Previous Next
Bağla

“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir

13-07-2020 16:05
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir

“Nar” TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində koronavirus pandemiyası zamanı müxtəlif sahələrdə vətəndaşlara xidmət etməyə davam edən insanları ictimaiyyətə tanıtmaq üçün “Günün Qəhrəmanları” müsabiqəsinə start verir. Müsabiqə pandemiya ilə mübarizə dövründə gündəlik işlərini icra edərkən həyatlarını riskə atan insanlar, karantin zamanı həyata keçirilən sosial layihələr və təşəbbüslər haqqında hekayələri əks etdirəcək. Bu cür hekayələrin üzə çıxarılmasında məqsəd həm əhali arasında qəhrəmanları tanıtmaq, həm də sosial məsuliyyətin təşviqinə dəstək olmaqdır.

Xeberler.az bildirir ki, müəlliflər yazılarının əsas qəhrəmanı olaraq, başda həkimlər olmaqla, online dərslərlə şagirdlərinə təhsil verməyə davam edən müəllimləri, polisləri, marketlərdə çalışan əməkdaşları, çatdırılma xidməti göstərənləri, müştəri xidmətlərinin nümayəndələrini, xüsusi rejimli xəstəxanalardan reportaj hazırlayan jurnalistləri, könüllü yardım qrupu yaradan insanları, ümumilikdə pandemiya dövründə vətəndaşlara xüsusi əmək göstərən hər kəsi seçə bilərlər.

Müsabiqənin şərtləri:

1) Müsabiqə həm jurnalistlər, həm də sosial media istifadəçiləri üçün açıqdır.

2) Yazılara əsas tələb real hekayələrin əks olunması və müəllif tərəfindən haqqında danışılan şəxsdən yayımla bağlı razılığın alınmasıdır.

3) Məqaləyə razılıq əsasında foto və videolar da əlavə edilə bilər.

4) Yazılar müsahibə formatında da ola bilər və ya birbaşa qəhrəmanın öz dilindən də yazıla bilər.

5) Təqdim olunan yazılar üçün maksimum simvol sayı 10.000 olmalıdır.

6) Müsabiqəyə qoşulmaq üçün jurnalistlər yazının “Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə çərçivəsində hazırlandığını qeyd etməklə mediada yerləşdirdikdən sonra müvafiq linklə bərabər [email protected] elektron ünvanına göndərməlidirlər.

7) Sosial media istifadəçiləri də eynilə, hekayələrini [email protected] elektron ünvanına göndərməlidirlər. Bundan başqa, müsabiqənin hashtagını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa bilərlər. ( #GününQəhrəmanları #Nar #TƏBİB).

Müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblərə müvafiq olaraq Samsung S10+ , Huawei P30 Pro, 500 AZN dəyərində pul mükafatı, daha üç həvəsləndirici yerlərin sahiblərinə isə 300 AZN məbləğində pul mükafatı təqdim olunacaq. Qeyd edək ki, müsabiqəyə qoşulmaq üçün son tarix 10 avqustdur. Əlavə suallar yarandığı təqdirdə, [email protected] elektron ünvanına yaza bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar” və TƏBİB tərəfindən təşkil olunmuş “Günün Qəhrəmanları” müsabiqəsinin qalibləri açıqlanıb

24-08-2020

Nar Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə edib

23-03-2020

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

30-10-2025

Nar-dan Bilik günü münasibətilə müsabiqə

15-09-2018

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

18-06-2025

TikTok-da “Azərbaycan müəllimləri” adlı müsabiqəyə start verilir

05-05-2025

Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edilib

06-05-2025

Nar sosial media mükafatına layiq görülüb

14-02-2017

“Nar” 2020-ci ilin yekunları ilə bağlı hesabatını açıqladı

12-03-2021

“Nar" 15 illiyi münasibətilə hədiyyəli yarışlara davam edir!

08-04-2022

“Elektron təhsil” müsabiqəsi başladı

19-09-2016

Nar futbol həvəskarları üçün müsabiqə elan edir

27-05-2019

Nar Mobile «Nar Prestij» nömrələrin satışını həyata keçirir

17-09-2009

Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan olunub

13-11-2025

Nar sosial şəbəkədə sorğuları operativ cavablayır

17-07-2017

“Nar+” tətbiqi ilə hesabını evdən idarə et

27-03-2020

Nar sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir

19-02-2019

“Onlayn media 2014” müsabiqəsi başlayır

16-09-2014

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

05-05-2026

Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi

21-07-2023

İKTA-nın elan etdiyi yazı müsabiqəsinə 56 nəfər qeydiyyatdan keçib

08-01-2025

Nar “İcazələrin Alınması və Monitorinqi Sistemi”nə dəstək olur

22-04-2020

“Nar” koronavirusla mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir

18-07-2020

Nar və Avtostopun birgə müsabiqəsinin qalibləri müəyyənləşdi

31-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə