Previous Next
Bağla

“Qlobal İnnovasiya İndeksi-2020”-nin illik hesabatı açıqlanıb

23-02-2021 19:14
“Qlobal İnnovasiya İndeksi-2020”-nin illik hesabatı açıqlanıb
Xeberler.az bildirir ki, “Qlobal İnnovasiya İndeksi-2020”-nin hesabatı açıqlanıb.
 
Azərbaycan innovasiyaların səviyyəsinə görə 2 pillə irəliləyərək 131 ölkə arasında 82-ci yeri tutub. Azərbaycan MDB-də yalnız Orta Asiyanın dörd ölkəsini üstələyə bilib.
 
Hesabat hər il Kornell Universiteti (ABŞ), INSEAD Biznes məktəbi (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə iştirakı ilə dərc edilir. Hesabat bu il 131 ölkəni əhatə edib, ötən il 129 ölkə seçilmişdi.
 
2020-ci ilin nəticələrinə görə Azərbaycan 82-ci yerdə qərarlaşıb. Bundan əvvəlki il isə Azərbaycan 84-cü yerdə olmuşdu.
 
Postsovet məkanı ölkələri arasında ən yaxşı göstəricilər Estoniya (25-ci yer), Latviya (36-cı yer) Litva (40-cı yer), Ukrayna 45-ci və Rusiya 47-ci yerləri tutub. Ermənistan 61-ci, Gürcüstan 63-cü, Qazaxstan 77-ci yeri qazanıblar.
 
Azərbaycan Qlobal İnnovasiya İndeksi-2020 indeksinə görə postsovet məkanında yalnız Orta Asiya ölkələrini üstələyə bilib.
 
Türkiyə bu Reytinq Cədvəlində 51- ci yerdədir. Qlobal İnnovasiya İndeksi -2020-nin lideri İsveçrədir, ondan sonra İsveç, ABŞ, Böyük Britaniya və Niderland gəlir. Çin 14-cü yeri qazanıb. Qlobal İnnovasiya İndeksi innovasiya fəaliyyəti üzrə 80 indikator əsasında tərtib olunur.
 
Bu indikatorlar “İnnovasiya resursları” və “İnnovasiya nəticələri” subindekləri üzrə aşağıdakı qruplara bölünür:
 
1 – İnstitusional şərait
2 – İnsan kapitalı və elm
3 – İnfrastruktur
4 – Daxili bazarın inkişafı
5 – Biznesin inkişafı
6 – Biliklər və texnologiyaların inkişafı
7 – Yaradıcı fəaliyyətin nəticələri
 
Azərbaycanın ən zəif göstəriciləri “İnstitusionallıq”, “Daxili bazarın inkişafı” və “Yaradıcı fəaliyyət” sahəsində olub.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Günay Quliyeva: “Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 2 pillə yaxşılaşdırıb”

21-09-2021

Azərbaycan “Qlobal İnnovasiya İndeksi"ndə 15-ci yerə qalxıb

28-09-2024

Azərbaycan qlobal innovasiyalar reytinqində mövqeyini yaxşılaşdırıb

20-09-2021

Azərbaycan Qlobal İnnovasiya İndeksində irəliləyib

17-09-2025

Azərbaycan kibertəhlükəli ölkələr reytinqində 56-cı yerdə qərarlaşıb

03-11-2021

Azərbaycan kibertəhlükəli ölkələr reytinqində 56-cı yerdə qərarlaşıb

03-11-2021

“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

17-09-2025

Azərbaycan kibertəhlükəsizlik indeksinə görə MDB ölkələri arasında 3-cü yerdədir

01-07-2021

Qlobal İnnovasiya İndeksi 2019 adlı müzakirə keçirilib

03-10-2019

İnternet istifadəçiləri göstəricisində Azərbaycanın yeri məlum olub

19-11-2018

Ekspert: Ölkədə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil

01-10-2024

İnternet istifadəçiləri göstəricisinə görə ölkəmiz MDB-də liderdir

19-10-2018

Azərbaycan “Qlobal informasiya texnologiyaları hesabatı 2014"-də 7 pillə irəliləyib

24-04-2014

Azərbaycan qlobal innovasiya reytinqlərində geriləyir- Kimdir cavabdeh?

11-11-2022

Azərbaycan elektron ticarətin inkişafı üzrə dünyada 65-ci yerdədir

17-02-2021

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

23-10-2024

Azərbaycan Cənubi Qafqazda liderdir

30-09-2015

Azərbaycan İKT sektoru 2014-cü il səviyyəsindən xeyli geridədir- Hesabat

18-08-2016

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025

“Azərbaycanın innovasiya ixracı hələ dünya səviyyəsinə çatmayıb” - Ekspert

23-09-2025

Çin ən innovativ ölkələr reytinqində ilk onluğa daxil olub

16-09-2025

Ənənəvi innovasiya sammitinə az qalıb, sektorda vəziyyət necədir ?

27-11-2023

“İT sahəsində rəqabətə davamlılıq indeksi-2011″ beynəlxalq araşdırmasının nəticələri bəlli oldu

29-09-2011

Azərbaycan qlobal elektron hökumət indeksində 8 pillə irəliləy

17-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə