Previous Next
Bağla

“Azerspace-1” peyki Bakı-2015 I Avropa Oyunlarını dünyada yayımı üçün cəlb olunan 4 peykdən biri kimi seçilib”

24-04-2015 21:30
“Azerspace-1” peyki Bakı-2015 I Avropa Oyunlarını dünyada yayımı üçün cəlb olunan 4 peykdən biri kimi seçilib”
“Bakı-2015 I Avropa Oyunlarında Rabitə və yüksək texnologiyalar nazirliyinin səlahiyyətlərinə aid tədbirlər planına uyğun olan işlərin 95 faizi yerinə yetirilib”.

Bunu Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Nazir qeyd edib ki, iyun ayında Bakı-2015 Avropa Oyunları  ilə əlaqədar telekommunikasiya, radioteleviziya, rabitə, informasiya texnologiyaları və digər  nazirliyin səlahiyyətlərinə aid olan tədbirlər planına uyğun olan işlərin 95 faizi artıq yerinə yetirilib: “Əsas olan odur ki, fasiləsiz və keyfiyyətli internetin, rabitə xidmətlərinin  göstərilməsində problemlər  yoxdur. Mobil operatorlarla son texniki testlər keçirilir və bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. Hesab edirik ki, bütün işlər may ayının axırına qədər yekunlaşacaq. Eyni zamanda “Azərkosmos” ASC da bu istiqamətdə kifayət qədər aktiv iştirak edir”.

Əli Abbasov bildirib ki,  “Azerspace-1” Azərbaycan telekommunikasiya peyki dünyada bu oyunları yayımı üçün cəlb olunan 4 peykdən biri kimi seçilib: “Bu gün “Azerspace-1” demək olar ki, 100-ə qədər ölkəni əhatə edə bilir. Beynəlxalq Britaniya yayım şirkətinin tələblərinə cavab verir və onların testindən keçib. “Azerspace-1” dünyanın ən keyfiyyətli peyklərindən biri hesab olunur. Eyni zamanda radiotexniki avadanlıqlar yüksək səviyyədə hazırlıq  vəziyyətinə gətirilib, o cümlədən də informasiya təhlükəsizliyi,  kiberhücumlara qarşı təhlükəsizlik tədbirləri həyata keçirilir.  May ayı bizim üçün ancaq testlərin keçirilmə ayı olacaq. Aktiv gözləmə rejimində işləyirik ki, iyunun 1-də oyunları  tam yüksək səviyyədə keçirək”. (apa)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əli Abbasov: “Bakı 2015-ə tam hazırıq”

16-05-2015

Əli Abbasov: “Avropa Oyunlarına radiotexniki xidmətin verilməsi üçün sistemlər tam hazırdır”

29-05-2015

“Bakı 2015 - I Avropa Oyunları”na hazırlıq üzrə RYTN-də Rəhbər Komitənin iclası keçirilib

29-04-2014

I Avropa Oyunlarına hazırlıqla bağlı RYTN-də iclas keçirilib

29-05-2015

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bizi heç bir problem gözləmir

08-10-2015

Avropa Çempionatı Azerspace-1 üzərindən yayımlanıb

19-07-2016

Beynəlxalq tədbirlər Azerspace-1 ilə yayımlanacaq

03-09-2016

Ukrayna telekanalı Azərbaycan peykini tərk edir

23-01-2015

İlk Avropa Oyunlarının texnoloji infrastrukturu necə olacaq?

05-06-2015

Azerspace-2 Kuru kosmodromuna gətirilib

09-08-2018

“Azerspace-1” peyki öz-özünü maliyyələşdirəcək

17-01-2015

“Seçkilərdə kibertəhlükəsizliyin təmin edilməsi üçün 3 qat ehtiyatlılıq sistemi qurulub”

22-10-2015

Azərkosmos Oyunlardakı xidmətlərinə görə mükafatlandırılıb

02-07-2015

RITN Azerspace-in resurslarının 80 faizini dünya bazarına çıxarmağı planlaşdırır

12-04-2010

Avropa Oyunlarının İKT təminatına görə nazirə təşəkkür

30-06-2015

Azerspace-2 peykinin orbitə buraxılmasından 1 il ötür

26-09-2019

Azerspace-2 sınaq orbitinə çatdı

19-12-2018

"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçib

10-10-2024

Nazir Microsoft şirkətinin vitse-prezidenti ilə görüşüb

22-08-2015

Azerspace-2 peyki kommersiya fəaliyyətinə başlayıb

01-02-2019

Seçkilər Azerspace-1 resurslarından istifadə olunaraq yayımlanıb

02-11-2015

Nazirlikdə “TeliaSonera” şirkətinin prezidenti ilə görüş keçirilib

05-05-2015

Əli Abbasov IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əmr imzaladı

06-10-2015

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə