Previous Next
Bağla

Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

22-07-2019 17:29
Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı, “Azercell Telekom” MMC, “R.I.S.K Company”, “TrendMicro” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu ilə  biznesin idarə olunması, proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması mövzusunda təşkil olunan “AZCLOUD Hackathon 2019″ müsabiqəsinin başlamasına artıq sayılı günlər qalıb. Müsabiqənin əsas məqsədi İT sahəsinə marağı olan kreativ, biznes yönümlü və analitik düşüncəli gənclərə qabaqcıl İT şirkətləri ilə əlaqələr qurmaq və ideyalarını reallaşdırmaq üçün imkan yaratmaqdır.

Bu il “AZCLOUD Hackathon 2019″ Avropanın ən böyük idman arenalarından biri olan Bakı Olimpiya Stadionunda baş tutacaq. Qeyd edək ki, müsabiqə 3 mərhələdən ibarət olacaq. Komandalar qeydiyyatdan keçdikdən sonra, xüsusi hazırlanmış kiçik tapşırığı yerinə yetirməlidirlər. Bu mərhələni keçən komandalar yarışmaya qatılmağa dəvət ediləcəklər. İnnovativ xidmət və layihələrin rellaşdırılması ideyasını daşıyan “AZCLOUD Hackathon 2019” müsabiqəsində iştirakçılar  təxminən 48-72 saatlıq müddət ərzində verilən texniki tapşırıq üzrə yeni həlli müəyyən edib, münsiflər heyətinə təqdim etməlidirlər. Müsabiqə üzrə qalib komanda isə 10 000 AZN məbləğində pul mükafatı qazanacaq.

Xatırladaq ki, yarışmaya qatılmaq istəyən komandalar artıq iyul ayının 1-dən başlayaraq müsabiqənin rəsmi səhifəsində ((www.h.azcloud.az/reg) qeydiyyatdan keçirlər.  Müraciətlərin son qəbul tarixi iyul ayının 31-dir.   

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

02-07-2019

AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

27-08-2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

01-07-2019

AZCLOUD Hackathon 2019-un iştirakçılarının adları açıqlanacaq

07-08-2019

Nazir AZCLOUD Hackathon 2019-un iştirakçıları ilə görüşüb

30-08-2019

Azcloud Hackathon 2019 müsabiqəsi başa çatıb

01-09-2019

Ramin Quluzadə AZCLOUD Hackathon 2019-un açılışını edib

28-08-2019

AZCLOUD Hackathon 2019-un mətbuat konfransı keçirilib

28-08-2019

"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

12-01-2022

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018

Proqramçılar yarışa çıxır

26-10-2018

AzInTelecom Hackathon keçirir

23-10-2018

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026

Hackathon-AzIn 2018 müsabiqəsinə start verilib

30-10-2018

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022

AzInTelecom BakuTel 2019 sərgisində yeni məhsullarını təqdim edib

07-12-2019

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017

Bank Respublika ölkəmizdə açıq bankçılıq üzrə ilk Hackaton-a start verdi

01-07-2022

Game Jam müsabiqəsinə qeydiyyat davam edir

15-11-2017

NETTY 2019 müsabiqəsinə start verildi

19-04-2019

3D oyun müsabiqəsinin qalibləri açıqlanacaq

08-01-2018

“AzInTelecom” MMC “Azcloud ScaleUp” startaplara dəstək proqramına start verir

10-06-2021

“AzInTelecom” “Hydro Heroes” mobil tətbiqinin yaradılmasına texniki dəstək göstərib

23-09-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə