Previous Next
Bağla

“İnternet media üçün məsuliyyət yükü yoxdur”

16-06-2016 17:29
“İnternet media üçün məsuliyyət yükü yoxdur”

Əflatun Amaşov: “Bir çox hallarda təkcə etik pozuntuların yox, elə qanun pozuntularının da çox hissəsi internet medianın üzərinə düşür”

Gürcüstanda medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı işinə başlayıb.

Xeberler.az-ın məlumatına görə, bu gün Gürcüstanın Kaxetiya bölgəsində medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı işinə başlayıb. Tədbir Avropa Birliyinin və Avropa Şurasının Azərbaycanı, Gürcüstanı, Ermənistanı, Moldovanı, Ukrayna və Belarusu hədəf qrupu kimi seçdiyi birgə layihəsi əsasında baş tutur. İki gün davam edəcək toplantıda Azərbaycan tərəfdən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak edir.

Tədbirdə şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilib. MŞ sədri Əflatun Amaşov özünütənzimləmə orqanlarında etik dilemmalar mövzusunda məruzə edib, rəhbərlik edtdiyi qurumun timsalında mövcud sahədə meydana çıxan problemlərdən söz açıb.

O bildirib ki, 2007-ci ildən sonra Azərbaycanda internet sürətlə inkişaf etməyə başladı. Müvafiq olaraq internet media orqanlarının sayı əhəmiyyətli dərəcədə artdı. Təbii ki, operatikliv baxımdan yeni tələblər meydana çıxdı. Lakin bu tələblər peşə prinsiplərinə də fərqli yanaşma zərurətini yaratdı.

Mətbuat Şurası vəziyyətə adekvat davranmalı idi. Vəziyyətə adekvat davranmaq, cəmiyyətin və medianın mənafeyini uzlaşdırmaq media ictimaiyyətinin özünün də ictimai sifarişi kimi diqqət çəkdi: “Əlbəttə, ilk baxışdan ənənəvi media üçün etik tələblərin onlayn mediaya da asanlıqla tətbiq edilə biləcəyini düşünmək mümkündür. Ancaq bir qədər öncə məsuliyyətdən danışdım. Ənənəvi KİV fəaliyyətini peşə etikasına əsasən qurur.

Eyni zamanda burada qanunlara da riayət var. Yəni qanunlar belə demək mümkünsə, peşə etikasının qarantı rolunda çıxış edir. Nəhayət, böyük ölçüdə peşə etikasına riayət edən media orqanı qanunlara da riayət etmiş sayılır. Bu müstəvidə fərqliliklərə çox az təsadüf edilir. Ancaq internet media üçün belə bir məsuliyyət yükü yoxdur. Ona görə də onları etik prinsiplərə əməl etməyə çağırmaq bəzən çətin olur. Nəticədə bir çox hallarda təkcə etik pozuntuların yox, elə qanun pozuntularının da çox hissəsi internet medianın üzərinə düşür”.

MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli media təbliğatındakı spesifik cəhətlər ətrafında məruzə edib. Bu xüsusda Azərbaycanla xarici ölkələr arasındakı oxşar və fərqli xüsusiyyətlərə toxunub.
Toplantıda özünütənzimləmə şəbəkəsinə yeni üzvlərin cəlbi, etik standartların qorunması ilə bağlı beynəlxalq monitorinqin nəticələri, habelə onlayn media ilə əlaqədar şikayətlərin araşdırılması xüsusiyyətləri, Rusiyada özünütənzimləmə sistemindəki problemlər və s. müzakirəyə çıxarılıb.

Qeyd edək ki, toplantıya Serbiya, Monteneqro, Albaniya, Bosniya ve Hersoqovina, Kosovo və Makedoniyadan da media numayəndələri qatılıblar. Tədbir iyunun 17-də mövzu ətrafındakı müzakirələrlə davam edəcək.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əflatun Amaşov internet mediaya dövlətdən dəstək istədi

23-02-2016

Cahangir Məmmədli: «Peşə etikası daha çox müxalifət və iqtidar mətbuatında pozulur»

05-12-2009

Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XII toplantısına qatılacaq

11-10-2010

Azərbaycan Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısında təmsil olunacaq

08-07-2009

“Elektron mediaya maliyyə dəstəyi göstərilsin”

30-09-2016

«Azərbaycan mətbuatında peşə etikası prinsiplərinin gözlənilməsi» layihəsi təqdim edilib

14-02-2009

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının yeni prizedenti seçilib

13-07-2009

Dövlət hansı saytlara maliyyə ayıracaq?

03-02-2016

“Dövlət internet mediaya dəstək verməlidir”

29-12-2014

“Onlayn medianın hüquqi bazası yaradılmalıdır”

07-09-2016

“Jurnalistlərin peşə davranışı qaydaları”nın yeni variantı təqdim olundu

07-09-2010

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirilib

04-02-2014

İnternet media ilə bağlı prezidentə təkliflər veriləcək

24-07-2015

Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib

30-12-2021

İnternet medianın vəziyyəti müzakirə olundu

05-04-2013

Əflatun Amaşov saytlara 1 milyon manat ayrılmasını təklif edib

07-12-2016

“İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”

01-10-2016

“Vətəndaşların 85 faizi məlumatları internetdən alacaq”

11-12-2014

MEDİA Milli mətbuatın yubileyi çərçivəsində seminarlara başlayıb

19-06-2025

“Azərbaycanda İnternet Medianın Tənzimlənməsi” mövzusunda konfrans keçiriləcək

02-06-2009

KİV-lə bağlı beynəlxalq konfrans Bakıda keçirilə bilər

27-11-2009

“Yeni mediada etik standartların təbliği” layihəsinin icrası çərçivəsində jurnalistlər üçün “dəyirmi masa” keçirilmişdir

19-05-2014

Dövlət internet mediaya dəstək göstərəcək

18-01-2016

Mətbuat Şurası internet medianın maliyyələşməsini müzakirə edib

11-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə