Previous Next
Bağla

“Nar” yeni vizual görünüşünü təqdim edib- Fotolar

08-04-2015 15:28
“Nar”  yeni vizual görünüşünü təqdim edib- Fotolar

“Nar” mobil operatoru yeni vizual görünüşünü mətbuat nümayəndələrinə təqdim edib.

Xəbərlər-in  məlumatına görə, jurnalistlərə yeni logo və kreativ platforma haqqında məlumat verilib. Mətbuat klubunda ənənəvi ziyafət verilib.

Aprelin 6-da “JW Marriott Absheron Baku” otelində möhtəşəm bir bayram ab-havasında fəaliyyətini yeni vizual görünüşü ilə davam etdirdiyini ictimaiyyətə elan etmiş Nar, aprelin 7-də mətbuat konfransı keçirib. “Hilton Baku” otelində keçirilən mətbuat konfransında çıxış edən “Azerfon” MMC-nin baş icraçı direktoru Kent Maknili “Nar” brendinin və “Nar Bağı kreativ platformasının fəlsəfəsi haqqında jurnalistlərə ətraflı məlumat verərək, mobil operatorun keçdiyi inkişaf yolundan danışıb. O, “Nar” ticarət nişanının yeni mərhələyə addım atmağa hazır olduğunu xüsusi vurğulayaraq, brendin daha böyük hədəflər haqqında düşündüyünü bəyan edib.

“Nar” operatorunun keçdiyi inkişaf yolu bir uğur hekayəsidir. Bu, komanda ruhunun hakim olduğu kollektivimizin hər bir fərdinin uğurudur, bizim ümumi qələbəmizdir. Fəaliyyət göstərdiyimiz illər ərzində biz daima şəbəkəmizi təkmilləşdirməyə, abunəçilərimizə münasibliyi və müxtəlifliyi ilə seçilən tarif planlarını və innovasiyaları təqdim etməyə, o cümlədən müştəri xidmətlərimizin səviyyəsini yüksəltməyə can atmışıq. Artıq yeni mərhələyə qədəm qoyuruq və daha yüksək nəticələrə doğru inamla irəliləyəcəyik”, - deyə K.Maknili çıxışında xüsusilə qeyd edib.

Mətbuat konfransında iştirak edən Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov da mobil operatorun rəhbərliyini və bütün əməkdaşları təbrik edib, “Nar” ticarət nişanının Azərbaycanın rabitə bazarında daha da çox yeniliklər gətirəcəyinə əminliyini bildirib.

Mətbuat konfransının ardından jurnalistlər, bloggerlər və digər ictimaiyyət nümayəndələri Nar Mətbuat klubundakı ənənəvi ziyafətə dəvət ediliblər. Bu il Mətbuat klubunda keçirilən birinci görüş həmişə olduğu kimi istirahət formatında təşkil edilib. Qeyri-rəsmi şəraitdə və şən əhval-ruhiyyədə keçən görüşdə ilk dəfə olaraq lotereya oynanılıb və jurnalistlərə müxtəlif hədiyyələr təqdim edilib. İndiyədək keçirilən bütün görüşlərdə iştirak etmiş və hər zaman aktiv olmuş 5 jurnalistə “Nar” Mətbuat klubunun daimi üzvü” sertifikatı verilib.

  

 

Məltəm Talıbzadə 

Fotolar: Tərlan Yusif 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar Mobile abunəçilərinin sayı milyona çatdı

28-01-2009

“Nar” mətbuat nümayəndələrini təbrik etdi

24-07-2018

Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi    

20-07-2022

Nar media nümayəndələrinə yeni məhsullarını təqdim etdi

06-12-2018

Nar Göyçayda keçirilən festivalda aktiv iştirak etdi

05-11-2018

Nar “Cloud” korporativ xidmətini təqdim edib

02-12-2015

Nazirin birinci müavini: "İlk gündən mobil rabitə bazarında şəffaf rəqabət mühiti yaradılıb"

08-04-2015

Nar media nümayəndələrini bir araya topladı

22-07-2019

Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi

21-07-2023

Nar Mobile Azərbaycana 4G xidmətini gətirir

20-02-2015

Nar yeni mobil tətbiqini təqdim etdi

22-08-2019

Nar və Avtostop-dan maraqlı müsabiqə

30-03-2018

Nar abunəçilərinə Nar bayramında iştirak şansı verir

31-10-2018

Nar mətbuat nümayəndələrini bir araya topladı

17-12-2018

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

02-04-2024

Mingəçevirdə yeni «Nar Mobile» Mərkəzi açılıb

20-05-2009

Nar Cəlilabad Festivalında iştirak etdi

23-05-2023

Nar və Avtostop radio verilişindən maraqlı təklif

21-06-2017

«Azerfon» şirkəti yeni «Nar Mobile» Mərkəzi açıb

21-04-2009

"Nar"ın rəhbərliyində dəyişiklik olub

30-09-2025

"Nar" Azərbaycanın azad edilmiş ərazilərində IT infrastrukturunu genişləndirməyi planlaşdırır

12-03-2021

Nar-dan Samsung Galaxy Note 9 qazanmaq fürsəti

04-12-2018

“Nar” Daşkəsən festivalında iştirak etdi

22-07-2025

“Nar” Laçın şəhərində ilk mağazasını açdı

25-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə