Previous Next
Bağla

“İş yerinə dair arayış” e-xidmətindən istifadə edirsiniz? -Sorğu

28-03-2017 16:26
“İş yerinə dair arayış” e-xidmətindən istifadə edirsiniz? -Sorğu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az) keçirilən “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edirsinizmi?”  interaktiv sorğuya yekun vurulub.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, sorğunu ümumilikdə  2725 nəfər cavablandırıb ki, onlardan  1650  nəfəri və ya 61 faizi həmin e-xidmətdən istifadə etdiklərini bildiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən  2014-cü ilin dekabr ayında əhalinin istifadəsinə verilən “İş yerinə dair arayış” e-xidməti “Elektron Hökumət” portalında ən çox istifadə olunan e-xidmətlər sırasındadır.

Buna səbəb istər ümumi təyinatlı, istərsə də hər hansı konkret quruma təqdim etmək üçün iş yerinə dair arayışın aidiyyəti iş yerinin məsul şəxslərinə müraciət olunmadan, həmin e-xidmət vasitəsilə real vaxt rejimində rahat şəkildə əldə edilməsidir. Bütün aidiyyəti  məlumatların qeyd olunduğu arayışı müvafiq təşkilata elektron şəkildə göndərmək, yaxud çap edərək təqdim etmək  mümkündür.

Ölkəmizin elektron arayış sistemində mühüm yer tutan bu e-xidmətə istifadəyə verildiyi 2014-cü ilin dekabr ayından 2017-ci ilin 01 yanvar tarixinə qədər 453 min dəfəyə yaxın müraciət qeydə alınıb.

Respondentlərin  19 faizi ( 520 nəfər) “İş yerinə dair arayış” e-xidmətindən istifadə etmədiklərini qeyd edib ki, bu da həmin şəxslərin lazımi hallarda həmin arayış üçün elektron imkanlardan istifadə etməyə maraq göstərmədiklərindən irəli gəlir. Sorğu iştirakçılarının  20  faizi ( 555 nəfər) isə  qeyd olunan e-xidmətdən xəbərsiz olduqlarını ifadə ediblər. Bu, əmək və sosial müdafiə sahəsi ilə bağlı digər e-xidmətlər kimi, “İş yerinə dair arayış” e-xidməti barədə mütəmadi məlumatlandırma işlərinin qarşıdakı dövrdə də davam etdirilməsi zərurətini ortaya qoyur.

Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İş yerinə dair arayış e-xidmətindən istifadə sayı açıqlandı

09-08-2017

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 36 faiz artıb

08-08-2016

Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

13-06-2018

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

06-05-2017

“İş yerinə dair arayış” e-xidmətindən 240 min dəfə istifadə edilib

18-02-2016

“İş yerinə dair arayış” e-xidmətinə müraciətlər 17,4 faiz artıb

06-09-2016

İş yerinə dair elektron arayış alanların sayı artıb

17-04-2017

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

14-12-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı artıb

12-12-2016

Nazirlikdən 47 min 546 nəfər elektron arayış alıb

27-04-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 30 faizdən çox artıb

09-06-2016

İş yerinə dair 670 min e- arayış alınıb

26-09-2017

İş yeri üçün elektron arayış alanların sayı artıb

14-09-2015

İş yerinə dair 111 mindən çox e-arayış alınıb

12-06-2017

Ən çox hansı sahə üzrə elektron arayış alınır?

19-02-2018

İş yerinə dair 270 minə yaxın elektron arayış verilib

06-04-2016

İş yerinə dair e-arayış alanların sayı açıqlanıb

19-10-2017

107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib

12-08-2015

Elektron arayışları necə əldə etmək olar?

06-10-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 10 faiz artıb

30-01-2017

11 mindən çox istifadəçi elektron arayış əldə edib

17-02-2015

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016

“İş yerinə dair arayış” e-xidmətindən istifadə edənlərin sayı artıb

11-11-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə