Previous Next
Bağla

“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

17-12-2024 19:12
“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

2021-ci ildən yenilənmə mərhələsinə keçid edən milli poçt operatoru – “Azərpoçt” MMC-nin veb-saytı yenilənib.

Xeberler.az məlumat verir ki, saytın müasir dizaynda tərtibatı istifadəçiyə maraqlı olan bütün məlumatları asanlıqla əldə etməyə imkan yaradır.

Qeyd edək ki, üç dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərəcək veb-sayt geniş təhlil edilmiş müştəri tələbləri əsasında hazırlanıb. Belə ki, bir poçt müştərisi poçt şöbəsinə yaxınlaşmadan onu maraqlandıran bir sıra sualların cavablarını bu saytda tapa biləcək. Misal üçün, beynəlxalq və ölkədaxili göndərişlər, daşınma şərtləri və qaydaları kimi müştərini maraqlandıran ilkin sualların cavabları, eləcə də maliyyə və poçt kalkulyatoru kimi funksionallıqlar saytda öz əksini tapıb.

Bundan başqa, istifadəçilər üçün daha zəruri hesab edilən poçt şöbələrinə dair yeni bir funksionallıq da təqdim olunub. Artıq yeni saytda vətəndaşlar öz ünvanlarına xidmət göstərən poçt şöbələrini tapa biləcək, həmçinin bir poçt şöbəsinə aid olan digər ünvanları görə biləcəklər. Vətəndaşın şöbəyə yol hərəkətinin dəqiq şəkildə təmin olunması üçün ölkə üzrə hər bir poçt şöbəsinin coğrafi koordinatları saytda maksimum dəqiqliklə yerləşdirilib.

Vətəndaşlarla kommunikasiyanın dərhal və yerindəcə əlçatanlığı baxımından saytda canlı söhbət əvvəlki qaydada yenidən təmin edilib.

Yeni veb-saytda, həmçinin istifadəçilər “Azərpoçt”un üç fərqli xidmət sahəsi (poçt, maliyyə, rəqəmsal) haqqında məlumatları daha rahat şəkildə əldə edəcək, qurumun digər xidmətləri olan karqo, sürətli poçt xidməti və marka sahələrinə asanlıqla keçid edəcəklər.

Qeyd edək ki, bu layihə “Azərpoçt”un cari il ərzində elan etdiyi üçüncü rəqəmsal layihədir. Bundan əvvəl qurum İnternet bankçılıq, “AzPost Mobile” kimi rəqəmsal həlləri də müvafiq olaraq hüquqi və fiziki şəxs olan müştərilərinə təqdim edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ADY yenilənmiş korporativ veb-saytını təqdim edib

06-11-2024

«Əmrahbank»ın yeni veb-saytı istifadəyə verilib

19-10-2009

Milli saytlarımızı tanıyaq

21-07-2015

www.emdkdedrx.gov.az ünvanlı veb-sayt istifadəyə verilib

07-01-2010

«Xalq Bank»ın veb-saytının yeni versiyası hazırlanıb

06-10-2009

«Azal Sığorta» şirkəti veb-saytını yeniləyib

29-12-2010

Milli saytlarımızdan faydalanın - Rubrika

06-08-2015

Ailə TV yeni sayt istifadəyə verdi

05-05-2017

Britaniyadakı azərbaycanlı gənclərin saytı

14-09-2009

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin veb-saytı yenilənib

11-08-2023

Milli saytlarımızı oxuyun və faydalanın - Rubrika

22-08-2015

Milli resurslarımızı daha yaxından tanıyın

30-07-2015

Milli saytlarımızdan yararlanın - Rubrika

14-08-2015

Milli saytlarımızı tanıyaq və faydalanaq

09-07-2015

Mərkəzi Bank yeni rəqəmsal platformaları istifadəyə verib

03-09-2025

Kommunizimlə bağlı bütün məlumatlar www.Kommunist.az - da

10-02-2009

Milli saytlarımızı daha yaxından tanıyaq

17-07-2015

Nazirlik yeni saytını təqdim edib

17-05-2018

BakuBus-un yeni veb-saytı təqdim edilib

29-12-2015

“Azərpoçt” MMC “İnternet bankçılıq” xidmətini istifadəyə verib

22-04-2024

Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

30-05-2017

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytı yaradılıb

27-02-2009

Day.az-ın yeni versiyası

27-06-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə