Previous Next
Bağla

“AzInTelecom” AZCLOUD Portalını təqdim edib

08-06-2021 20:21
“AzInTelecom” AZCLOUD  Portalını təqdim edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC bulud istifadəçilərinə daha bir yenilik təqdim edir.

Xeberler.az bildirir ki, artıq AZCLOUD tərəfindən təqdim edilən AZCLOUD Portalı vasitəsilə müştərilər rahatlıqla müstəqil şəkildə öz İT infrastrukturunu yarada biləcəklər. “AZCLOUD” bulud həlləri istifadəçinin öz İT infrastrukturunu buludda elastik və çevik şəkildə yerləşdirməsinə imkan verir. Məhz bu baxımdan İT, nəqliyyat, turizm, neft-qaz, kommunal, peşəkar xidmətlər və bu kimi digər sahələrə buludda yerləşdirmə, infrastruktur əsaslı xidmətlər (IaaS), rezervlənmə və daha bir sıra xidmətləri təklif edən və İT siyasətinin təkmilləşdirilməsi məqsədi daşıyan “AZCLOUD Enterprise”dan fərqlənir.

Bu həllər sayəsində rəqəmsal tapşırıqları klassik biznes modeli ilə müqayisədə daha asan və rahat yollarla həll etmək mümkündür. Sözügedən model startap, kiçik və orta biznes, sistem administratorları, developerlər və ümumiyyətlə, virtual sistemdə bu xidmətlərdən yararlanmaq istəyən hər kəsə, sərfəli qiymət və keyfiyyət uyğunluğu qorunmaqla, İT infrastrukturunu təhlükəsiz mühitdə daha tez yerləşdirməyə, miqyaslandırmağa və idarəetməyə şərait yaradır.

Qeyd edilən bulud xidmətlərinin müştərilərin istifadəsinə verilməsi AZCLOUD Portalı vasitəsilə təmin ediləcək. Azərbaycan və ingilis dillərində təqdim edilən özünəxidmət platforması – AZCLOUD Portalı hər bir individual şəxsin asanlıqla qeydiyyatdan keçərək öz şəxsi hesabına daxil olmaqla hesablama, yaddaş və şəbəkə xidmətlərindən istifadə etməsinə şərait yaradır. İstifadəçilər portalda rahat şəkildə İT infrastrukturun tam idarə edilməsi imkanından yararlanmaları üçün elektron müqavilə, elektron invoys, resurslara tam nəzarət, elastiklik və miqyaslandırma kimi bir sıra üstünlüklərlə təmin edilir. Portal daxilində təqdim edilən marketpleysdən ödənişli və ödənişsiz proqram tətbiqlərini əldə etməkmümkündür. Portalın əsas üstünlüklərindən biri də “İstifadə etdiyin qədər ödə” modeli əsasında işləməsidir ki, bu da öz növbəsində istifadəçilərə hər bir xidməti istifadə edəcəkləri saat hesabı üzrə ödəniş etmək imkanı yaradacaq.

Qeyd edək ki, AZCLOUD Portalı vasitəsilə 10 AZN-dən başlayan qiymətlərlə virtual server əldə etmək mümkündür. AZCLOUD Portalında qeydiyyatdan keçərkən istifadəçi tərəfindən əlavə edilən debit və ya kredit kartından aylıq istifadə edilən xidmətlər üzrə ödənişlər tutulacaq. Qeyd edilməlidir ki, AZCLOUD Portalında qeydiyyatdan keçən hər kəs ilk ay ərzində 200 AZN dəyərində xidmətlərlə ödənişsiz olaraq təmin ediləcək. Daha ətraflı: https://azcloud.az AZCLOUD Portalı istifadəçilərə ilkin olaraq beta versiyada təqdim olunur.

Xatırladaq ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III”, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” uyğunluq sertifikatlarına malik ilk əlçatanlıq zonasıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” MMC “Azcloud ScaleUp” startaplara dəstək proqramına start verir

10-06-2021

“AzInTelecom” maliyyə mütəxəssisləri üçün əlverişli “1C” xidmətini təklif edir

30-06-2021

“AZCLOUD” “Əlavə dəyər xidmətləri”ni təqdim edir

21-12-2020

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC “AZCLOUD”un müştəriləri sırasına daxil oldu

24-12-2020

“Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli” adlı vebinar təşkil olunacaq

18-12-2020

İpoteka və Kredit Zəmanət Fondu məlumatların qorunmasını Yevlax Əlçatanlıq Zonasına etibar edib

08-07-2022

“AzInTelecom” “Veeam Software” şirkətinin Gümüş Tərəfdaşı statusunu alıb

04-11-2020

“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

10-08-2022

Yevlax şəhərində “AzInTelecom” MMC-nin Əlçatanlıq Zonası istifadəyə verilib

03-06-2022

“AZCLOUD ScaleUp” proqramı ilə 5 startapa 25 000 manatlıq dəstək veriləcək

17-12-2021

Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

09-08-2022

AzInTelecom kibertəhlükəsizliyin qorunması üzrə müştərilərinə kompleks həll təklif edir

07-03-2019

“Azcloud”un yeni xidməti istifadəyə verilib

13-05-2020

“AzInTelecom”un dəstəyi ilə yaradılan “Hydro Heroes” tətbiqi istifadəyə verilib

26-04-2021

AzInTelecom əlverişli şərtlərlə bulud xidmətini təqdim edir

12-04-2019

“AzInTelecom” “Hydro Heroes” mobil tətbiqinin yaradılmasına texniki dəstək göstərib

23-09-2020

“Bakı Fond Birjası”məlumatlarını hökumət buluduna etibar edib

29-09-2022

“Azcloud” bulud xidmətləri fəaliyyətini fasiləsiz davam etdirir

22-04-2020

AzInTelecom Kasperski Lab-ın rəsmi partnyoru oldu

25-02-2019

AzInTelecom “Biznes Davamlılığının İdarəetməsi” sertifikatına layiq görülüb

16-07-2020

“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

03-08-2022

Dövlət Reklam Agentliyi “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirir

07-09-2022

“AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının etibarlılıq müddəti uzadıldı

17-07-2020

MHM-in Kiber Hücumların Simulyasiyası Laboratoriyası təcrübə proqramı elan edir

23-07-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə