Previous Next
Bağla

"Media, süni intellekt və innovasiya" mövzusu müzakirə edilib

01-05-2026 18:14
"Media, süni intellekt və innovasiya" mövzusu müzakirə edilib

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumda “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” mövzusu müzakirə olunub.

Xeberler.az məlumat verir ki, panel sessiyaya Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov moderatorluq edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin rəisi Murad Balayev vurğulayıb ki, Azərbaycanda müşahidə olunan deepfake halları əsasən saxta investisiya proqramları və bank çağırışları üzərindən vətəndaşların aldadılmasına yönəlir. Qlobal miqyasda isə bu cür insidentlərin sayı son illərdə kəskin artıb, Honkonq, Dubay və Sinqapur kimi ölkələrdə milyonlarla dollar dəyərində maliyyə fırıldaqları qeydə alınıb. Murad Balayev süni intellektəsaslı bu hücumların, o cümlədən səs və görüntü saxtalaşdırılmasının, həm fərdi şəxslər, həm də şirkətlər üçün ciddi risklər yaratdığına diqqət çəkib. Onun sözlərinə görə, dezinformasiya və kiberhücumlara qarşı mübarizədə əsas amil məlumatın mənbəyini yoxlamaq və analitik yanaşmanı gücləndirməkdir.

Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova qeyd edib ki, rəqəmsal inkişaf bütün mərhələlərdə mediaya ciddi təsir göstərib, xüsusilə sosial şəbəkələrin yaranması ilə ənənəvi mediaya yanaşma köklü şəkildə dəyişib. Müasir dövrdə media subyektləri sosial platformalarda aktivliyini artırsa da, auditoriyanı tam şəkildə öz üzərinə çəkməkdə çətinlik yaşayır və bu səbəbdən “yeni media” anlayışı formalaşır. Süni intellektin jurnalistika fəaliyyətini asanlaşdıraraq rutin işləri azaltdığını və daha çox analitik yanaşmaya imkan yaratdığını deyən şöbə müdiri bu vəziyyətin, eyni zamanda, dezinformasiya və manipulyasiya risklərini də artırdığını bildirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov vurğulayıb ki, müasir dövrdə süni intellekt yalnız imkanlar deyil, həm də ciddi təhdidlər yaradır və artıq əsas məsələ ondan necə qorunmaqdır. O diqqətə çatdırıb ki, istifadəçilər rəqəmsal platformalarda “digital twin” formalaşdırır və ödənişsiz xidmətlərdən istifadə zamanı şəxsi məlumatlar faktiki olaraq sistemlərin öyrədilməsinə xidmət edir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və monitorinq şöbəsinin rəisi Əzizə Vidadi isə mərkəzin Azərbaycanın iqtisadi və texnoloji vəziyyətini təhlil edərək qlobal tendensiyaları ölkəyə uyğunlaşdırmağa çalışdığını bildirib. Şöbə rəisi vurğulayıb ki, bu proses çərçivəsində rəqəmsal transformasiya robototexnika, dron texnologiyaları, tibbi innovasiyalar kimi sahələrdə geniş tətbiq olunur və iqtisadiyyatın modernləşməsinə xidmət edir.

Panel sessiya müzakirələrlə davam edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Təhlükəsiz rəqəmsal media mühiti” adlı panel iclas keçirilib

“Təhlükəsiz rəqəmsal media mühiti” adlı panel iclas keçirilib

02-05-2025
Nazir müavini: Süni intellektin inkişafı medianın məsuliyyətini daha da artırır

Nazir müavini: Süni intellektin inkişafı medianın məsuliyyətini daha da artırır

01-05-2026
“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

25-04-2025
“Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” müzakirə edilib

“Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” müzakirə edilib

21-11-2025
"Rəqəmsal dövrdə media tərəfdaşlığı" mövzusunda panel sessiya keçirilib

"Rəqəmsal dövrdə media tərəfdaşlığı" mövzusunda panel sessiya keçirilib

30-09-2025
III Şuşa Qlobal Media Forumu: Azərbaycan beynəlxalq informasiya axınına yön verir

III Şuşa Qlobal Media Forumu: Azərbaycan beynəlxalq informasiya axınına yön verir

21-07-2025
Hikmət Hacıyev: Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur

Hikmət Hacıyev: Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur

20-07-2025
“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

14-05-2025
Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir

Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir

21-07-2025
“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

10-10-2025
"İctimai proseslər media müstəvisində" adlı forum keçirilib

"İctimai proseslər media müstəvisində" adlı forum keçirilib

02-05-2025
“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Forumu başa çatıb

“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Forumu başa çatıb

24-09-2024
DİN rəsmisi: Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir

DİN rəsmisi: Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir

18-06-2026
“Rəqəmsal dövrdə gənclər və media savadlılığı” adlı panel sessiya keçirilib

“Rəqəmsal dövrdə gənclər və media savadlılığı” adlı panel sessiya keçirilib

18-12-2024
Fernando Soares: Media işçiləri informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynayır

Fernando Soares: Media işçiləri informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynayır

20-07-2025
Rəqəmsallaşma, süni intellekt və media savadlılığı konfransı keçirilir

Rəqəmsallaşma, süni intellekt və media savadlılığı konfransı keçirilir

22-12-2025
“Media Savadlılığı” platformasının təqdimatını edib.

“Media Savadlılığı” platformasının təqdimatını edib.

20-12-2023
"Rəqəmsal informasiya mühitində etik məsuliyyət" müzakirə olunub

"Rəqəmsal informasiya mühitində etik məsuliyyət" müzakirə olunub

30-09-2025
Media nümayəndələrinə kibertəhlükəsizliklə bağlı təlim keçirilib

Media nümayəndələrinə kibertəhlükəsizliklə bağlı təlim keçirilib

11-06-2024
Süni intellekt texnologiyaları asanlıqla dezinformasiya mənbəyinə çevrilə bilər

Süni intellekt texnologiyaları asanlıqla dezinformasiya mənbəyinə çevrilə bilər

14-12-2024
XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

03-10-2025
Rəqəmsallaşma Türkiyədəki media ekosisteminə dərindən təsir göstərib

Rəqəmsallaşma Türkiyədəki media ekosisteminə dərindən təsir göstərib

11-03-2025
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirilib

29-11-2021
Üçüncü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

Üçüncü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

20-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə