Previous Next
Bağla

“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

06-03-2025 17:56
“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

Martın 6-da Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı və "Div Academy"nin tərəfdaşlığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar" mövzusunda panel müzakirəsi keçirilib.

Xeberler.az məlumat verir ki, tədbir gənc xanımların peşəkar inkişafına dəstək olmaq, onların rəqəmsal bacarıqlarını artırmaq və innovasiya ekosistemində iştiraklarını genişləndirmək məqsədi daşıyıb.

100-ə yaxın gənc xanımın iştirak etdiyi tədbirdə ilk olaraq rəsmilər çıxış ediblər. Milli Məclisin deputatı Səbinə Xasayeva qadınların iş dünyasında daha aktiv iştirak etmələrinin vacibliyini vurğulayıb, dövlətin bu sahədə həyata keçirdiyi təşəbbüslərdən danışıb. Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı qadınların rəqəmsal bacarıqlarının artırılmasının əhəmiyyətindən bəhs edib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Könül Abdulrəşidova isə qadınların karyera inkişafında müxtəlif resurslardan istifadə edərək özlərini inkişaf etdirmə imkanlarını vurğulayıb.

Sonra panel müzakirəsi işinə başlayıb. Sessiyaya Gənclərin İnkişaf və Karyera Mərkəzinin Layihələrin və proqramların idarə edilməsi şöbəsinin baş mütəxəssisi Jalə Həsənova moderatorluq edib. Spikerlər - “Div Academy”nin CEO-su Aygün Mirzəliyeva “Rəqəmsal transformasiya: Qadınların yeni bacarıqlara yiyələnməsi və karyera fürsətləri”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elvira Rüstəmova “İnnovasiya və startap ekosistemində qadınların fəallığı”, Gənclər və İdman Nazirliyinin şöbə müdirinin müavini Ülviyyə Axundova “Gənc qadınların karyera inkişafında dövlət dəstəyi və imkanlar”, "Insun" Yaşam Mərkəzinin təsisçisi Nigar Ələsgərova isə “Qadın liderliyi və iş-biznes balansı: Uğur hekayələri” mövzusunda çıxış edərək fikirlərini bölüşüblər.

Sonda interaktiv sual-cavab sessiyası keçirilib. Spikerlər gənclərin suallarını cavablandırıb.

Panel müzakirəsi zamanı qadınların peşəkar inkişafı üçün rəqəmsal bacarıqların artırılmasının vacibliyi, dövlət və özəl sektorun dəstəyi ilə onların innovasiya və startap ekosistemində daha fəal iştirak imkanlarının genişləndirilməsi və mentorluq proqramlarının gənc qadınların inkişafında oynadığı mühüm rol xüsusilə vurğulanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmsal Marketinq: Gənclər üçün karyera imkanları” adlı müzakirə keçirilib

26-09-2025

“Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” müzakirə edilib

07-03-2026

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib

20-06-2025

Şəxsi inkişafda innovasiya və rəqəmsallaşmanın rolu müzakirə olunub

30-01-2026

Qadınlar üçün kibertəhlükəsizlik sahəsi üzrə tədbir keçirilib

24-09-2025

Gənclərin Süni İntellekt Forumu rəqəmsal gələcəyə hazırlıq məqsədi daşıyır

20-06-2025

İKT qadınlara həsr olunmuş “DigiGirlz” konfransı keçirilib-Fotolar

04-06-2015

İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

29-11-2025

“Qadınların İKT sahəsində rolu” mövzusunda tədbir keçiriləcək

02-03-2017

Şamaxıda ilk dəfə DigiGirlz konfransı keçirilib

28-12-2018

Bakıda “Gənclər üçün Süni İntellekt Forumu” keçirilir

02-05-2025

Qadınlar İKT bacarıqlarını artırır

07-07-2023

“Youth Cyber Forum” keçirilib

25-02-2026

BMTİP dəyirmi masa təşkil edib

21-04-2022

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

02-05-2016

“WTDC-25” çərçivəsində Qadınlar Şəbəkəsinin tədbiri keçirilib

20-11-2025

ASAN Kadr Karyera mərkəzinin sərgisi keçirilib

12-03-2019

“Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirilib

23-04-2015

Şəkidə qadınların işgüzar inkişafı təlimlərinə start verilib

28-11-2019

Qadınların İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçiriləcək

09-07-2019

AKTA “Kibertəhlükəsizlikdə qadınlar” tədbirində iştirak edib

25-09-2025

SMM2018 Business Breakfast-in açılış mərasimi keçirilib

28-08-2018

“Bir ideya, Bir addım, Bir dəyişiklik” adlı panel müzakirə təşkil olunub

17-11-2025

“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı

31-07-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə