Previous Next
Bağla

“Messenger”ə audio və video zəngləri asanlaşdıracaq funksiya gəlir

04-06-2022 09:26
“Messenger”ə audio və video zəngləri asanlaşdıracaq funksiya gəlir

“Meta” şirkəti “Messenger” tətbiqinə yeni Zənglər bölməsini gətirir.

Xeberler.az bildirir ki, “Messenger” istifadəçiləri video və ya audio zəng etmək istədikləri zaman əvvəlcə Söhbətlər bölməsində həmin şəxsi tapmalı, söhbət pəncərəsini açmalı və sonra zəng etməli idilər. Yeni funksiya ilə bu proseslər daha asan olacaq.

İstifadəçilər indi aşağı funksiyalar panelindəki Zənglər bölməsi vasitəsilə audio və ya video zəng edə biləcəkləri dostlarının siyahısını görəcəklər. Eyni zamanda istifadəçilər siyahıdan istədikləri şəxsləri tapmaq üçün səhifədəki üst axtarış bölməsindən istifadə edə biləcəklər.

Fidan Ali

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə