Previous Next
Bağla

“Konstitusiya və Suverenlik İli”nə həsr olunan poçt markası buraxılıb

10-12-2025 12:13
“Konstitusiya və Suverenlik İli”nə həsr olunan poçt markası buraxılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusi tarixi və mənəvi məna daşıyır.

Xeberler.az məlumat verir ki, bu qərar Konstitusiyanın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qazanılmış qələbənin isə 5-ci ildönümünə təsadüf etməklə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və suverenlik dəyərlərinin daha geniş təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu çərçivədə həyata keçirilən tədbirlərə AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC də öz töhfəsini verərək “Konstitusiya və Suverenlik İli” poçt markasını dövriyyəyə buraxıb.

Markanın təqdimat mərasimi 5 dekabr tarixində Dövlət Bayraq Muzeyində AZCON Holding, “Azərpoçt” MMC, Dövlət Bayraq Muzeyi və digər qurumların rəsmi nümayəndələrinin iştirakı ilə keçirilib. Tədbirin açılışında Dövlət Bayraq Muzeyinin direktoru Könül İmamverdiyeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb.

Daha sonra Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov Bayraq muzeyi ve eksponatlar haqqında ətraflı məlumat verib.

“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev öz nitqində markanın buraxılışının həm ölkə daxilində, həm də beynəlxalq poçt məkanında gələcək nəsillərə suverenlik ruhunun və dövlətçilik mesajının çatdırılması baxımından önəmli olduğunu vurğulayıb. O bildirib ki, bu marka dövlətçiliyə sədaqətin və milli dəyərlərə bağlılığın rəmzi kimi böyük mənəvi yük daşıyır.

Tədbir çərçivəsində qonaqlar üçün muzey üzrə informativ ekskursiya təşkil olunub, milli və dövlət atributlarına həsr edilən sərgi ilə tanışlıq baş tutub. Ardınca “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunan markalar muzeyə hədiyyə edilib və Bayraq Meydanının inşasına dair qısa film nümayiş etdirilib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

XRİTDX-də Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

12-11-2025

RİNN-də “Konstitusiya və Suverenlik ili”nə həsr olunan tədbir keçirilib

14-11-2025

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş təlim keçirilib

22-04-2025

MM-də rəqəmsal suverenliklə bağlı dəyirmi masa keçiriləcək

17-09-2025

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

14-05-2025

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2016

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2017

Dövlət Bayrağı Günü münasibətilə poçt markası dövriyyəyə buraxılıb

05-11-2015

"ABA"nın 35 illiyi ilə bağlı poçt markası buraxılıb

25-06-2025

Ulu Öndərə həsr olunmuş növbəti poçt markası dövriyyəyə buraxılıb

13-12-2023

J2-8243 reysinin xatirəsinə həsr olunmuş poçt markası buraxılıb

24-12-2025

Bayraq Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

09-11-2024

Poçt markalarına həsr olunmuş film təqdim olunub

09-10-2025

ADPU-nun 100 illik yubileyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb

23-12-2021

Yeni poçt markası dövriyyəyə buraxılıb

27-06-2018

"İctimai proseslər media müstəvisində" adlı forum keçirilib

02-05-2025

“Rəqəmsal suverenliyin hüquqi aspektləri” mövzusunda vebinar keçirilib

26-11-2025

BakıFilEkspo V Milli Filateliya sərgisi işə başlayıb

08-11-2018

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09-11-2019

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2015

AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

18-12-2025

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2018

Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

13-12-2023

Xankəndidə “QHT-lərin 3-cü Əməkdaşlıq Forumu” keçirilir

20-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə