Previous Next
Bağla

“Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” yekunlaşıb

09-12-2025 14:03
“Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” yekunlaşıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən icra olunan “Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” layihəsi uğurla başa çatıb.

Xeberler.az məlumat verir ki, layihədə transmilli internet korporasiyalarının (TİK) hibrid təhdidlər kontekstində rolu araşdırılıb, “Google”, “Meta”, “Microsoft”, “Amazon”, “Cloudflare”, “TikTok” və digər qlobal internet korporasiyalarının informasiya təhlükəsizliyi, məxfilik və tələblərə uyğunluq sahələrində tətbiq etdiyi beynəlxalq standartlar təhlil olunub. Araşdırmada, həmçinin bu təcrübələrin milli şəraitə tətbiqi imkanları, Azərbaycan üçün hibrid təhdidlərə qarşı mübarizə kontekstində strateji nəticələr qiymətləndirilib.

Layihə çərçivəsində Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Qərbi Kaspi Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyasında ardıcıl maarifləndirici seminarlar keçirilib. Tədbirlərdə universitetlərin professor, müəllim heyəti və tələbələri fəal iştirak ediblər.

Tədbirlərin məqsədi gənclər arasında kibertəhlükəsizlik savadlılığını artırmaq, hibrid təhdidlərə qarşı mübarizədə dövlət, özəl və akademik sektorlararası əməkdaşlığı möhkəmləndirmək, eləcə də transmilli internet platformaları ilə qarşılıqlı iş mexanizmlərini təkmilləşdirmək olub.

Seminarlar zamanı informasiya məkanında hibrid təhdidlərin yaratdığı risklər, onların qarşısının alınmasında hüquqi və praktiki yanaşmalar, transmilli internet korporasiyaları ilə əməkdaşlıq, təhlükəsizlik standartları, texniki tələblər və kibergigiyena qaydaları geniş izah edilib, mövzu üzrə hüquqi-praktik nüanslar təqdim olunub.

Noyabrın 29-da layihənin yekun tədbiri keçirilib. Tədbirdə AKTA-nın üzvləri və ekspertlər, dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, hibrid təhdidlər müasir dövrdə dövlətlərin və təşkilatların təhlükəsizliyinə ən ciddi risklərdən biridir. Bildirilib ki, bu təhdidlər informasiya manipulyasiyası, kiberhücumlar, sosial mühəndislik və iqtisadi təsir vasitələri kimi çoxşaxəli üsullarla həyata keçirilir.

Layihə üzrə iki araşdırmanın (“Transmilli internet korporasiyalarının məlumat təhlükəsizliyi və tətbiqi standartları” və “Dövlətlərin hibrid təhdidlərə qarşı transmilli internet korporasiyaları ilə iş təcrübəsi”) nəticələri təqdim edilib. Bu tədqiqatlar qlobal internet platformalarının təhlükəsizlik yanaşmalarını və müxtəlif ölkələrin hibrid təhdidlər fonunda həyata keçirdiyi əməkdaşlıq modellərini sistemli şəkildə təhlil edir. Araşdırmada TİK-lərin istifadəçi statistikası, fəaliyyət göstərdikləri ölkələr, xidmət sahələri haqqında məlumatlar, maliyyə göstəriciləri, inkişaf templəri müqayisə olunub, güclü və zəif tərəfləri qiymətləndirilib. Eyni zamanda, onların istifadəçilərlə qarşılıqlı əlaqəsini, həmçinin etik və hüquqi uyğunluğu tənzimləyən İcma Standartlarının (Community Standards) əsas aspektləri müqayisə edilib. Nəticədə ölkəmizin hibrid təhdidlərə qarşı dayanıqlığının gücləndirilməsi üçün yanaşma təklif olunub. TİK ilə əməkdaşlıq kontekstində standartlaşdırma baxımından ölkə üçün tövsiyələr hazırlanıb.

Daha sonra vurğulanıb ki, dövlət səviyyəsində qəbul olunan strategiya və normativ sənədlər vasitəsilə informasiya təhlükəsizliyi tələbləri daha da sərtləşdirilir. Eyni zamanda, kiberhücumların erkən aşkarlanması üçün qabaqcıl texnologiyaların tətbiqi və beynəlxalq tərəfdaşlarla informasiya mübadiləsi həyata keçirilir.

Qeyd edilib ki, hibrid təhdidlər mövzusu üzrə universitetlər və orta məktəblər üçün müasir, praktikyönümlü dərs vəsaitlərinin hazırlanması prioritet istiqamətlərdəndir. Bu vəsaitlər şagird və tələbələrə informasiya manipulyasiyası, kiberhücumlar və sosial mühəndislik kimi riskləri vaxtında tanımağı öyrətməyi hədəfləyir. Təhsil müəssisələrində bu materialların tətbiqi gənclərin rəqəmsal savadlılığını artıraraq, onları hibrid təhdidlərə qarşı daha dayanıqlı edir. Bu istiqamətdə ETN-in universitetlərlə və ekspert qurumlarla əməkdaşlıq etdiyi də xüsusi qeyd oluna bilər.

Görüş zamanı layihənin nəticələri, seminarların təsirləri, gənclərin prosesə cəlb olunması və ümumi olaraq kibertəhlükəsizlik ekosisteminə verilən töhfələr müzakirə olunub. Eyni zamanda, layihənin gələcək inkişaf imkanları və yeni əməkdaşlıq perspektivləri qiymətləndirilib.

“Layihə çərçivəsində yüzlərlə gənc hibrid təhdidlər, informasiya təhlükəsizliyi, kibergigiyena, transmilli internet korporasiyalarının təhlükəsizlik standartları və tələbləri üzrə əhatəli biliklər əldə edib”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, layihə çərçivəsində aparılan araşdırmalar üzrə hazırlanmış hesabat sənədləri ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://bit.ly/3XJJVSr

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Hibrid təhdidlərə qarşı mübarizə” layihəsinin ilk tədbiri keçirilib

06-11-2025

“Hibrid təhdidlərə qarşı mübarizə” layihəsinin yekun tədbiri baş tutub

05-12-2025

“Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi” seminarı keçirilib

03-11-2025

Kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizədə əməkdaşlıq vacibdir

15-04-2025

Milli Məclis Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib

18-06-2025

XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

21-02-2025

Aİ Ermənistana kiberhücumların qarşısının alınması üçün 12 milyon avro ayıracaq

02-12-2025

Milli Məclis Azərbaycana qarşı aparılan informasiya kampaniyasına dair açıqlama yayıb

06-08-2025

"Telekommunikasiya sektorunda kibertəhlükəsizlik" adlı dəyirmi masa keçirilib

07-02-2025

İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

30-07-2025

Dohada 7-ci Qlobal Təhlükəsizlik Forumu yekunlaşıb

01-05-2025

Sədr: Kiberhücumları yüksək səviyyədə təşkilatlanmış qruplar icra edir

02-05-2025

Milli Məclis: 600-ə yaxın hesabdan Anti-Azərbaycan kampaniyası aparılır

02-07-2025

Azərbaycanın informasiya məkanına qonşu ölkədən müdaxilə olub

31-01-2025

Nazir müavini: “Azərbaycana qarşı bu gün də kiberfəzada ciddi təhdidlər var”

04-07-2022

"X" platformasında COP29 əleyhinə saxta hesablardan istifadə aşkarlanıb

01-11-2024

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026

Kritik infrastrukturlara olan qlobal kibertəhdid aktorlarının hücumlarının qarşısı vaxtında alınıb

09-10-2025

Kibertəhlükələrə qarşı koordinasiya gücləndirilir

12-03-2026

Müstəqil media resursları ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunub

02-05-2025

“İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” tədbiri keçirilib

27-02-2026

Azərbaycan Ordusunda kibertəhlükəsizliyə dair tədbirlər keçirilir

12-05-2025

Aİ hibrid və kibertəhdidlərə qarşı Ermənistanı dəstəkləyəcək

15-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə