Azərbaycan Texniki Universitetində (AzTU) “Game Summit 2026” tədbiri uğurla keçirilib.
Xeberler.az bildirir ki, AzTU İnkubasiya Mərkəzi, AzTU Tələbə Elmi Cəmiyyəti, Holberton School Azerbaijan və Startup Azerbaijan tərəfdaşlığı ilə təşkil olunan tədbirin əsas məqsədi oyun texnologiyalarına maraq göstərən gəncləri bir araya gətirmək, innovativ düşüncəni təşviq etmək, komanda işini gücləndirmək və iştirakçılar üçün real texnoloji mühit formalaşdırmaq olub.





İki gün davam edən summit çərçivəsində iştirakçılar müxtəlif oyun layihələri üzərində çalışaraq ideyalarını prototiplərə çevirib, mentor dəstəyi və texniki sessiyalar vasitəsilə bilik və bacarıqlarını inkişaf etdiriblər.
Tədbirdə Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Mühəndislik Universiteti (BMU), UFAZ – Azərbaycan-Fransız Universiteti, Bakı Dövlət Universiteti (BDU), Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), ADA Universiteti, Odlar Yurdu Universiteti (OYU), Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri iştirak ediblər.
Layihənin yekununda komandalar hazırladıqları oyun layihələrini münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflər heyətində Ənvər Xalid, Telman Hacıbutayev və Sədi Məmmədli yer alıb. Münsiflərin qiymətləndirməsi nəticəsində qalib komandalar müəyyənləşdirilib.
I yerin qalibi “Penguins of Madagascar” komandası (AzTU) olub. Komandanın üzvləri Bəyəli Səfərov Vüsal oğlu, Elvin Əliyev Mahir oğlu, Həsən Hüseynzadə Maşkur oğlu və İsmayıl İsmayılzadə Amid oğludur.

II yerə “MegaMorph” komandası (OYU) layiq görülüb. Komanda üzvləri Məhəmməd Məhərrəmli və Şıxı İbrahimov olub.

III yerin qalibi isə “ZUUGZWANG” komandası (UNEC) olub. Komandanın üzvləri Mərdan Əzimli Emin, Rüstəm Həsənli İsmayıl, Rövşən Həsənzadə Məhəmməd və Mirqəfər Məmmədli İslamdır.

Münsiflərin rəyi və qiymətləndirməsi nəticəsində həvəsləndirici yerə “Quadra” komandası (BDU) layiq görülüb. Komandanın üzvləri Aytac Şəkərzadə, Nərgiz Mehdiyeva, Türkan Kərimova və Nurlanə Sadıqlı olub.

Qalib komandalar üçün Holberton School Azerbaijan tərəfindən xüsusi mükafatlar təqdim olunub. Belə ki, I yerin qalibi “Full Stack” kurs paketi, II və III yerin qalibləri isə “Computer Science” kurs paketləri ilə mükafatlandırılıblar.
Eyni zamanda, həvəsləndirici yerə layiq görülən komandaya Azərbaycan Texniki Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən xüsusi hədiyyələr təqdim edilib.
“Game Summit 2026” gənclərin oyun sənayesinə marağının artırılması, innovativ layihələrin təşviqi və yeni texnoloji ideyaların formalaşdırılması baxımından mühüm platforma kimi yadda qalıb.




























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları