Previous Next
Bağla

İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb

01-08-2022 16:27
İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb

Bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi ixtisası (ixtisas şifri: 050615) üzrə müasir tələblərə uyğun yeni təhsil proqramı hazırlanıb. Yeni proqram Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dünyanın aparıcı ali təhsil müəssisələrində və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanıb.

Xeberler.az bildirir ki, proqram Türkiyə, Almaniya, İsveçrə, Amerika kimi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən hazırlanıb. Proqramın hazırlanması zamanı həm dövlət və həm də özəl sektorda əmək bazarının cari tələbləri, o cümlədən ABŞ-ın Milli Standartlar və Texnologiyalar İnstitutunun (NIST) hazırladığı “NICE Framework”, Beynəlxalq Hesablama Maşınları Assosiasiyası (ACM) və IEEE Kompüter Cəmiyyətinin birgə hazırladığı “Kibertəhlükəsizlik üzrə kurikulum tövsiyələri” kimi beynəlxalq mənbələr araşdırılıb və nəzərə alınıb.

Yeni təhsil proqramı dörd modul – informasiya sistemlərinin preventiv mühafizəsi, informasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi, informasiya təhlükəsizliyi həllərinin planlaşdırılması və tətbiqi modulları üzrə peşə kompetensiyalarını əhatə edir. Yeni təhsil proqramının məzunları gələcəkdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə əmək bazarının ən son tələbatına uyğun peşələr üzrə çalışa biləcəklər. Proqram informasiya təhlükəsizliyi ilə yanaşı kibertəhlükəsizlik sahəsində də kadr hazırlığı üçün müvafiq fənlərin tədrisini nəzərdə tutur.

Texnoloj yeniliklər nəzərə alınmaqla, proqrama “Bulud təhlükəsizliyi”, “Elektronika və IoT cihazların təhlükəsizliyi”, “Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi” və s. bu kimi yeni ixtisas fənləri daxil edilib. Tədris olunan fənlər və peşə kompetensiyaları arasında əlaqələrin göstərilməsi, tələbələrin ixtisasları barədə geniş təsəvvürlərinin yaradılması üçün ixtisasa giriş məqsədi daşıyan “İnformasiya təhlükəsizliyinin əsasları” fənninin tədrisi birinci kursun ilk semestrində nəzərdə tutulur. “Mühəndis etikası”, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri” fənləri də proqramda xüsusi yer alır. Qeyd olunanlarla yanaşı, ölkəmizdə proqram təminatı kodlarının təhlükəsizliyinin təmin edilməsi sahəsində yaranmış kadr ehtiyacının ödənilməsi məqsədilə “Təhlükəsiz proqramlaşdırma”, “Nüfuzetmə sınaqlarının əsasları”, “Verilənlər bazalarının təhlükəsizliyi” və s. bu kimi zəruri ixtisas fənlərinin də proqram çərçivəsində tədrisi nəzərdə tutulub.

Yeni proqramda əmək bazarı subyektləri ilə əlaqələrin yaxşılaşdırılması, proqramın əmək bazarının mövcud tələbləri ilə uzlaşdırılması, tələbələrin müvafiq peşə ixtisasına aid aktual məsələlərlə bağlı məlumatlılığının təcrübə əsasında artırılması məqsədilə ustad dərsləri də nəzərdə tutulub. Ustad dərsləri həm yerli və həm də xarici əmək bazarından yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması vasitəsilə təşkil olunacaq.

Proqramda bir çox yeniliklərin olduğu nəzərə alınaraq, ali təhsil müəssisələri və əmək bazarı subyektləri arasında koordinasiya işinin təşkil edilməsi, həmçinin mütəmadi olaraq beynəlxalq təcrübəyə əsaslanan metodiki dəstəyin verilməsi üçün AKTA (Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası) ilə birgə fəaliyyət perespektivləri nəzərdə tutulub.

Bakalavriat səviyyəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə yeni təsdiq olunmuş təhsil proqramı 2022-2023 tədris ilindən etibarən tətbiq ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DTX rəisi: İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb

DTX rəisi: İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb

24-10-2023
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023
Bakı Ali Neft Məktəbində yeni İT ixtisas yaradılıb

Bakı Ali Neft Məktəbində yeni İT ixtisas yaradılıb

19-05-2018
Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023
"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023
Kibertəhlükəsizlik sahəsində istedadlı tələbələr mükafatlandırılıb

Kibertəhlükəsizlik sahəsində istedadlı tələbələr mükafatlandırılıb

30-11-2024
İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015
XRİTDX ali təhsil müəssisələrində ustad dərsləri keçirib

XRİTDX ali təhsil müəssisələrində ustad dərsləri keçirib

30-12-2025
Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

14-04-2026
Dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələri yaradılacaq

Dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələri yaradılacaq

28-08-2023
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023
“Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” təsdiq edilib

“Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” təsdiq edilib

03-08-2021
BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

05-12-2025
İnformasiya təhlükəsizliyinin inkişaf istiqamətləri  müzakirə edilib

İnformasiya təhlükəsizliyinin inkişaf istiqamətləri müzakirə edilib

19-05-2016
XRİTDX yeni istifadəyə verilmiş Laboratoriyada təlimlərə başlayıb

XRİTDX yeni istifadəyə verilmiş Laboratoriyada təlimlərə başlayıb

10-02-2026
“Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” mövzusunda təlim keçirilir

“Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” mövzusunda təlim keçirilir

15-10-2024
Dövlət Xidmətinin təşkil etdiyi təlimlər başa çatıb

Dövlət Xidmətinin təşkil etdiyi təlimlər başa çatıb

23-02-2026
Azərbaycanlıların məruzləri  NATO-nun dəstək olduğu kitabda

Azərbaycanlıların məruzləri NATO-nun dəstək olduğu kitabda

18-11-2022
İnformasiya təhlükəsizliyinin süni intellekt əsaslı həlləri işlənib hazırlanacaq

İnformasiya təhlükəsizliyinin süni intellekt əsaslı həlləri işlənib hazırlanacaq

28-08-2023
XRİTDX və Odlar Yurdu Universiteti əməkdaşlıq edəcək

XRİTDX və Odlar Yurdu Universiteti əməkdaşlıq edəcək

19-03-2026
“İnformasiya təhlükəsizliyi” jurnalı çapdan çıxdı

“İnformasiya təhlükəsizliyi” jurnalı çapdan çıxdı

04-07-2015
Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022
“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014
AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

04-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə