Previous Next
Bağla

“mygov” ilə dövlət qurumlarına rəsmi məktub göndərilməsi mümkün olub

03-12-2025 12:29
“mygov” ilə dövlət qurumlarına rəsmi məktub göndərilməsi mümkün olub

Ölkədə rəqəmsal hökumət istiqamətində daha bir mühüm yenilik həyata keçirilib. Artıq vətəndaşlar “mygov” platforması üzərindən dövlət qurumlarına birbaşa rəsmi məktub göndərə biləcəklər. Eyni zamanda dövlət qurumları da vətəndaşlara rəsmi məktub və bildirişlər ünvanlaya biləcək. 

Xeberler.az bildirir ki, yeni imkan vətəndaşlara rəsmi məktubu düzgün şəkildə hazırlayıb, nəzərdə tutulan dövlət qurumuna elektron formada təqdim etmək imkanı yaradır. Vətəndaşlar “mygov” vasitəsilə sorğu başlatmaq, məlumat təqdim etmək və ya hər hansı məsələ ilə bağlı aydınlıq əldə etmək üçün dövlət qurumlarına rəsmi məktub ünvanlaya bilərlər.  Xüsusilə qeyd etmək lazımdır ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində dövlət qurumları tərəfindən vətəndaş müraciətləri ən geci 15 iş günü ərzində (araşdırma tələb edərsə 30) cavablandırılmalıdır. 

Proses aşağıdakı kimidir:

- İstifadəçi “mygov”un ana səhifəsində yerləşən xüsusi məktub işarəsi və ya “Daha çox” bölməsindən “Dövlət qurumlarına rəsmi məktub” funksiyasına daxil olur.

- Yeni müraciət yaradır və məktubun ünvanlanacağı qurumu, məktubun başlığını və məzmununu daxil edir.

- Ehtiyac yaranarsa, “Fayl yükləyin” düyməsi ilə məktuba əlavə sənəd yükləyir.

- Məlumatlar təsdiq edildikdən sonra məktub SİMA və ya ASAN rəqəmsal imza vasitəsilə imzalanır və avtomatik olaraq seçilmiş dövlət qurumuna göndərilir. 

Hər bir göndərilmiş məktub “Göndərilən” bölməsində saxlanılır. Vətəndaş məktubun statusunu — yəni məktubun qəbul olunması, baxılması və cavablandırılması mərhələlərini real vaxt rejimində izləyə bilər. Dövlət qurumlarından istifadəçiyə daxil olan məktublar isə “Gələn” bölməsinə əks olunur. 

 “Vətəndaş - Dövlət” və “Dövlət – Vətəndaş” kommunikasiya modeli əsasında “mygov”da yaradılmış bu müasir funksionallıq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, bu funksiya çərçivəsində sistemə inteqrasiya olunan dövlət qurumlarının sayı 59-dur və yaxın günlərdə bütün qurumların inteqrasiyasının tamamlanacağı gözlənilir. Bununla yanaşı, platforma üzərindən ilk ay ərzində təxminən 11 min məktub mübadiləsi həyata keçirilib. Ən çox məktub göndərən qurumlar sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öndə gəlir. Vətəndaşlar isə ən çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi və ASAN Xidmətə müraciət ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Əmək müqavilələrini "mygov" ilə imzalamaq mümkün olub

Əmək müqavilələrini "mygov" ilə imzalamaq mümkün olub

08-10-2025
Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

13-11-2025
Ötən ay DSMF 24 minə yaxın vətəndaş müraciətinə cavab verib

Ötən ay DSMF 24 minə yaxın vətəndaş müraciətinə cavab verib

17-03-2025
I rübdə DSMF-də 63 mindən çox vətəndaş müraciəti cavablandırılıb

I rübdə DSMF-də 63 mindən çox vətəndaş müraciəti cavablandırılıb

28-04-2025
“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025
"mygov"dan istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

"mygov"dan istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

24-11-2025
DSMF On ayda 252 mindən çox vətəndaş müraciətini cavablandırıb

DSMF On ayda 252 mindən çox vətəndaş müraciətini cavablandırıb

29-11-2024
Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

21-04-2025
Məhkumluq haqqında arayışı "Mygov" vasitəsilə əldə etmək olacaq

Məhkumluq haqqında arayışı "Mygov" vasitəsilə əldə etmək olacaq

28-10-2024
DSMF: Doqquz ayda 203 mindən çox vətəndaş müraciəti cavablandırılıb

DSMF: Doqquz ayda 203 mindən çox vətəndaş müraciəti cavablandırılıb

27-10-2025
Belarusda ödənişli elektron poçt xidməti istifadəyə verilib

Belarusda ödənişli elektron poçt xidməti istifadəyə verilib

05-01-2021
"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

02-10-2024
“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025
Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026
“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

10-03-2025
“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024
Nazirlik şikayətləri onlayn cavablandıracaq

Nazirlik şikayətləri onlayn cavablandıracaq

27-05-2015
Məhkumluq haqqında arayışın İKZF-yə rəqəmsal təqdim edilməsi mümkün olub

Məhkumluq haqqında arayışın İKZF-yə rəqəmsal təqdim edilməsi mümkün olub

27-05-2025
Vətəndaşlar "Azəriqaz"ın müayinə aktını mygov ilə izləyə biləcəklər

Vətəndaşlar "Azəriqaz"ın müayinə aktını mygov ilə izləyə biləcəklər

08-12-2025
"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

12-01-2026
Etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb

Etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb

02-12-2019
Mərkəzi Banka "myGov" üzərindən müraciət etmək imkanı yaradılıb

Mərkəzi Banka "myGov" üzərindən müraciət etmək imkanı yaradılıb

17-04-2025
Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

01-06-2026
Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

15-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə