hackathon 2019-un mətbuat konfransı keçirilib

AZCLOUD Hackathon 2019-un mətbuat konfransı keçirilib

28-08-2019
Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018
INNOLAND-də növbəti Demo Day təşkil olunub

INNOLAND-də növbəti Demo Day təşkil olunub

21-01-2020
“AzInTelecom” maliyyə mütəxəssisləri üçün əlverişli “1C” xidmətini təklif edir

“AzInTelecom” maliyyə mütəxəssisləri üçün əlverişli “1C” xidmətini təklif edir

30-06-2021
Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019
Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

22-07-2019
Azərbaycanın 3 layihəsi Startap Chile-da iştirak edir

Azərbaycanın 3 layihəsi Startap Chile-da iştirak edir

24-07-2019
Startap Azərbaycan sabah  Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

Startap Azərbaycan sabah Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

06-04-2015
INNOLAND, Next Step və SUP Akseleratoru arasında memorandum imzalanıb

INNOLAND, Next Step və SUP Akseleratoru arasında memorandum imzalanıb

10-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə