Previous Next
Bağla

“Əşyaların interneti” çərçivəsində sensor şəbəkələrinin elmi-texniki problemləri təhlil edilib

13-11-2025 16:53
“Əşyaların interneti” çərçivəsində sensor şəbəkələrinin elmi-texniki problemləri təhlil edilib

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev və elmi işçi Məleykə Paşayevanın həmmüəllif olduqları elmi məqalə “Springer” nəşriyyatına daxil olan “İnsansız sistemlər: süni intellekt, dizayn və səmərəlilik üzrə beynəlxalq simpozium” (International Symposium on Unmanned Systems: Artificial Intelligence, Design & Efficiency – ISUDEF24) materiallarında dərc olunub.

Xeberler.az məlumat verir ki, “Ağıllı sensorlar – intellektual idarəetmə və nəzarət sistemlərinin ayrılmaz hissəsi” (Smart Sensors as an Integral Part of Intelligent Management and Control Systems) adlı məqalədə “Əşyaların interneti” (Internet of Things – IoT) konsepsiyası çərçivəsində sensorlar və sensor şəbəkələrinin elmi-texniki problemləri, həmçinin mövcud vəziyyəti təhlil edilib.

Tədqiqatda müstəqil sensor qrupları və sensor şəbəkələri arasında qarşılıqlı əlaqələr, məlumat ötürmə protokolları (standartları) və şəbəkə marşrutlaşdırma sxemləri araşdırılıb. Məqalədə, həmçinin sensor sistemlərinin müxtəlif tətbiq sahələri – avtonom nəqliyyat şəbəkələri, pilotsuz uçuş aparatları və digər müasir texnoloji həllər nümunə kimi təqdim olunub.

PUA-larda istifadə edilən əsas və köməkçi sensorların funksional təyinatına görə təsnifatı aparılıb, onların idarəetmə və nəzarət sistemlərindəki rolu elmi əsaslarla izah olunub. Mülki təyinatlı PUA-ların funksional imkanlarının genişləndirilməsi məqsədilə onların idarəetmə sistemində əlavə olaraq bir neçə “ağıllı” sensorlardan istifadə məqsədəuyğunluğu əsaslandırılıb. Araşdırmada, “ağıllı” sensorların və onların simsiz şəbəkələrinin informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə konvergensiyası nəticəsində formalaşan “ağıllı” sistemlərin təkamül meyilləri təhlil edilib və bu istiqamətdə inkişaf perspektivlərinə dair mülahizələr irəli sürülüb.

ISUDEF24 beynəlxalq simpoziumunun materialları “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kiberfiziki sistemlərin təhlükəsizliyində süni intellekt texnologiyalarının tətbiqinə dair tədqiqat aparılıb

04-09-2024

Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

05-02-2018

Bu cihazlara hücum etmək çox asandır

01-05-2018

Ətraf mühitin monitorinqində “ağıllı” sistemlərin işlənilməsi araşdırılır

19-11-2024

Veb-səhifələrin ranqlaşdırılması ilə bağlı yeni yanaşma təklif edilib

25-07-2025

PUA-ları hədəf alan kiberhücumların aşkarlanması üçün yeni yanaşma təklif olunub

19-09-2024

Şəbəkə texnologiyaları ilə bağlı yeni kitab

23-01-2018

Jurnalistikada süni intellekt texnologiyalarının rolu ilə bağlı tədqiqat aparılıb

10-01-2025

Azərbaycan aliminin məqaləsi “Soft Computing” jurnalında dərc olunub

17-03-2023

Həmyerlimiz qlobal İT konfransa üzv seçilib

07-02-2018

Hesablama sistemlərinin yaradılması texnologiyaları barədə informasiya nəşr olunub

24-11-2015

“Yaşıl rəqəmsal iqtisadiyyata keçid problemləri və həll istiqamətləri” monoqrafiyası nəşr olunub

19-11-2024

Sənaye 4.0 şəraitində texnoloji-iqtisadi inkişafın idarə olunması araşdırılıb

26-09-2025

Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

14-04-2026

“İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

18-10-2024

Məişət cihazlarına telefonla nəzarət ediləcək

02-09-2015

Pilotsuz uçuş aparatlarına dair məruzə beynəlxalq konfransda müzakirə olunub

25-10-2021

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025

Elektron tullantılar probleminin həll yolları araşdırılıb

01-11-2019

Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

31-07-2023

Dünyanın nüfuzlu texnologiya jurnalı azərbaycanlı alimdən yazıb

25-11-2022

Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

28-03-2026

Azercell “Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqinə artıq hazırdır

16-03-2021

İnformasiya Texnologiyaları İnstitutunda növbəti iclas keçirilib

12-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə