Previous Next
Bağla

“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb

15-05-2025 13:50
“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi”nin (AZCON) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC “Bakı Telefon Rabitəsi” MMC, “AzEvroTel” MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC və Sumqayıt Telekommunikasiya Qovşağının ona qoşulması nəticəsində yenidən təşkil edilib.

Xeberler.az bildirir ki, yenidən təşkil edilmiş qurum “Aztelekom” MMC yuxarıda adıçəkilən təşkilatların hüquqi varisi elan edilib və təsisçisi AZCON müəyyən edilib.

Vahid idarəetmə mərkəzinin yaradılması inzibati proseslərin sadələşdirilməsinə, resurslardan istifadə səmərəliliyinin artırılmasına və dövlət vəsaitləri də daxil olmaqla kapital və əməliyyat xərclərinə daha çox qənaət edilməsinə imkan verəcək.

Yenidən təşkilin məqsədi investisiyaların idarə olunmasının, yüksək potensiala malik kadrların cəlbinin, rəqəmsal inkişafı təmin edən layihələrin icrasının vahid mərkəzdən aparılmasıdır.

Yenidən təşkil təkrarlanan prosesləri aradan qaldıracaq, əməliyyatların daha çevik olmasına və qərarvermə prosesinin sadələşdirilməsinə zəmin yaradacaq.

“Aztelekom” MMC-nin əsas prioritetlərindən biri də strateji məqsədlərin daha yaxşı
əlaqələndirilməsinə və uyğunlaşdırılmasına imkan verən idarəetmə mexanizminin yaradılmasıdır. Vahid idarəetmə çərçivəsində fəaliyyət göstərməklə şirkət innovasiyaları təşviq edən əməkdaşlıq mühitini də inkişaf etdirəcək.

İdarəetmənin yenidən təşkili alt təşkilatlarda mövcud qoşulma proseslərinin optimallaşdırılması, müştəri məmnuniyyəti və rəqəmsal əlçatanlığın da artırılması ilə nəticələnəcək. Yenidən təşkilin əsas məqsədlərindən biri də müştərilərə təqdim edilən xidmət səviyyəsi və keyfiyyətinin yüksəldilməsidir.

Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” MMC genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən “Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı” (Speedtest Award for Fastest Fixed Network) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat sabit şəbəkə internet provayderinə ölkə tarixində ilk dəfə olaraq təqdim edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Aztelekom" yenidən təşkil edilir

25-04-2025

“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb

08-05-2025

“Aztelekom”un dəstəyi ilə “GAMESUMMIT” keçiriləcək

26-05-2025

“Aztelekom” daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülüb

30-05-2025

“Aztelekom”un dəstəyi ilə “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək

22-04-2025

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

30-05-2025

“Aztelekom” “SAMENA Liderlər Sammiti”ndə təcrübəsini paylaşacaq

22-05-2025

“Aztelekom”un dəstəyi ilə “4-cü İllik SƏTƏMM Konfransı” keçirilib

29-04-2025

“Ookla” “Onlayn Azərbaycan” haqqında analitik məqalə yayımlayıb

14-05-2025

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

17-03-2025

Filip Kotlerin kitabında “Aztelekom” təcrübəsindən bəhs olunacaq

21-05-2025

“Aztelekom” Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib

27-02-2025

“Aztelekom” beynəlxalq assosiasiyaya üzv olub

21-10-2025

"Aztelekom"da kadr dəyişikliyi olub

19-03-2025

“Aztelekom” 2 beynəlxalq mükafata layiq görülüb

28-10-2025

Cənubi Qafqazın ən böyük oyun festivalı sona çatıb

17-06-2025

“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görülüb

04-03-2026

"Aztelekom" MMC Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur

02-10-2023

“Aztelekom”un Qarabağ Regional Filialı yaradılıb

04-08-2025

Aztelekom MMC Azerfon-u məhkəməyə verib

18-09-2015

Son iki ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti artıb

10-03-2025

140 illik tarix bağlandı: Baktelecom rəsmən tarixə qovuşdu - Ekspert

16-05-2025

Rəqəmsal transformasiya sahəsində idarəetmə təkmilləşdirilir

27-04-2021

Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib

08-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə