Previous Next
Bağla

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025 17:40
“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

“mygov” platformasında vətəndaşların tibbi məlumatlara çıxışı imkanları genişləndirilib.

Xeberler.az məlumat verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumat yayıb.

Məlumata əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə təşəbbüsü ilə bir sıra yeni tibbi məlumatlar platformaya inteqrasiya olunub. Artıq vətəndaşlar “mygov” platformasının “Tibb məlumatlarım” bölməsi vasitəsilə aşağıdakı tibbi məlumatlara rahatlıqla baxa bilərlər:

* Sağlamlıq haqqında tibbi arayış

* Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış

Bununla yanaşı, elektron xəstəlik vərəqələri üzrə məlumatlar da “mygov” platformasına inteqrasiya olunub. İRİA ilə Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilmiş bu inteqrasiya sayəsində vətəndaşlar “Tibb məlumatlarım” bölməsində “Elektron xəstəlik vərəqələri məlumatları” alt bölməsinə daxil olaraq sənədlə tanış ola bilirlər.

Digər bir yenilik isə əlillik ilə bağlı məlumatlara rəqəmsal çıxış imkanının yaradılmasıdır. Bu məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində platformaya əlavə olunub. İndi istifadəçilər “Əmək və maliyyə məlumatlarım” bölməsində “Əlillik barədə məlumatım” alt bölməsinə daxil olaraq müvafiq məlumatları rahat şəkildə izləyə bilirlər.

Qeyd edək ki, dövlət qurumları ilə güclü əməkdaşlığın və koordinasiyanın nəticəsi olaraq həyata keçirilən bu yeniliklər vətəndaşlara zəruri məlumatlara daha rahat, mərkəzləşdirilmiş və çevik çıxış imkanı yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

23-07-2025

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

Vətəndaşların xəstəlik tarixçəsi “mygov”a daxil edilib

11-08-2025

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025

Laborator analiz nəticələrini “mygov”dan öyrənmək mümkündür

04-12-2024

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020

Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

13-02-2025

Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

02-06-2025

Nikahın qeydə alınması “mygov”a inteqrasiya edilib

19-11-2024

Valideynlər övladlarının laborator analiz nəticələrinə "mygov"da baxa biləcəklər

07-01-2026

“mygov”a hərbi xidmətlə bağlı yeni funksiyalar əlavə olunub

20-08-2025

Elektron tibbi arayış xidmətinin təqdimatı keçirildi

26-04-2024

Sərhədkeçmə məlumatları “mygov”a inteqrasiya edilib

05-01-2026

Mayın 1-dən “e-bülleten” sisteminə keçid ediləcək

21-04-2025

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026

mygov platformasına yeni funksionallıq əlavə edilib

08-05-2025

COVID-19 sertifikatları artıq “myGov”da

13-07-2021

Əmək müqavilələrini "mygov" ilə imzalamaq mümkün olub

08-10-2025

Bir həftə ərzində 1730 elektron xəstəlik vərəqi imzalanıb

07-05-2025

“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

10-03-2025

Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01-05-2025

Ekspert: Icbari tibbi sığorta sahəsində problemlər var

14-01-2020

“e-Tabib” mobil tətbiqi yeniləndi

16-03-2023

Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

13-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə