Previous Next
Bağla

"Rəqəmsal dövrdə media tərəfdaşlığı" mövzusunda panel sessiya keçirilib

30-09-2025 14:20
"Rəqəmsal dövrdə media tərəfdaşlığı" mövzusunda panel sessiya keçirilib

Sentyabrın 30-da Bakıda II Azərbaycan–Özbəkistan Media Forumu çərçivəsində “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzusunda panel sessiya təşkil edilib.

Xeberler.az məlumat verir ki, sessiya Trend informasiya agentliyinin baş redaktoru Emin Əliyevin moderatorluğu ilə keçirilib.

Rəqəmsal transformasiyanın mövcud vəziyyətdə ən prioritet məsələlərdən biri olduğunu qeyd edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov deyib: "XX əsr informasiya və eyni zamanda, dezinformasiya əsridir. Bu, saxta məlumatların böyük bir axını ilə əlaqədardır. Bizim kimi mürəkkəb geosiyasi bölgədə də bu informasiyanın ayırd edilməsi mühüm əhəmiyyət kəsb edir".

O, informasiya sahəsinin sərhədləri olmadığını deyib, buna görə də təhlükəsizliyin təmin edilməsinin zəruriliyini vurğulayıb.

“Biz Medianın İnkişafı Agentliyi olaraq media savadlılığı həftələri, konfranslar, tələbələrin və gənclərin iştirak etdiyi seminarlar, “ASAN radio” ilə “Smart media” layihəsi, AzTV-də yayımlanan “Medialb” layihələri həyata keçiririk. Mediamız Özbəkistanın media subyektləri ilə çox sıx əməkdaşlıq edir. Nümunə kimi bu yaxınlarda Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Özbəkistanın Milli İnformasiya Agentliyi (UZA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasını gətirmək olar. İki ölkə arasında qarşılıqlı mediaturlar təşkil olunur. Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük səylər göstərilir”, - deyə departament direktoru əlavə edib.

Özbəkistan Jurnalistlər İttifaqının sədri vəzifəsini icra edən Xolmurod Salimov informasiya təhlükəsizliyi və media sahəsindəki çağırışlardan danışarkən müasir dövrdə bu məsələlərin strateji əhəmiyyətinin getdikcə artdığını söyləyib. "Xəbərlərin çatdırılması ilə bağlı inkişaf həm yeni imkanlar yaradıb, həm də ciddi çağırışları gündəmə gətirib", - deyə o əlavə edib.

Xolmurod Salimov bildirib ki, qarşıda geniş fürsətlərlə yanaşı, ciddi təhlükələr də mövcuddur. Çünki sürətlə yayılan məlumatların həqiqətə uyğun olub-olmamasını müəyyənləşdirmək getdikcə çətinləşir. Məhz buna görə də informasiya təhlükəsizliyinin təmin edilməsi müxtəlif sahələrdə əməkdaşlıq və birgə fəaliyyət tələb edir. “Dövlət və media arasında sıx əməkdaşlıq xəbərlərin doğruluğunu təmin etmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Unutmayaq ki, süni intellekt texnologiyalarından sui-istifadə feyk xəbərlərin yayılmasına zəmin yarada bilər. Buna görə də təlimlərə, maarifləndirmə layihələrinə və peşəkar hazırlığa ehtiyac getdikcə artır. Xüsusilə vurğulamaq istəyirəm ki, ötən il Özbəkistan Jurnalistlər İttifaqı ilə Azərbaycanın Mətbuat Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Bu çərçivədə jurnalistlərin qarşılıqlı səfərləri təşkil olunub, təcrübə mübadiləsi həyata keçirilib”, - deyə Xolmurod Salimov bildirib.

O əlavə edib ki, əhalinin media savadlılığının artırılması da mühüm məsələdir. Çünki vətəndaşların bir xəbərin və ya məlumatın nə dərəcədə doğru olub-olmadığını ayırd edə bilməsi informasiya təhlükəsizliyinin əsas şərtlərindən biridir: “Əminəm ki, Azərbaycan və Özbəkistan bu istiqamətdə əməkdaşlığı davam etdirərək həm xalqlarımız, həm də bütövlükdə region üçün böyük töhfələr verəcək”.

Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov məlumatların genişmiqyaslı axınının informasiya məkanını çirkləndirməsini qaçılmaz etdiyini diqqətə çatdırıb: "Bu mənada informasiya təhlükəsizliyi cəmiyyəti bundan qoruya bilər. Bunun üçün bir sıra təsirli vasitələr mövcuddur”.

Qeyd edilən məsələlər üçün cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsinin və media savadlılığının artırılmasının vacib olduğunu vurğulayan F.Novruzov vurğulayıb ki, rəqəmsal bacarıqlar bir çox media qurumları və ictimai təşkilatlar tərəfindən uğurla istifadə olunur".

Audiovizual Şuranın bu istiqamətdə uğurla fəaliyyət göstərdiyini diqqətə çatdıran Aparat rəhbəri əlavə edib: “2023-cü ildən başlayaraq Audiovizual Şura Bakı Dövlət Universitetində 20-dən çox media subyekti ilə 50-dən çox, həmçinin xarici ölkələrin media requlyatorları ilə çoxsaylı görüşlər keçirib. 2025-ci ildə biz Qara Dəniz Yayım Tənzimləyici Orqanlarının Forumunu təşkil etdik”.

Özbəkistanın Milli Media Assosiasiyasının Baş direktoru Abduaziz Abutolipov bu gün təhlükəsizliyin yalnız sərhədlərin qorunması deyil, ilk növbədə, məlumatların qorunması olduğunu deyib.

"İnformasiya iqtisadiyyatın, siyasətin, beynəlxalq münasibətlərin üzərində dayanan etibardır. Etibarın çökdüyü yerdə hər şey məhv olur. Buna görə informasiya təhlükəsizliyi yalnız texnologiya haqqında danışmaq deyil, mədəniyyət, dəyər və gələcək haqqında düşünməkdir", - deyə Baş direktor əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Forumu başa çatıb

24-09-2024

“Təhlükəsiz rəqəmsal media mühiti” adlı panel iclas keçirilib

02-05-2025

MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

08-04-2026

Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb

13-11-2024

Kamran Həsənov: Media sahəsində əməkdaşlıq milli təhlükəsizlik məsələsində əsas komponentdir

24-09-2024

“Media Savadlılığı” platformasının təqdimatını edib.

20-12-2023

“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

25-04-2025

MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

01-09-2025

Əhməd İsmayılov: İnformasiya təhlükəsizliyinin təmin edilməsi müasir dövrün vacib çağırışlarındandır

11-10-2024

TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib

27-11-2025

Əhməd İsmayılov: Özbəkistanla qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır

24-09-2024

MEDİA-da Özbəkistanın məsul nümayəndələri ilə görüş olub

29-09-2025

Medianın İnkişafı Agentliyinin sədri: Medianın yeni formalaşan trendləri texnoloji təhdidlərə də səbəb olur

11-10-2024

Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

19-12-2024

Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir

21-07-2025

Prezident: Biz ortaq regional informasiya platformalarının yaradılmasını dəstəkləyirik

21-11-2025

“Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” müzakirə edilib

21-11-2025

“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Media Forumu keçirilib

24-09-2024

“Süni intellekt və media savadlılığı” adlı dəyirmi masa təşkil olunub

18-12-2024

Rəqəmsallaşma, süni intellekt və media savadlılığı konfransı keçirilir

22-12-2025

Fernando Soares: Media işçiləri informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynayır

20-07-2025

“Media Savadlılığı” konfransı keçirilib

17-12-2024

Üçüncü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

20-07-2025

"Media, süni intellekt və innovasiya" mövzusu müzakirə edilib

01-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə