Previous Next
Bağla

“Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” müzakirə edilib

21-11-2025 15:40
“Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” müzakirə edilib

D-8 Media Forumu çərçivəsində “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” mövzusuna həsr olunmuş panel sessiya təşkil edilib.

Xeberler.az məlumat verir ki, “AnewZ” beynəlxalq televiziya kanalının baş redaktor müavini Orxan Amaşovun moderatorluq etdiyi panel sessiyada müasir media mühitində məsuliyyətli informasiya istehsalı və rəqəmsal transformasiyanın yaratdığı imkanlar barədə müzakirələr aparılıb.

Banqladeş Mətbuat İnstitutunun Baş direktoru Faruk Vasif Omar qeyd edib ki, ölkələr arasında əməkdaşlıq, təcrübə mübadiləsi və birgə texnoloji həllərin hazırlanması zəruridir. Biz real və saxta məzmunu ayırd edən sistemləri inkişaf etdirməli, süni intellektlə yaradılmış videoların aydın şəkildə etiketlənməsini təmin etməliyik. Bu, həm ictimai etimadın qorunması, həm də məlumat təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.

Misirin “Al-Ahram National Foundation” media qurumunun “Al-Ahram Weekly” və “Al-Ahram Online” nəşrlərinin baş redaktoru Ezzat İbrahim Azərbaycanın D-8 təşkilatına verdiyi önəmi yüksək qiymətləndirərək deyib: “Bu gün Media Mükəmməllik Mərkəzinin yaradılması isə xüsusilə təqdirəlayiq addımdır. Çünki ənənəvi media sisteminə rəhbərlik edən qurumlar bu gün çox ciddi bir çağırışla üzləşiblər. Süni intellekt sənayesinin sürətli inkişafı mövcud vəziyyəti tamamilə dəyişib. Artıq ənənəvi media orqanları əvvəlki kimi tək mənbə və ya əsas istiqamətverici rolunu asanlıqla qoruya bilmir. AI həm məzmun istehsalını sürətləndirir, həm məlumat axınını dəyişir, həm də müxtəlif platformalar vasitəsilə ənənəvi medianın təsir gücünü azaldır. Bu reallıq mediaya yeni yanaşmalar, yeni strategiyalar və yeni öyrənmə prosesləri tələb edir. D-8 çərçivəsində yaradılan Mərkəz isə məhz bu çağırışlara kollektiv cavab vermək üçün böyük imkan yaradır”.

İndoneziyadan rəqəmsal biznes və media innovasiyası üzrə ekspert Ferdian vurğulayıb ki, jurnalistlər süni intellekt əsaslı texnologiyalardan həddindən artıq asılı vəziyyətə düşə bilərlər. Bu isə peşəkar qərarvermənin, mənbəyi yoxlama mədəniyyətinin və redaksiya məsuliyyətinin zəifləməsinə səbəb ola bilər. “Süni intellekt bəzən həqiqi mənbələri şübhə altına ala və ya yanlış izahlar yarada bilər. Bu problem xüsusilə media sahəsində işləyənlərə daha aydın görünür, çünki onlar real məlumatın, faktların və etibarlı mənbələrin nə qədər vacib olduğunu dərindən bilirlər. Ancaq mühüm məsələ bu sahədə işləməyən geniş ictimaiyyətin düzgün məlumatlandırılmasıdır. Bu, hamımızın üzərinə düşən məsuliyyətdir. Media nümayəndələri, ekspertlər, dövlət qurumları və akademik dairələr birlikdə çalışaraq ictimaiyyət üçün maarifləndirici təlimlər, sadə izahlarla təqdim olunan məzmunlar və asan başa düşülən qaydalar hazırlamalıdır. İnsanlara süni intellektdən istifadə qaydaları, məlumatın doğruluğunu yoxlama üsulları və dezinformasiya ilə mübarizə üçün praktik metodlar izah edilməlidir”, - deyə indoneziyalı ekspert vurğulayıb.

İranlı jurnalist, “Press TV”-nin Beynəlxalq əlaqələr üzrə direktoru Elham Abedini isə bildirib ki, süni intellektlə bağlı etik aspektlər mütləq nəzərə alınmalıdır. Biz bu gün, əlbəttə, süni intellektdən geniş şəkildə istifadə edirik. Lakin digər tərəfdən qarşımızda çoxsaylı çağırışlar dayanır və onların ən əsası məhz etik məsələlərdir, faktların yoxlanılmasıdır. Çünki faktların hansısa məqsəd naminə dəyişdirilməsi və ya manipulyasiya olunması ciddi təhlükə yaradır. Məsuliyyətli jurnalistika isə bu baxımdan çox çətin, eyni zamanda, olduqca vacib bir vəzifədir. “Media nümayəndələri, xəbər istehsalçıları və texnologiya qurumları etik prinsipləri qorumağı özünün əsas missiyası kimi qəbul etməlidirlər. Süni intellektdən istifadə bizi sürətləndirə bilər, lakin etika və faktların doğruluğu unudularsa, informasiya mühitinin bütövlüyü zərər görər”, - deyə E.Abedini əlavə edib.

Panel sessiya müzakirələrlə davam edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İran: Süni intellektdən istifadədə etik prinsiplər qorunmalıdır

21-11-2025

"Rəqəmsal informasiya mühitində etik məsuliyyət" müzakirə olunub

30-09-2025

"Media, süni intellekt və innovasiya" mövzusu müzakirə edilib

01-05-2026

"Rəqəmsal dövrdə media tərəfdaşlığı" mövzusunda panel sessiya keçirilib

30-09-2025

Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir

21-07-2025

Süni intellekt texnologiyaları asanlıqla dezinformasiya mənbəyinə çevrilə bilər

14-12-2024

“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

25-04-2025

“Rəqəmsal jurnalistika” mövzusunda təlim proqramına başlanılıb

17-11-2025

Ənənəvi media süni intellektin yaratdığı imkanlar dəqiq dəyərləndirməlidir

17-12-2024

Klaus Strunz: Süni intellektə nəzarət mexanizmləri olmalıdır

21-07-2025

Rəqəmsallaşma, süni intellekt və media savadlılığı konfransı keçirilir

22-12-2025

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

14-05-2025

“Təhlükəsiz rəqəmsal media mühiti” adlı panel iclas keçirilib

02-05-2025

Kamran Həsənov: Media sahəsində əməkdaşlıq milli təhlükəsizlik məsələsində əsas komponentdir

24-09-2024

Nazir müavini: Süni intellektin inkişafı medianın məsuliyyətini daha da artırır

01-05-2026

Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur

16-04-2025

“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Forumu başa çatıb

24-09-2024

III Şuşa Qlobal Media Forumu: Azərbaycan beynəlxalq informasiya axınına yön verir

21-07-2025

Fernando Soares: Media işçiləri informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynayır

20-07-2025

4-cü Beynəlxalq Səudiyyə Ərəbistanı Media Forumu keçiriləcək

14-01-2025

Bakıda informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları mövzusunda konfrans keçirilib

11-10-2024

Qazaxıstanın “Mərkəzi Kommunikasiyalar Xidməti”nin nümayəndələri ilə görüş keçirilib

16-12-2024

Aina Zadabek: Jurnalistlər süni intellektdən düzgün istifadə etsələr, medianın inkişafına böyük təsir edər

20-07-2025

MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

08-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə