Previous Next
Bağla

“Azərbaycanın innovasiya ixracı hələ dünya səviyyəsinə çatmayıb” - Ekspert

23-09-2025 16:15
“Azərbaycanın innovasiya ixracı hələ dünya səviyyəsinə çatmayıb” - Ekspert
"Ötən gün Azərbaycanda keçirilən investisiya forumunda deyilənlərlə beynəlxalq hesabatda qeyd olunanlar arasında ziddiyyətli məqamlar var".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, bir neçə gün öncə açıqlanan Qlobal İnnovasiya İndeksində Azərbaycanın ən zəif yerləri – biliklərin yayılması (“Knowledge diffusion”) və biliklərin mənimsənilməsi (“Knowledge absorption”) indeksləri olub:
 
"Son iki ilin nəticələri göstərir ki, Azərbaycan innovasiya ekosisteminin ən kritik iki sahəsində – “Knowledge diffusion” və “Knowledge absorption” üzrə dünyanın ən son sıralarındadır.
 
“Knowledge diffusion” – biliklərin yayılması.
 
Bu göstərici ölkələrin istehsal etdiyi bilik və texnologiyaları dünyaya necə ixrac etməsini ölçür: intellectual mülkiyyətdən gələn gəlirlər, yüksək texnologiyalı məhsulların ixracı, İKT xidmətlərinin ixracı və ixrac strukturunun mürəkkəbliyini özündə əks etdirir".
 
Azərbaycan üzrə nəticələr belədir:
 
• 2024-də 119 yer, 2025-də 129 yer (139 ölkə arasında).
• Yüksək texnologiya ixracından gələn gəlir artıq 0-dır.
• Yüksək texnologiyalı ixrac üzrə 116-cı yer,
• İKT xidmətlərinin ixracı üzrə 108 yer
 
Osman Gündüzün sözlərinə görə, İT ixrac, yüksək texnologiyalı ixracımız çox zəifdir, ixracımızın əsas hissəsi hələ də xammal və ənənəvi məhsullardır:
 
"“Knowledge absorption” – biliklərin mənimsənilməsi.
 
Bu göstərici ölkələrin xaricdən gətirilən bilik və texnologiyaları necə mənimsədiyini ölçür: yüksək texnologiyalı idxal, İKT xidmətlərinin idxalı, xarici sərmayə (FDI), bizneslərdə tədqiqatçıların payı və s.
 
Bu indeks həm də hesabatdakı “Biznesin inkişafı” əsas blokunun tərkib hissəsidir.
Məhz bu əsas blok üzrə biz cari ildə nə az, nə çox, 44 pillə geriləmişik.
 
Onun alt çoxluğu olan “Biliklərin mənimsənilməsi” üzrə vəziyyət belədir:
 
• 2024-də 130-cu yerdə idik, 2025-də 134-cü yerə enmişik
• Xarici sərmayə axını mənfidədir: (-2.8 %). Yəni innovasiya sahəsində ölkəyə kapital gəlmir, əksinə çıxır".
 
Ekspert bildirib ki, bu hesabatı hazırlayanların istifadə etdikləri təxminən 80 indeksin Azərbaycan üzrə ən zəif bəndi məhz bu indeksdir - "Biliklərin mənimsənilməsi". Hesabatı hazırlayanların bu sahədəki hesablamalarına görə biz dünya üzrə axırdan 5-ci yerdəyik:
 
"Amma maraqlıdır ki, ötən gün keçirilən biznes forumunda nədənsə fərqli açıqlamalar verilirdi, məhz bu sahədə vəziyyətin əla olduğu bildirilirdi. Ola bilər digər sahələrdə həqiqətən də vəziyyət yaxşıdır, amma bu hesabat deyir ki, innovasiya sektorunda vəziyyət yaxşı deyil.
 
Beləliklə, Qlobal İnnovasiya İndeksi 2025 deyir ki, Azərbaycan hələlik dünyaya öz bilik və texnologiyasını ixrac edə bilmir. Qazaxıstan, Gürcüstan, Ermənistan və Özbəkistanda məhz bu istiqamətlər üzrə göstəricilər daha üstündür.
 
Düşünürəm ki, qərar qəbul edənlərimiz, sektora cavadeh qurumlar bunların fərqində olmalıdırlar.
 
Hesabat ciddi analiz olunmalı və Beynəlxalq Reytinqlər üzrə Komissiyada və digər əlaqəli qurumlarda müzakirə olunmalıdır.
 
İnnovasiya və İT sektorunda ixracı stimullaşdırmaq üçün, xarici investisiyaların cəlbi üçün, startap və innovasiya ekosistemin inkişafı üçün ciddi addımlar atılmalıdır".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

17-09-2025

Ekspert: Ölkədə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil

01-10-2024

Azərbaycan Qlobal İnnovasiya İndeksində irəliləyib

17-09-2025

Ekspert: Qlobal İnnovasiya İndeksində investisiya üzrə 14 pillə geriləmişik

22-09-2025

Azərbaycan “Qlobal İnnovasiya İndeksi"ndə 15-ci yerə qalxıb

28-09-2024

Azərbaycan qlobal innovasiya reytinqlərində geriləyir- Kimdir cavabdeh?

11-11-2022

“Qlobal İnnovasiya İndeksi-2020”-nin illik hesabatı açıqlanıb

23-02-2021

Günay Quliyeva: “Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 2 pillə yaxşılaşdırıb”

21-09-2021

Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

20-05-2025

Ekspert: Kim hazırdır, kim geridə qalır? AI reytinqində Azərbaycanın mövqeyi

07-01-2026

Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

23-05-2025

Ənənəvi innovasiya sammitinə az qalıb, sektorda vəziyyət necədir ?

27-11-2023

AZAL-ın bəzi reysləri ayın sonuna qədər dayandırılıb

16-06-2025

Beynəlxalq internet reytinqi reallığı nə dərəcədə əks etdirir? – Ekspert

08-01-2026

Azərkosmos 15 ölkəyə peyk telekommunikasiya xidmətləri ixrac edib

01-03-2019

Azərbaycan innovasiyalarının ixracı üçün Asiya və Afrika diqqət mərkəzindədir

23-07-2019

AZINNEX: "İT məhsulları 30-dan çox ölkəyə ixrac edilir"

25-01-2024

Azərbaycanda neçə startap var?

13-03-2024

Azərbaycan internet xidmətləri üzrə dünyanın TOP beşliyində yer alıb

06-01-2026

İlin sonuna qədər ölkədə internet təchizatı tam həll olunacaq

30-11-2023

Azərbaycan İKT sektoru 2014-cü il səviyyəsindən xeyli geridədir- Hesabat

18-08-2016

NETTY 2016-ya ərizə qəbulu başlayıb

16-03-2016

Azexport.az -a 444.6 milyon sifariş daxil olub

18-12-2017

Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya – “ITU Digital World Awards” müsabiqəsi keçiriləcək

30-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə