Previous Next
Bağla

“Digital LevelUP” proqramının üçüncü dalğasına qeydiyyat başlayıb

07-08-2025 10:24
“Digital LevelUP”  proqramının üçüncü dalğasına qeydiyyat başlayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə nüfuzlu beynəlxalq təşkilat olan "StrategEast"in birgə əməkdaşlığı və  “Oracle” Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən ödənişsiz “Digital LevelUP” proqramının üçüncü dalğasına start verilir. 

Xeberler.az bildirir ki, sözügedən proqram “Data Science”, “DevOps” və “Data Analytics” olmaqla 3 təlim istiqamətində 4 ay davam edəcək. Hər dalğa üzrə ən az 70 məzun olmaqla, ümumilikdə, 200-ə yaxın iştirakçının proqramda iştirakı nəzərdə tutulur. Tədris prosesi canlı, onlayn sessiyalar və “özüöyrənmə” (“self-learning”) metodu əsasında təşkil olunacaq. 

Proqrama kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, data analitikası sahələrində baza biliklərə və ingilis dili üzrə funksional anlayış və ünsiyyət bacarığına malik bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr müraciət edə bilərlər. 

Bütün təhsil xərcləri İRİA tərəfindən ödəniləcək bu proqramda tələbələr “OCI Foundation Associate”, “Oracle Data Platform Foundations Associate”, “OCI AI Foundations Associate” kimi beynəlxalq sertifikat imtahanlarına giriş imkanı qazanacaq, həmçinin rəqəmsal transformasiya sahəsində qlobal standartlara uyğun bilik və bacarıqlarla əmək bazarında rəqabət üstünlüyü əldə edəcəklər. 

Qeyd edək ki, proqram müddətində fəallığı və yüksək nəticələri ilə fərqlənən iştirakçılara əlavə olaraq dəyəri 250 ABŞ dolları olan “Oracle Professional” səviyyəli sertifikat imtahanı üçün vauçer təqdim ediləcək. 

Qeydiyyat linki: https://education.strategeast.org

Son qeydiyyat tarixi: 31.08.2025

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

04-12-2025

“IT SkillSprint”in qeydiyyatına son 3 gün qalıb

18-12-2025

Data Science Academy fəaliyyətə başlayıb

18-10-2019

“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

07-05-2025

Azərbaycanlı tələbə beynəlxalq “IT bootcamp” proqramına seçilib

23-02-2026

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

16-02-2026

“Milli Proqram” çərçivəsində 22 500 nəfər təlimləri tamamlayıb

07-08-2025

“Milli Proqram” çərçivəsində 15000 nəfər 27000 təlimi uğurla tamamlayıb

01-07-2025

“AI Lab” süni zəka sahəsi üzrə ödənişsiz təlim elan edir

04-04-2022

Azercell-in “DataMinds” bootcamp proqramına qeydiyyat davam edir

20-06-2025

Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

21-11-2024

“IT SkillsBridge” təcrübə proqramına qeydiyyat başlayır

11-06-2025

Xsolla-IDDA İnkubasiya Proqramına start verilib

01-04-2026

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18-09-2025

32 tələbə bu ixtisas üzrə təhsil almaq hüququ qazanacaq-BMU

02-08-2022

Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

20-09-2022

BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13-09-2024

“Microsoft Azerbaijan” yeni layihəyə başlayır

12-05-2015

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb

20-06-2022

“Milli Proqram” istifadəçiləri 13 mindən çox kursdan yararlana bilər

08-10-2025

İRİA və “Plug and Play” "GOAL" proqramına start verir

23-03-2026

“Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb

11-04-2025

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir

14-06-2025

“TechWinter Camp - 2026”ya qeydiyyat başlayıb

26-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə