Previous Next
Bağla

“Kiber Təhsil Konfransı” keçirilib

27-08-2025 21:53
“Kiber Təhsil Konfransı” keçirilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən icra olunan “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsi çərçivəsində yekun hesabat xarakterli “Kiber Təhsil Konfransı” baş tutub. 

Xeberler.az bildirir ki, Bakı Ali Neft Məktəbində keçirilən konfransda layihə çərçivəsində hazırlanmış tədris vəsaitlərinin akademiya və biznes icmasına təqdimatı reallaşdırılıb. Konfransın əsas məqsədi kibertəhlükəsizlik ixtisasının aktual məsələlərini müzakirə etmək və gələcək perspektivləri barədə fikir mübadiləsi aparmaq olub. Müzakirələrdə universitet nümayəndələri ilə yanaşı dövlət və özəl qurumların məsul nümayəndələri maraqlı fikirlər səsləndiriblər. 

Konfransı giriş sözü ilə AKTA-nın icraçı direktoru Rauf Cabarov açıb. Daha sonra Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov kibertəhlükəsizlik ixtisası barədə fikirlərini səsləndirib. AKTA-nın eksperti və layihə rəhbəri olan Təbriz Cəfərov layihə çərçivəsində görülmüş işlər barədə məruzə ilə çıxış edib.  

Konfransın panel çıxışlarında iki maraqlı mövzu haqqında müzakirələr aparılıb. Paneldə iştirak edən Milli Kibertəhlükəsizlik Mərkəzinin məsul nümayəndəsi Elvin Balacanov, Azərbaycan Mühəndislər Universitetinin dekanı Vaqif Qasımov və Azərbaycan Texniki Universitetinin kafedra müdiri Yadigar İmamverdiyev informasiya təhlükəsizliyi ixtisasının gələcək perspektivləri barədə məruzələr ilə çıxış edib, auditoriyanın suallarını cavablandırıblar. Sonuncu paneldə günümüzün aktual mövzusu olan süni intellekt və kibertəhülkəsizlik məsələləri müzakirə edilib. 

Sonuncu panelin moderatoru AKTA-nın süni intellekt üzrə eksperti, Alas Akademiyasının təsisçisi Elşad Yusifli olub. Paneldə Megasec şirkətinin nümayəndəsi Arzu Rəhimli və süni intellekt eksperti, ProximaTech şirkətinin mühəndisi Qasım Vəliyev çıxış ediblər. Müzakirələrdə gələcəyin süni intellektə əsaslanan işçi qüvvəsinin hazırlanması və süni intellektin texnologiyaların inkişafına təsiri təhlil edilib.

Yusifli paneli açarkən süni intellektin təhsili necə dəyişəcəyi və gələcəkdə iş mühitinin necə transformasiya olunacağı haqqında danışıb. Milli təhsil infrastrukturlarının rəqəmsallaşdırılmasında iştirak etmiş bir mütəxəssis kimi, süni intellektin bu sistemlərə inteqrasiyası və gələcək nəsil mütəxəssislərin hazırlanması istiqamətində konkret təkliflər irəli sürüb.

Qeyd edək ki, “Kiber Təhsil Konfransı” Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 2024-cü ildə elan edilmiş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsi çərçivəsində həyata keçirilib. Layihə universitetlərdə “informasiya təhlükəsizliyi” ixtisasının tədris kontentinin inkişafına yönəlib. AKTA-nın son illərdə həyata keçirdiyi ardıcıl layihələr sayəsində qeyd olunan ixtisas üzrə artıq 6 tədris vəsaiti hazırlanıb və akademik ictimaiətə təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya təhlükəsizliyi üzrə hazırlanmış tədris vəsaitlərinin təqdimatı davam edib

24-06-2025

Saatlıda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə başlanılıb

17-09-2025

AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

18-12-2025

Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

19-12-2024

II Beynəlxalq “Caspian Innovation Forum”u keçirilib

04-12-2025

AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri keçirilib

26-11-2025

AKTA-ya icraçı direktor təyin edilib

22-04-2025

AKTA və AzTU yeni layihəyə başladı

12-09-2022

Milli Kibertəhlükəsizlik İndeksi təqdim olunub

01-11-2024

AKTA UNEC-də seminar təşkil edib

03-03-2026

“Hibrid təhdidlərə qarşı mübarizə” layihəsinin ilk tədbiri keçirilib

06-11-2025

Azərbaycan Universitetində “MilliSec” şirkətinin nümayəndələri ilə görüş olub

12-02-2025

“Kibertəhlükəsizlikdə İdarəetmə, Risk və Uyğunluq” tədbiri keçirilib

17-10-2025

İnformatika müəllimlərinə kibertəhlükəsizlik üzrə təlim keçirilib

22-05-2026

BANM-in rektoru “Kiber Suverenlik” konfransında iştirak edib

27-05-2025

İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb

01-08-2022

"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası"nın sədri dəyişib

02-11-2022

AKTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

18-12-2025

“Kiber Yay Məktəbi 2025”in rəsmi açılış mərasimi keçirilib

22-07-2025

Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına 34 yeni üzv qoşulub

19-12-2024

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

14-05-2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

22-12-2023

Azərbaycan TDT ölkələri ilə kibertəhlükəsizliyin gücləndirilməsinə dair müzakirələrdə iştirak edib

13-09-2024

AKTA üzvü olan şirkətlər ilə görüş keçirilib

30-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə