AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin idarəetmə təcrübəsi “Məsuliyyətli İdarəetmə: Müsbət dəyişikliklərə imza atan Azərbaycan şirkətləri” adlı beynəlxalq kitabda yer alıb.
Müasir marketinq sahəsində tanınmış alim, professor Filip Kotlerin həmmüəllifi olduğu kitab Azərbaycan şirkət və qurumlarının idarəetmə təcrübəsini, nailiyyətlərini, qarşılaşdıqları çağırışları və cəmiyyətə töhfələrini beynəlxalq auditoriyaya təqdim edir. Kitabın digər həmmüəllifləri Tata Tcholaria və Gabriele Carbonidir. “New York Times”ın ən çox satılan kitablar siyahısına daxil olmuş əsərlərin müəllifi və tanınmış liderlik mütəxəssisi Marşall Qoldsmis isə nəşrə ön söz yazıb.
Kitabda “Aztelekom”un həyata keçirdiyi “Onlayn Azərbaycan” meqalayihəsinin icra
təcrübəsi, ölkənin rəqəmsal transformasiyasındakı rolu, eləcə də layihənin iqtisadi, sosial və ekoloji təsirləri əks olunub.
“İnfrastrukturun inkişafı yalnız texnoloji imkanların genişləndirilməsi deyil, ölkənin sosial-iqtisadi inkişafına təkan verən strateji amildir. “Onlayn Azərbaycan” layihəsi rəqəmsal imkanların hər kəs üçün əlçatan olmasına, regionların inkişafına və yeni iqtisadi imkanların formalaşmasına xidmət edən genişmiqyaslı təşəbbüsdür.
Layihənin beynəlxalq nəşrdə yer alması Azərbaycanın rəqəmsal inkişaf sahəsində qazandığı təcrübənin və həyata keçirdiyi strateji təşəbbüslərin qlobal miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır”, – deyə “Aztelekom” MMC-nin baş direktor v.i.e. Həsən Ömərov bildirib.
Nəşrin əsasını təşkil edən “3P” yanaşması – İnsanlar (People), Məqsəd (Purpose) və Planet (Planet) biznesin insanlara, cəmiyyətə və ətraf mühitə müsbət təsir göstərməsini nəzərdə tutur. “Onlayn Azərbaycan” layihəsi çərçivəsində genişzolaqlı internet infrastrukturunun ölkə üzrə genişləndirilməsi rəqəmsal bərabərsizliyin azaldılmasına, xüsusilə regionlarda yaşayan əhalinin informasiya, təhsil və rəqəmsal xidmətlərə çıxış imkanlarının artırılmasına şərait yaradıb. Eyni zamanda, müasir rəqəmsal infrastrukturun qurulması biznes subyektlərinin fəaliyyət imkanlarını genişləndirib, ölkənin investisiya və iqtisadi inkişaf potensialının gücləndirilməsinə töhfə verib. Layihə çərçivəsində mis kabellərdən GPON texnologiyasına əsaslanan fiber-optik infrastruktura keçid isə şəbəkənin enerji səmərəliliyinin artırılması və texniki resurslardan daha optimal istifadə baxımından əhəmiyyət daşıyır.
Kitabda “Aztelekom”un təcrübəsinin təqdim edilməsi Azərbaycan biznesinin idarəetmə və rəqəmsal transformasiya sahəsində əldə etdiyi nəticələrin beynəlxalq səviyyədə tanıdılması ilə yanaşı, bu təcrübənin xarici universitetlərdə, təhsil və tədqiqat mühitində öyrənilməsinə də imkan yaradır. Nəşr dünyanın müxtəlif ölkələrindəki tələbələr, tədqiqatçılar və gələcək biznes liderləri üçün real biznes nümunəsi təqdim etməklə akademik biliklərlə praktiki idarəetmə təcrübəsi arasında əlaqənin qurulmasına xidmət edir.
Kitabla Amazon platformasında tanış olmaq mümkündür.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları