Previous Next
Bağla

“İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası” təsdiqlənib

26-12-2025 13:08
“İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası” təsdiqlənib

“İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası” təsdiqlənib.

Xeberler.az məlumat verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin Qərarını imzalayıb.

Qərara əsasən dövlət orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər büdcə təşkilatları məsul olduqları informasiya məkanlarında informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin qarşısının alınması məqsədilə 6 ay müddətində informasiya təhlükəsizliyi riskləri reyestrinin “İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası”nın tələblərinə uyğun formalaşdırılmasını təmin etməlidirlər. Həmçinin Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən hazırlanmış “İnformasiya məkanında informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin kateqoriyalar üzrə təsnifatlaşdırılmış toplusu”nun daxil edilməsi və daim yenilənməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet informasiya ehtiyatında “Təhdidlər və həllər” kataloqu yaradılır.

Qayda informasiya təhlükəsizliyi riskləri reyestrinin həmin reyestrin sahibi tərəfindən aparılmasının hüquqi, texniki və təşkilati əsaslarını müəyyənləşdirir. İnformasiya təhlükəsizliyinə risklərin idarə edilməsi, o cümlədən qiymətləndirilməsi və emal edilməsi üçün zəruri olan strukturlaşdırılmış informasiya konfidensial informasiya hesab edildiyindən, həmin informasiya risklər reyestrinin sahibi tərəfindən məsul olduğu informasiya infrastrukturunda yaradılan risklər reyestrində toplanılır, mühafizə edilir və istifadə olunur.

Risklər reyestrinin aparılmasının məqsədləri aşağıdakılardır:

- milli informasiya məkanında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik risklərinin kateqoriyalarını müəyyən etmək və təsnifatlaşdırmaq;

- risklər reyestri sahibinin məsul olduğu informasiya məkanında informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin qarşısının alınması üzrə fəaliyyəti səmərəli təşkil etmək;

- informasiya təhlükəsizliyi üzrə yarana biləcək təhdidləri və riskləri qiymətləndirmək, o cümlədən başvermə ehtimallarını və təsir dərəcələrini, riskə səbəb ola biləcək hadisələri əvvəlcədən müəyyən etmək və qeydiyyata almaq, həyata keçirilməli qabaqlayıcı tədbirləri proqnozlaşdırmaq, süni intellekt əsaslı və digər müvafiq həllərin işlənib hazırlanmasını və tətbiqini təşkil etmək.

İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydasına əsasən, risklər reyestrlərinin layihələndirilməsi, formalaşdırılması, tətbiq edilməsi, aparılması, nəzarətdə saxlanılması və davamlı inkişafı ilə bağlı zəruri xərclər hər il dövlət büdcəsində aidiyyəti orqanlar üzrə nəzərdə tutulmuş vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
XRİTDX: İnformasiya təhlükəsizliyi üzrə risklər reyestri fundamental əhəmiyyətlidir

XRİTDX: İnformasiya təhlükəsizliyi üzrə risklər reyestri fundamental əhəmiyyətlidir

26-12-2025
Kibertəhlükələrə qarşı koordinasiya gücləndirilir

Kibertəhlükələrə qarşı koordinasiya gücləndirilir

12-03-2026
İnformasiya təhlükəsizliyinin süni intellekt əsaslı həlləri işlənib hazırlanacaq

İnformasiya təhlükəsizliyinin süni intellekt əsaslı həlləri işlənib hazırlanacaq

28-08-2023
“İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” tədbiri keçirilib

“İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” tədbiri keçirilib

27-02-2026
Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

20-07-2023
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023
Azərbaycanda İnformasiya Təhlükəsizliyi Riskləri Reyestri yaradılacaq

Azərbaycanda İnformasiya Təhlükəsizliyi Riskləri Reyestri yaradılacaq

21-02-2025
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023
Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023
İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası təsdiqlənib

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası təsdiqlənib

28-08-2023
Müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyi ilə bağlı təşkilati əsaslar yaradılacaq

Müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyi ilə bağlı təşkilati əsaslar yaradılacaq

28-08-2023
İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025
Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

14-05-2026
“Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” təsdiq edilib

“Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” təsdiq edilib

03-08-2021
Azərbaycan hökuməti ölkədən “beyin axını”nın qarşısını almaq istəyir

Azərbaycan hökuməti ölkədən “beyin axını”nın qarşısını almaq istəyir

28-08-2023
Elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları təsdiqlənib

Elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları təsdiqlənib

04-08-2025
İnformasiya təhlükəsizliyi üzrə vergi və icbari ödənişlərə güzəştlər müəyyən ediləcək

İnformasiya təhlükəsizliyi üzrə vergi və icbari ödənişlərə güzəştlər müəyyən ediləcək

28-08-2023
İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının ilk iclası keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının ilk iclası keçirilib

16-05-2018
"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026
"2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

"2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

19-03-2025
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025
Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

27-09-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə