Previous Next
Bağla

“Rayon kitabxanaları internetlə təmin olunmayıb”- Problem

20-11-2015 10:41
 “Rayon kitabxanaları internetlə təmin olunmayıb”- Problem

“Rayonlarda internet zəif olur, evlərə, məktəblərə, birbaşa olaraq kitabxanalara bəzən işıq verilmir”.

Bu barədə Xeberler-az-a  kitabxanalarda elektron proqramların tətbiqindən danışarkən  M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov deyib.

O bildirib ki, problemlərə baxmayaraq kitabxanaların elektronlaşdırılması diqqət mərkəzində saxlanılan mövzulardan biridir:

“Kitabxanalarda elektron sistemlərin tətbiqi ilə bağlı tez-tez müzakirələr aparılır, problemlər araşdırılır. Bu yaxınlarda Gəncə şəhərindəki Məhsəti Gəncəvi Mərkəzində keçirilmiş tədbirdə Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, nəinki rayon, hətta kənd kitabxanalarının telefonlaşdırılmasına başlanılmalıdır. 2-3 ay ərzində imkan daxilində bütün ucqar kənd kitabxanaları telefonla təmin olunmalıdır. Bu da o deməkdir ki, telefonun olması birbaşa internet xidmətinə təsir göstərəcək. Məqsəd informasiya resurslarını oxucuya yaxın etməkdir”.

Kərim Tahirov  vurğulayıb ki, elektron kitabxana proqramlarının rayon kitabxanalarında tətbiqi prosesi zamanı  ən böyük problemlərdən biri internetin olmamasıdır.

“Rayonlarda internet zəif olur, evlərə, məktəblərə, birbaşa olaraq kitabxanalara bəzən işıq verilmir. Bu problemləri nəzərə alaraq Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev onu da tapşırıb ki, mütləq şəkildə bütün kitabxanalar internetlə təmin olunmalıdır.  Amma elə bir rayon yoxdur ki, ora optik kabel çəkilməsin. Hər yerdə internet var. Amma kitabxanlar hələ də internetlə təmin olunmayıb”.

Professor qeyd edib ki, ALİSA  elektron kitabxana sistemi oxuculara dünya resursları ilə yaxından tanış olmağa kömək edir:

“Oxucularımız bütün dünya resurslarından faydalanmalıdır. Ancaq bunun üçün internet məsələsi ciddi şəkildə həll olunmalıdır. Sürətli internet olmalıdır ki, həm bura, həm dünya kitabxanalarının proqramları eyni anda əlaqəli şəkildə fəaliyyət göstərsin”.

 

Ruhəngiz Muradova 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gəncədə ALİSA müzakirə olundu

21-10-2015

Gəncədə ALİSA müzakirə olunacaq

19-10-2015

Seçim qarşısında : ALİSA yoxsa İRBİS?

19-11-2015

Rayon kitabxanaları elektronlaşdırılır

13-10-2015

Nazirlikdə ALİSA müzakirə olunub

08-12-2015

Milli Kitabxanada ALİSA proqramının tətbiqinə başlanılıb

11-08-2015

Göygölün kəndlərinə sürətli internet çəkilişi davam edir

17-09-2015

Elektron kitabxananı necə idarə etmək olar?

24-08-2015

ALİSA elektron kitabxana sistemi təqdim olundu

18-09-2015

İlk muzey elektron kataloqu və elektron kitabxana yaradılır

29-01-2011

Milli kitabxanada ALİSA təlimləri başa çatdı

02-12-2015

Milli Kitabxanada ALISA ilə bağlı sonuncu treninq keçirilib

23-11-2015

Regionlarda ALİSA-nın tətbiqi ilə bağlı treninqlər başlanıb

27-10-2015

Samir Məmmədov: Hər bir kənd yüksək sürətli internetlə təmin ediləcək

10-10-2024

COVID-19 və universitet kitabxanalarının rəqəmsal mühitə adaptasiyası canlı yayımda müzakirə olunub

29-12-2020

ALISA treninqinin iştirakçılarına sertifikat təqdim olunub

03-09-2015

Milli Kitabxanada ALİSA təlimləri başa çatdı

08-12-2015

MEK Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər mövzusunda tədbir keçirib

11-02-2019

Region kitabxanalarında ALİSA tətbiq olunacaq

05-10-2015

“Kitabxana saytlarının inkişafı və modernləşdirilməsi” mövzusunda treninqlər keçiriləcək

03-11-2013

Siyəzən kitabxanasında internet şəbəkəsi quraşdırılıb

25-08-2015

“E-kitabxanalarda bulud texnologiyalardan geniş istifadə edilir”

08-04-2016

Göygölün kəndlərində genişzolaqlı İnternet infrastrukturu qurulur

12-08-2015

Elektron kitabxanaların informasiya təhlükəsizliyinin təmin olunması müzakirə edilib

11-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə