Previous Next
Bağla

Ənənəvi innovasiya sammitinə az qalıb, sektorda vəziyyət necədir ?

27-11-2023 14:19
Ənənəvi innovasiya sammitinə az qalıb, sektorda vəziyyət necədir ?
Azərbaycan nə üçün DÜNYA İNNOVASİYA REYTİNQİNDƏ ən aşağı yerlərdə qərarlaşıb?
 
Ötən ay “Qlobal İnnovasiyalar İndeksi 2023" dərc olunub.
O zaman düşündüm ki, ilin sonunda keçiriləcək innovasiya sammiti ərəfəsi bu hesabata münasibət bildirməyim daha diqqətçəkən ola bilər.
Bu ilki qlobal innovasiya reytinqi 132 ölkəni əhatə edib, bəzi ölkələrin tutduqları yerlə bağlı vəziyyət belədir :

1 İsveçrə
2 İsveç
3 ABŞ
16 Estoniya
39 Türkiyə
51 Rusiya
55 Ukrayna
65 Gürcüstan
72 Ermənistan
80 Belarus
81 Qazaxıstan
82 Özbəkistan
89 Azərbaycan
106 Qırğızıstan
111 Tacikistan
 
Bu qədər resursların qarşılığında, bir neçə cavabdeh dövlət qurumu olduğu halda, hətta yeni bir Agentlik də yaranmasına baxmayaraq Azərbaycanın 89-cu yerdə olması, il ərzində cəmi 4 pillə irəliləməsi xeyli düşündürücüdür.
Hesabatdan görsənir ki, Gürcüstan və Ermənistan ötən illə müqayisədə daha irəli gedə biliblər.
Nəticələrdən görsənir ki, Azərbaycanda yenə də əsas problem “İnnovasiya nəticələri” bölməsi üzrə olub , bu bölmə üzrə ölkəmiz hədsiz aşağı yerlərdə qərarlaşıb.
Bu isə, anlaşıqlı desək, Hesabatı hazırlayanların məntiqinə görə o deməkdir ki, Azərbaycanda innovasiyalara yetərincə resurslar ayrılıb, amma nəticə adekvat olmayıb, effektivlik olmayıb. Bu, hesabatdakı diaqramlardan da görsənir.
Xatırlayıram ki, ötən ilin sonu təşkil olunan innovasiya sammitində daha ciddi mesajlar verilmişdi. Lakin reytinq cədvəlindən göründüyü kimi vəziyyət olduqca narahatedicidir.
 
Prezidentin innovasiyaların inkişafı ilə bağlı konkret tapşırıqları, fərmanı var.
Əlbəttə, bir neçə il öncə İnnovasiya Agentliyinin müəyyən dövr iflic vəziyyətdə olması da bu məsələdə müəyyən rol oynayıb
Lakin xeyli müddətdir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaranıb. Qurum bəzi sahələrdə müəyyən dinamika yarada bilib.
 
Lakin hesabatdan da göründüyü kimi innovasiya və ekosistemlə bağlı vəziyyət qənaətbəxş deyil. Hətta deyərdim ki, qonşu ölkələrlə müqayisədə , bu qədər potensial imkanlarımız baxımından çox narahat edicidir.
Bu reytinqlərdə son 5 ilin dinamikasını təhlil edəndə görmək olar ki, bizim bu sektorda ciddi problemlərimiz var.
İRİA-adan gözləntilər çoxdur, yarış-müsabiqələrə, bəsit tədbirlərə və kollektiv formatda xarici səfərlərə deyil, daha çox mühitin inkişafına fokuslanmaq doğru olardı.
 
Ümid edirəm bir neçə gündən sonra Paşa Holding və İRİA tərəfindən təşkil olunan sammitdə Azərbaycanın nə üçün bu qlobal reytinqdə belə bir vəziyyətdə olmasına münasibət bildiriləcək, səbəbləri və çıxış yolları göstəriləcək, məsul şəxslərin hesabatları olacaq və qarşıdakı dövr üçün konkret mesajlar veriləcək

Osman Gündüz
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan dünya startap reytinqində 4 pillə irəliləyib , lakin hələ də region ölkələrindən xeyli geridədir.

Azərbaycan dünya startap reytinqində 4 pillə irəliləyib , lakin hələ də region ölkələrindən xeyli geridədir.

31-05-2024
Ekspert: Ölkədə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil

Ekspert: Ölkədə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil

01-10-2024
“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

17-09-2025
Azərbaycan qlobal innovasiya reytinqlərində geriləyir- Kimdir cavabdeh?

Azərbaycan qlobal innovasiya reytinqlərində geriləyir- Kimdir cavabdeh?

11-11-2022
Azərbaycanda neçə startap var?

Azərbaycanda neçə startap var?

13-03-2024
Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

31-05-2023
Azərbaycan İKT sektoru 2014-cü il səviyyəsindən xeyli geridədir- Hesabat

Azərbaycan İKT sektoru 2014-cü il səviyyəsindən xeyli geridədir- Hesabat

18-08-2016
Günay Quliyeva: “Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 2 pillə  yaxşılaşdırıb”

Günay Quliyeva: “Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 2 pillə yaxşılaşdırıb”

21-09-2021
“Qlobal İnnovasiya İndeksi-2020”-nin illik hesabatı açıqlanıb

“Qlobal İnnovasiya İndeksi-2020”-nin illik hesabatı açıqlanıb

23-02-2021
Ekspert: İşçi Qrupunun iclasında cari ilin Hesabatı haqqında heç nə açıqlanmayıb

Ekspert: İşçi Qrupunun iclasında cari ilin Hesabatı haqqında heç nə açıqlanmayıb

05-02-2025
 İnnovasiya Sammiti necə keçib?- RƏY

İnnovasiya Sammiti necə keçib?- RƏY

14-12-2022
Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

20-05-2025
Osman Gündüz: RİNN-in son 2 ildə apardığı "Rəqəmsal hökumət" siyasəti özünü doğruldubmu?

Osman Gündüz: RİNN-in son 2 ildə apardığı "Rəqəmsal hökumət" siyasəti özünü doğruldubmu?

18-09-2024
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023
Azərbaycan “Qlobal İnnovasiya İndeksi"ndə 15-ci yerə qalxıb

Azərbaycan “Qlobal İnnovasiya İndeksi"ndə 15-ci yerə qalxıb

28-09-2024
Region ölkələrində startapların inkişafına dəstək hansı vəziyyətdədir?

Region ölkələrində startapların inkişafına dəstək hansı vəziyyətdədir?

16-03-2024
Azərbaycan dünya startap reytinqində geriləyib

Azərbaycan dünya startap reytinqində geriləyib

28-06-2021
Osman Gündüz: Bəzən söz sahiblərinin çıxışlarını anlamaq çətin olur

Osman Gündüz: Bəzən söz sahiblərinin çıxışlarını anlamaq çətin olur

30-10-2024
Ekspert: Nə üçün PA-nın rəsmiləri İNMerge sammitinə qatılmır?

Ekspert: Nə üçün PA-nın rəsmiləri İNMerge sammitinə qatılmır?

01-10-2025
Azərbaycan dünya startap reytinqində irəliləyib

Azərbaycan dünya startap reytinqində irəliləyib

02-06-2022
Ümid edirəm ki, İnnovasiya Mərkəzi startap ekosistemi və innovasiyanın maraqlı tərəflərini birləşdirən güclü mərkəzə çevriləcək

Ümid edirəm ki, İnnovasiya Mərkəzi startap ekosistemi və innovasiyanın maraqlı tərəflərini birləşdirən güclü mərkəzə çevriləcək

03-10-2024
Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025
“Azərbaycanın innovasiya ixracı hələ dünya səviyyəsinə çatmayıb” - Ekspert

“Azərbaycanın innovasiya ixracı hələ dünya səviyyəsinə çatmayıb” - Ekspert

23-09-2025
Ekspert: İnanıram ki, startap və innovasiya sektorunda ciddi irəliləyişlər müşahidə edə biləcəyik

Ekspert: İnanıram ki, startap və innovasiya sektorunda ciddi irəliləyişlər müşahidə edə biləcəyik

10-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə