Previous Next
Bağla

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025 16:50
“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında imzalanmış Birgə Bəyanatda elektron ticarət sahəsi üçün də yeni imkanlar vəd olunur, iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi və kağızsız - elektron ticarətin inkişafı prioritet istiqamətlərdən biri kimi göstərilir.

Xeberler.az məlumat verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalı 2017-ci ildən etibarən Azərbaycan məhsullarının dünyanın 15-dək aparıcı elektron ticarət platformasında yayımlanmasını təşkil edir. Bu istiqamətdə əldə olunan uğurlar sırasında Çinin “Alibaba” platforması xüsusi yer tutur. Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, “Azexport” ilə “Alibaba” platforması arasında yeddi ildən artıq davam edən əməkdaşlıq tarixçəsi mövcuddur.

Əməkdaşlığın ilk mərhələsində bu platformada cəmi üç yerli şirkətin təxminən 10 adda məhsulu təmsil olunurdu. “Azexport” portalının fəaliyyəti nəticəsində bu rəqəmlər sürətlə artdı və hazırda “Alibaba” Azərbaycan məhsullarına dair ixrac sifarişləri və sorğularının sayına görə lider platformalardan birinə çevrilib. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan məhsullarının yalnız Çin bazarına deyil, həmçinin digər Asiya ölkələrinə, Okeaniya və Körfəz regionuna çıxış imkanları əhəmiyyətli dərəcədə genişlənib.

Ayxan Qədəşov qeyd edib ki, “Alibaba” platforması Azərbaycanda istehsal olunan məhsulların beynəlxalq rəqabət qabiliyyətinin artırılması və yeni bazarlara çıxışının təmin olunması baxımından müasir və strateji əhəmiyyətə malik rəqəmsal resursdur. Eyni zamanda, elektron ticarət sahəsində əməkdaşlığın hər iki ölkə tərəfindən ali səviyyədə tanınması və dəstəklənməsi bu sahədə daha geniş imkanlardan istifadə olunmasına şərait yaradır.

“Azexport” portalının rəhbəri hesab edir ki, bundan sonra Çinin rəqəmsal ticarət ekosisteminə dərin inteqrasiya, rəqəmsal texnologiyalar sahəsində təcrübə mübadiləsi, Çin şirkətlərinin Azərbaycanda elektron ticarət və logistika sahəsinə investisiya yatırması, Azərbaycanda birgə istehsal və ixrac imkanlarının yaradılması kimi istiqamətlərdən əməkdaşlıq daha da artacaq. Həmçinin Azərbaycanın qlobal ticarət yolları üzərində yerləşməsi və beynəlxalq səviyyədə artan iqtisadi nüfuzu Çinin aparıcı elektron ticarət şirkətlərinin ölkəmizdə fəaliyyətlərini genişləndirməsi üçün əlverişli mühit formalaşdırır. Bu isə öz növbəsində “Made in Azerbaijan” brendinin tanıdılması və qeyri-neft sektorunun ixrac potensialının artırılması baxımından mühüm rol oynayır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025

Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb

26-08-2025

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

21-06-2023

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021

“Azexport” Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

27-01-2026

Azexport Amazonla Qazan təlimini davam etdirir

19-02-2019

“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub

17-02-2026

“Azexport” Qazaxıstanın rəqəmsal ixrac ekosisteminin qurulmasına dəstək verəcək

28-01-2026

“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

17-06-2025

“Azexport” Azərbaycan məhsullarının Yaponiyaya ixracını genişləndirir

18-03-2026

BMT-nin hesabatı: Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

15-10-2020

Azexport yeni elektron satış portalları ilə əməkdaşlığa başlayıb

27-07-2018

“Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda müzakirə keçirilib

24-07-2020

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019

Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

15-11-2019

“Azexport” portalı Özbəkistanda təqdim edilib

06-11-2024

Azərbaycan məhsullarının “Alibaba”da satışı müzakirə olunub

06-02-2024

Azexport.az Bakutel sərgisində təmsil olunur

03-12-2019

“Azexport” və “Tradexter Global” arasında memorandum imzalanıb

13-12-2024

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək

10-09-2018

Azexport portalının Elektron ticarət üzrə təlimi yekunlaşıb

29-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə